oğlaq
oğlan
OBASTAN VİKİ
Oğlaqqıran
Oğlaqqıran — Novruzda, baharın əvvəllərində qəfildən başlanan küləkli, soyuq günlərə verilən ad; baharın ilk ayı. == Haqqında == Oxlaqqıran//oğlaqqıran Zəngibasar, Borçalı və Qazax şivələrində baharın ilk ayı mənasında işlənir.Novruzda, baharın əvvəllərində qəfildən başlanan küləkli, soyuq günlərə Oğlaqqıran adı veriblər. Bu müddətdə qışdan zəif çıxan heyvanlar, ilk növbədə, oğlaqlar – keçi-çəpiş, qoyun-quzu soyuğa davam gətirmir, tələf olurlar. Bu müddət bir çox yerlərdə "danaqıran” adı ilə də tanınır. Elat camaatı həmin dövr üçün "davar doymaz, yatar durmaz, gedər gəlməz” - deyir. Odur ki, bu zaman üçün mərəkdə (samanlıqda) yem ehtiyatı saxlanılır.Oğlaqqıran ayı ilə bağlı fərqli fikirlər də var. Sentyabr ayının ilk günlərinin "oğlaqqıran dövrü" adlandırılmasına da təsadüf edilir. Buna səbəb isə həmin vaxt oğlaqların daha çox kəsilməsidir. Yaşlı insanlar söyləyirlər ki, "quyruq doğduqdan" sonra oğlaqların ətindən qoxu gəlir. Ona görə də damazlıq oğlaqlar seçilir və qalanları kəsilir.

Digər lüğətlərdə

грибосуши́лка недосы́пка обгрыза́ть поко́ить радикали́зм Ро́тшильд скоблёнка характеризова́ть вво́лю вжима́ться гомеопа́тия обсту́кивание опохмеле́ние припу́дриваться утря́ска шелла́ковый шине́лишка outflown plankter дамба искусственный клочок срисовать стелька этнограф