OĞURLANMA

сущ. от глаг. oğurlanmaq ; хищение, похищение. Malların oğurlanması похищение товаров
OĞURLAMAQ
OĞURLANMAQ
OBASTAN VİKİ
Avropanın "oğurlanması" (film, 2015)
Avropanın "oğurlanması" qısametrajlı sənədli televiziya filmi rejissor İdris Heydərov tərəfindən 2015-ci ildə çəkilmişdir. Film islamofobiya problemlərinə — məscidlərə hücumlara, müsəlmanlara qarşı ayrı-seçkiliyə və Skandinaviya ölkələrində İslamın simasında düşmən obrazı yaradılması təşəbbüslərinə və cəhdlərinə həsr olunub. == Məzmun == Film islamofobiya problemlərinə — məscidlərə hücumlara, müsəlmanlara qarşı ayrı-seçkiliyə və Skandinaviya ölkələrində İslamın simasında düşmən obrazı yaradılması təşəbbüslərinə və cəhdlərinə həsr olunub.
Bəyin oğurlanması (film, 1985)
Bəyin oğurlanması – Ceyhun Mirzəyev və Vaqif Mustafayev tərəfindən 1985-ci ildə çəkilmiş Azərbaycan filmi. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Həsənağa Turabov, Səyavuş Aslan, Hacı İsmayılov, Nəsibə Zeynalova, Yaşar Nuri, Natəvan Məmmədova, Tamara Şakirova və Şamil Süleymanov ifa edirlər. == Məzmun == Filmin əsasını paralel inkişaf edən iki hadisə təşkil edir. Birinci süjet kəndə toy səhnəsini lentə almağa gələn kino işçilərinin fəaliyyətindən danışır. Çəkiliş zamanı rejissor (Həsənağa Turabov) görür ki, ssenari və çəkilən material real həyatdan çox uzaqdır. Beləliklə o, uydurma toy səhnəsi əvəzinə kənddə olan toyu lentə alır. Əsl toyla bağlı əhvalatlar isə filmin ikinci süjet xəttini təşkil edir. Burada şən və qüssəli əhvalatlar bir-birinə üzvi surətdə bağlanıb. Eyni zamanda tamaşaçı kənd həyatının maraqlı və zəngin ənənələri, adətləri ilə tanış olur.
Hacı Muradın nəşinin oğurlanması
Hacı Muradın nəşinin oğurlanması — Azərbaycanın Qax rayonunda dəfn edilmiş Şeyx Şamilin naibi Hacı Muradın sümüklərinin oğurlanması hadisəsi. Hadisənin 31 may 2019-cu il tarixində baş verdiyi ehtimal edilir. Çıxarılmış qalıqlar, iyunun 2-də öz vətənində Dağıstanın Xunzax rayonunda dəfn edilməsi haqda məlumatlar yayılıb. Azərbaycanın rəsmi dövlət orqanları bununla bağlı bir bəyanat verməsələrdə, Hacı Muradın məzarının yanında təxminən 1 metrə yaxın daş döşəmənin sökülməsi, orada qazıntı aparılması iddianın əsassız olmadığını göstərir. == Təkrar dəfn == Hacı Murad 5 may 1852-ci ildə Qaxın Tanqıt kəndi yaxınlığında kazaklar tərəfindən mühasirəyə alınır. 11 saatlıq döyüşdən sonra Hacı Murad və silahdaşları öldürülür. Hacı Muradın başı kəsilərək Tiflisə canişin Y.Vorontsova göndərilir. Bir müddət Tiflis yanğınsöndürmə deposunda saxlanılan baş sonradan Çar I Nikolayın əmri ilə görkəmli rus anatomu və cərrahı N.N.Piroqova göndərilir. N.N.Piroqov tərəfindən mumiyalandıqdan sonra başı Sankt-Peterburq Hərbi-Tibb Akademiyasının muzeyində nümayiş etdirilir. Uzun illər Hacı Muradın kəlləsinin Azərbaycanda olan məzarında basdırılma məsələsi müzakirə olunur.
Meyid oğurlanması
Meyid oğurlanması — Dəfn yerlərindən cəsədlərin gizli çıxarılması. Meyid oğrularının ümumi məqsədi, xüsusilə XIX əsrdə tibb məktəblərində anatomiya mühazirələri, yaxud analiz üçün cəsədləri satmaq idi. Meyid oğurlamaqda təcrübəli insanlar tez-tez "dirildənlər", və ya "diriltmə adamları" adlandırılırdı. Oxşar hərəkət isə məzarın üst daşı və ya sərdabənin üstü açılaraq sexsi əşyaların və ya eksponatların oğurluğudur, amma mezar oğurluğu meyid çıxartmaqdan fərqlənir belə ki, məzar oğurluğu cəsəd oğurluğuna aid deyil. == Birləşmiş Krallıq == 1832-ci ilin Anatomiya aktından əvvəl, anatomik məqsədlər üçün təmin olunan cəsədlər yalnız Böyük Britaniyada məhkəmələr tərəfindən ölümə və yarılmağa məkhum olunanlar idi. Nisbətən daha ağır cinayətlər törətmiş insanlar məhkəmə qərarı ilə yarılmağa məhkum olunurdu. Bu qərarlar belə anatomik məktəblər və özəl tibb məktəblərini kifayət qədər təmin etmirdi. (1832-ci ilə qədər lisenziya tələb olunmurdu). XVIII əsr ərzində yüzlərlə cinayətkar belə agır cinayətlərə görə edam olunmuşdu, lakin XIX əsrdə isə hər il 55 nəfər ölüm cəzasına məhkum olunmuşdu. Tibbi məktəblərin ekspertiza üçün hər il ən az 500 meyidə ehtiyacları olurdu.
Psixeyanın oğurlanması (Buqro)
Psixeyanın oğurlanması (ing. The abduction of Psyche, fr. Le ravissement de Psyché) — Vilyam Buqro tərəfindən çəkilmiş rəsm əsəri. Əsər 1895-ci ildə Parisdə tamamlanmşdır və hazırda şəxsi kolleksiyada saxlanılır. Əsərdə yunan mifologiyasının qəhrəmanlarından biri olan Psixeya və onu qaçıran məhəbbət tanrısı Erot təsvir edilmişdir.
Sosialist Əmlakının Oğurlanmasına Qarşı Mübarizə İdarəsi
Sosialist əmlakının oğurlanmasına qarşı Mübarizə İdarəsi (rus. Отдел по борьбе с хищениями социалистической собственности, qısaca OBXSS) — 1937-1946-cı illərdə SSRİ Xalq Daxili İşlər Komissarlığının, 1946-1991-ci illərdə isə SSRİ Daxili İşlər Nazirliyinin tərkibində mövcud olan dövlət ticarəti, istehlak, sənaye və fərdi əməkdaşlıq təşkilatları, satınalma orqanları və əmanət banklarında sosialist mülkiyyətinin oğurlanmasına qarşı mübarizə şöbəsi. SSRİ Mərkəzi İcraiyyə Komitəsi və SSRİ Xalq Komissarları Sovetinin "Dövlət müəssisələrinin, kolxoz təsərrüfatlarının və kooperasiya əmlakının qorunması və ictimai (sosial) əmlakın möhkəmləndirilməsi haqqında" 7 avqust 1932-ci il tarixli qərarına əsasən həyata keçirilən oğurluğa qarşı təcili kampaniya başa çatdıqdan sonra yaradılmışdır. Qətnamə Sovet İttifaqı Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin baş katibi İ. Stalinin təşəbbüsü ilə qəbul edildi və ilk dəfə olaraq sosialist mülkiyyətinin oğurlanması anlayışı formalaşdırıldı. Fövqəladə tədbirlər kütləvi oğurluqların qarşısını almağa və ölkənin ərzaq ehtiyatlarını 1932-1933-cü illərdəki qıtlığa qarşı mübarizəyə səfərbər etməyə kömək etdi, lakin onlardan sonra ölkənin OBXSS-ə həvalə edilmiş oğurluğun qarşısını almaq və aradan qaldırmaq üçün sistemli işə ehtiyac duydu. 2011-ci ilə qədər İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Rusiyada oxşar funksiyaları yerinə yetirirdi. 2011-ci ildə Rusiya Daxili İşlər Nazirliyinin növbəti islahatından sonra, İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və Rusiya Federasiyasının təsis qurumları səviyyəsində nəzarət və ya əməliyyat-axtarış bölmələri və rayon səviyyəsində şöbələr yaradıldı.
Bəyin oğurlanması
Bəyin oğurlanması – Ceyhun Mirzəyev və Vaqif Mustafayev tərəfindən 1985-ci ildə çəkilmiş Azərbaycan filmi. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Həsənağa Turabov, Səyavuş Aslan, Hacı İsmayılov, Nəsibə Zeynalova, Yaşar Nuri, Natəvan Məmmədova, Tamara Şakirova və Şamil Süleymanov ifa edirlər. == Məzmun == Filmin əsasını paralel inkişaf edən iki hadisə təşkil edir. Birinci süjet kəndə toy səhnəsini lentə almağa gələn kino işçilərinin fəaliyyətindən danışır. Çəkiliş zamanı rejissor (Həsənağa Turabov) görür ki, ssenari və çəkilən material real həyatdan çox uzaqdır. Beləliklə o, uydurma toy səhnəsi əvəzinə kənddə olan toyu lentə alır. Əsl toyla bağlı əhvalatlar isə filmin ikinci süjet xəttini təşkil edir. Burada şən və qüssəli əhvalatlar bir-birinə üzvi surətdə bağlanıb. Eyni zamanda tamaşaçı kənd həyatının maraqlı və zəngin ənənələri, adətləri ilə tanış olur.

Значение слова в других словарях

апатри́д ве́рующая видеоприложе́ние говя́жий гульбище люминесце́нтный неисповеди́мость пя́тый ушестери́ться флоэ́ма необори́мость прое́зжая сафло́р сши́вка глубокий кедема assemblywoman bradyseism brogue Guiana milker missal paintress votaress парша