Hallavar (Oğuz)
Hallavar — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.
== Toponimikası ==
Yerli məlumata görə, oykonim "hündür yer" mənasındadır. "Hallavar"ın tayfa adından yaranmış etnotoponim olduğu ehtimal edilir. Tiflisdə Hallavar adlı məhəllə var. Kəndin adındakı "alaçıq, yeri, otlaq yeri" mənası daşıyan "var" sözü Şotavar (Qax), Qızılavar, Mahmudavar (Masallı), Horavar (Yardımlı), Əmirvar (Daşkəsən) və s. toponimlərdə iştirak edir. Əkinçiliklə əlaqədar yaranmış şifahi xalq ədəbiyyatının bir növü "holavarlar"dır. Əkinçilər "holar" çəkib birlikdə oxuyar, kotan sürərdilər. "Hallavar"ı "holavar"ın dəyişilmiş variantı kimi qəbul etsək, bu toponim "bir yerdə olan, toplu olan el, oba" mənasını verir.
== Tarixi ==
== Coğrafiyası və iqlimi ==
Kənd Baş Qafqaz silsiləsinin ətəyində, Alazan-Əyriçay çökəkliyində, rayon mərkəzindən 8 km cənub-şərqdə, Qumlaq kəndinin qərbində, Xalxalçayın sol sahilindən 1 km aralıda, dəniz səviyyəsindən 485 m.