PƏRVAZ

is. [ fars. ] : pərvaz etmək – bax pərvazlanmaq.
Sürü yaxınlaşdıqca çöldəki quşlar qalxıb uçuşur, sonra oturur, yenə sürü yaxınlaşanda havaya pərvaz edirdilər. T.Ş.Simurq;

// məc. uçmaq, şadlanmaq, ruhlanmaq, qanadlanmaq (adətən könlü, ruhu və s. sözlərlə birlikdə).
Vaqifin də könlü çox edər pərvaz; Hərdən sizin ilə gəzə, durnalar! M.P.Vaqif.
Gəlin sizə söhbət açım ürəyimin sözündən; Yenə könlüm pərvaz eylər bu dağları görəndə. S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • PƏRVAZ uçuş

Etimologiya

  • PƏRVAZ Farscadır, pər “qanad” deməkdir, vaz isə “açma” anlamını əks etdirir. Pərvaz “uçma” (“полет”) deməkdir (“qanadaçma”)
PƏRVANƏ
PƏRVAZLAMA

Digər lüğətlərdə