Aleksey Pajitnov
Aleksey Pajitnov (rus. Алексей Пажитнов; d. 14 mart 1956, Moskva, RSFSR, SSRİ) — sovet və amerikalı oyun dizayneri və proqramçı, "Tetris" oyunun yaradıcısı.
== Həyatı ==
91 saylı Moskva riyaziyyat məktəbini və Moskva Aviasiya İnstitutunu bitirib.SSRİ elmlər Akademiyasının Hesablama Mərkəzində çalışıb. Burada o, süni intellekt problemləri və nitqin tanınması ilə məşğul olub. 1984-cü ildə məhz orada sonradan dünyaca məşhur olacaq "Tetris" oyununu hazırlayıb.
1988-ci ildə Bullet-Proof Software Firmasının dəstəyi ilə Animatek şirkətini (oyun proqram təminatının hazırlanması) təşkil edib. 1991-ci ildə isə ABŞ-yə köçüb.
1996-cı ilin oktyabrında "Microsoft" şirkətinə keçib. Burada o, Pandora's Box üçün başsındırmaların hazırlanması ilə məşğul olub.