PAK₁

sif. [ fars. ] Təmiz.
…Hava gərək təmiz olsun, onun pak olmağı həyat və xarab olmağı ölümdür. H.Zərdabi.

// Məc. mənada.
Cəhd eylə, sən ancaq nəzəri-xəlqdə pak ol. M.Ə.Sabir.
[Budağın] əxlaqı, pak və səmimi ürəyi … onu müəllimlərə … çox sevdirdi. Ə.Vəliyev.

// məc. Müqəddəs, mübarək, əziz.
…Özgələr önündə pak görünməsi; O, hələ bilmir ki, ləkədir ona. B.Vahabzadə.

Синонимы

  • PAK pak bax 1. təmiz 1; 2. müqəddəs 2
  • PAK xalis — əsl — sırf
  • PAK təmiz — saf
PAXLAVA
PAK₂

Значение слова в других словарях