Paker

quyunun ayrı-ayrı laylarını (neftli, qazlı, sulu, geoloji- kəşfiyat məqsədli) bir-birindən ayırmaq, qapamaq və hermetikləşdirmək üçün vasitə və ya qurğu. Layları ayrılıqda istismar etməyə imkan verir. Quyuya borularla endirilir. Quyudibi, ayırıcı və izolyasiyaedici növləri var.
Özühərəkət edən platforma, dəniz qazma platforması
Palçıq vulkanı
OBASTAN VİKİ
Şəbnəm Paker
Şəbnəm Paker (türk. Şebnem Paker; 4 sentyabr 1977, İstanbul) — türk müğənni, gitaraçı və musiqi müəllimi. 1992–1996-cı illərdə İstanbul Universiteti Konservatoriyasının klassik gitara bölməsində təhsil alıb. Daha sonra Mərmərə Universitetinin musiqi fakültəsində vokal təhsili alıb. Paker 1996 və 1997-ci illərdə Türkiyəni Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və müvafiq olaraq 12-ci və 3-cü yerləri tutmuşdur. 1997-ci ilin avqust ayında "Dinle" adlı ilk və yeganə albomunu buraxıb. Hazırda Türkiyənin İstanbul şəhərində orta məktəb müəllimidir. O, həmçinin hazırda Türkiyənin incəsənət universitetlərində istifadə olunan dərsliyin həmmüəllifidir.

Значение слова в других словарях