PAKET

is. [ fr. ]
1. İçərisinə məktub qoyulmuş konvert, zərf.
Pristav əlini cibinə salıb, göy bir paket çıxarıb açdı. H.Nəzərli.
Firidun paketi açdı, ikicə sətir yazılmışdı. M.İbrahimov.

2. Kağıza bükülmüş bir və ya bir neçə şey; bağlama.
// İçinə ərzaq və s. qoyulmaq üçün kağız kisə. Mağazada şeylər paketdə satılır.
◊ Fərdi paket – özünün və ya başqasının yarasını sarımaq üçün xüsusi surətdə bağlanmış sarğı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • PAKET paket bax zərf

Etimologiya

  • PAKET Fransız sözüdür, “упаковка” ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
PÁKER
PAKİZƏ

Digər lüğətlərdə