PAL-PALTAR
PALAN₁
OBASTAN VİKİ
PAL
PAL (qısaca Phase Alternating Line), dünyanın ən çox istifadə edilən rəng kodlaşdırma sistemidir. PAL analoq bir format olub televiziya yayım sistemlərində istifadə edilir. Bir çox fərqli versiyası olan PAL-ın versiyalarının ortaq xüsusiyyəti 625 üfiqi xət, 25 fps görüntü/saniyə, 50i (interlaced layer) olmasıdır. Sistem Valter Bruch tərəfindən, Almaniyada təkmilləşdirilib və ilk dəfə 1963-cü ildə nümayiş etdirilib. == Texniki xüsusiyyətlər == Rəngli televiziyanın qalan sistemləri kimi, PAL-da ağ-qara televiziya yayımıyla birləşib. Alternativ olaraq yaradılmış keyfiyyətli NTSC sistemi, PAL sisteminin uğurlu müasirləşdirilməsidir. Ağ-qara televiziyalarda əsas rənglərin bilavasitə ötürülməsinin yerinə sistem Y parlaqlığının siqnalının ötürür. Onda müvafiq olaraq qırmızı və göy rəngləri ötürülməsi R-Y, B-Y-ın iki fərqli siqnalı vasitəsilə ötürülür. G- yaşıl rəngi ötürən siqnalı çatmayan informasiya qəbuledicidə parlaqlıq fərqli rəngli siqnalların çıxılmasıyla bərpa olunur. Ağ-qara televizorda proqrama baxış halında yalnız parlaqlıq siqnalı istifadə olunur.
Pal Abraham
Pal Abraham (mac. Ábrahám Pál) və ya Pol Abraham (ing. Paul Abraham; 2 noyabr 1892[…], Apatin[d], Macarıstan krallığı – 6 may 1960[…], Hamburq) — Macarıstan bəstəkarı. 1939-cu ildən ABŞ-də, 1956-cı ildən Qərbi Almaniyada yaşamışdır. 13 operettanın (o cümlədən "Savoyda bal", 1932), kino musiqisinin və s. müəllifidir. == Əsərləri == === Operettalar === Zenebona (1928), həmmüəllif Der Gatte des Freuleins (1928) Es Geschehen noch Wunder (1929) Viktoria və İhr Husar (1930) Die Blume von Hawaii (1931) Ball im Savoy (1932) Märchen im Grand-Otel (1934) Viki (1935) Dschainach, das Mädchen aus dem Tanzhaus (1935) Roxy və ihr Wunderteam (1936) Julia (1937) Der weisse Schwan (1938) === Filmoqrafiya === Viktoria und ihr Husar (1931, Almaniya). Die Blume von Hawai (1932/33, Almaniya). Ball im Savoy (1934, Avstriya), Gitta Alpar ilə. "Savoyda bal" operettası əsasında bir operettanın melodiyaları (1978, Sovet televiziyası).
Pal Erdöş
Pal Erdöş (mac. Erdős Pál; 26 mart 1913, Budapeşt — 20 sentyabr 1996, Varşava) — XX əsrin ən görkəmli riyaziyyatçılarından biridir. Müasir riyaziyyatın müxtəlif sahələrində: kombinatorika, qraflar nəzəriyyəsi, ədədlər nəzəriyyəsi, riyazi analiz, yaxınlaşmalar nəzəriyyəsi, çoxluqlar nəzəriyyəsi və ehtimal nəzəriyyəsidə işləmişdir. Bir çox riyazi mükafatlarla elecə də, Volf mükafatı ilə təltif olunmuşdur. == Həyatı == Pal Erdöş martın 6-sı, 1913-cü ildə Budapeştdə (o dövrdə Avstriya-Macarıstan)doğulmuşdur. O, ziyalı yəhudi mənşəli ailənin (Anna və Lajos Erdöşun) sağ qalan yeganə övladı olmuşdu. Onun hər iki valideyni ixtisasca riyaziyyatçı idi və bir müddət aliməktəb müəllimi olaraq işləmişdilər. Onun riyazi qabilliyəti çox erkən yaşında özünü göstərmiş, belə ki hələ dörd yaşı olarkən o beynində dört tərtibli rəqəmlər üzərində vurma əməliyyatı aparırdı. O uşaq yaşlarından valideynlərindən riyaziyyat haqda çox şey öyrənmişdir. Erdöş öz valideynlərini həmişə böyük sevgi ilə xatırlayardı.
Pal Morfi
Pol Mörfi (ing. Paul Morphy; 22 iyun 1837[…], Nyu-Orlean, Luiziana – 10 iyul 1884[…], Nyu-Orlean, Luiziana) — Amerika şahmatçısıdır. O, qeyri rəsmi şahmat üzrə dünya çempionudur. Pol şahmat dahisi idi. Parlaq karyerası olduğu halda şahmatı erkən yaşda tərk elədiyi üçün "Şahmatın Kədəri və Qürüru" adlandırırdılar. Bobbi Fişer Mörfini özünün bütün zamanlarda ən yaxşı 10 şahmatçısı siyahısına salmışdır və indiyə kimi yaşamış ən dəqiq oyunçu kimi təsvir etmişdir. == Həyatı == === Erkən illər === Pol Mörfi Nyu-Orleanda zəngin ailədə doğulmuşdur. Pol hələ uşaqlıqdan heyrətamiz yaddaşı ilə yaşıdlarından fərqlənirdi. Ailələrindəki kişilərin hamısı şahmat oynayırdı: atası, böyük qardaşı və əmisi isə Nyu-Orleanın ən güclü şahmatçılarından sayılırdılar. O, əmisi ilə atasının oyunlarını izləyərək şahmatı öyrənmişdir.
Pal süd
PalSüd — Palmali Şirkətlər Qrupuna məxsus olan ticarət nişanı. Azərbaycanda qida sənayesində fəaliyyət göstərir. Süd və süd məhsulları sahəsində ixtisaslaşıb. Sloganlar: 2008-2009: Təbiətin və sağlamlığın dadı 2009-2010: Dadlı arzularla PalSüd == Tarix == Palmali Şirkətlər Qrupu 2005-ci ildə Lənkəran şəhərində NURSÜD Süd və Süd Məhsulları Zavodunun tikintisinə başladı. Zavod 2008-ci ilin fevral ayından fəaliyyət göstərir. Bu zavodun məhsulları "PalSüd" ticarət nişanı ilə istehsah edilir. Bundan əlavə 2009-cu ildə "PalDad" ticarət nişanıyla məhsullar buraxmağa başlayan "Palfood MMC" dondurma fabriki təsis edildi. Bu fabrikdə "PalDo" ticarət nişanlı dondurmalar istehsal edilir. == Xüsusiyyətlər == NURSÜD Süd və Süd Məhsulları Zavodu ən müasir texnologiyalar və avadanlıqlarla təchiz olunub. Zavod 40 min kvadratmetr (40 000 m²) sahədə yerləşir.
Pal Sinye-Merşe
Pal Sinye-Merşe (mac. Pál Szinyei Merse; 4 iyul 1845, Sinzeuyfalu — 2 fevral 1920, Ernye) — macar rəssam, macar rəssamlığının impressionizm cərayanının banisi. == Bioqrafiya == İndiki Slovakiyada nəcib bir ailədə anadan olmuşdur. O, Macarıstanda bir məktəbdə şəkil çəkməyə başladı, sonra 1864-cü ildən Münhen akademiyasında təhsil aldı. 1867-ci ildən 1869-cu ilədək Karl Piloti akademik istiqamətinin sənətşünaslıq şagirdi idi. Akademiyanı bitirdikdən sonra Münihdə 1873-cü ilə qədər yaşamışdı. Münhen o zaman Avropanın ən böyük sənət mərkəzlərindən biri idi və Sinye-Merşe müasir Avropa sənətinə giriş əldə etdi. Akademiyanı bitirdikdən sonra Fransız sənətçilərinin, ilk növbədə Qustav Kourbet, Eduard Mane və impressionistlərin əsərlərinin təəssüratı altında, tamamilə akademik şəkildə çəkildi. Bu dövrdə o, Mərkəzi Avropanın bir sənətçisi tərəfindən yazılmış impressionizm tərzində ilk əsərləri yaratdı. Bu dövrdə o, rəng və işıqlandırmaya böyük əhəmiyyət verirdi.
Pal küçəsinin oğlanları (novella)
Pal küçəsinin oğlanları (mac. "A Pál utcai fiúk", 1906) – macar yazıçısı Ferens Molnar tərəfindən yazılmış və ilk nəşri 1906-cı ildə olmuşdur. Hamının gözlədiyindən fərqli olaraq, cəsarətli addım ata bilən oğlan uşağı haqda psixoloji əsərdir.Macarıstanda erməni hərbçisini qətlə yetirdiyi üçün həbsdə olan (2006-2012) Azərbaycan zabiti Ramil Səfərov macar dilindən tərcümə etdiyi novellalardan məhz biridə budur . == Əsərdən seçilmiş hissələr == Vəziyyəti başa düşmək üçün EİNSTAND-ın nə olduğunu bilmək lazımdır. Bu Peştli uşaqların öz aralarında istifadə etdikləri bir söz var idi. Belə ki, əgər fiziki cəhətdən güclü olan, həndəvərində özündən daha zəif və çəlimsiz uşaqların kürə-kürə və ya top oynadıqlarını görərsə, onların kürələrini, toplarını və ya digər oyun alətlərini əllərindən almaq istəyərsə, sadəcə olaraq onlara yaxınlaşaraq EİNSTAND deməsi kifayət idi. Qulağa bir o qədər də xoş gəlməyən bu almanca kəlmə, güclü olanın oyun alətlərini bir döyüş qəniməti olaraq qəbul etdiyini, bu uğurda davaya hazır olduğunu və ona qarşı çıxanların isə döyülməyi göz altına almalarını anladırdı. Bir sözlə, EİNSTAND müharibə elan etmək demək idi. Eyni zamanda, bu kəlmə mühasirəyə almağın, fiziki güc tətbiq etməyin, zorakılığın, quldurluğun kəsə yoldan izahında istifadə olunur. Meydança!

Значение слова в других словарях

вы́стукать припасти́ пунец трёп факти́ческий эроти́ческий буксо́вка но́рия отгла́тывать полага́ться серозём штуко́вка убогий asleep choiceness cutout elbow-bending horse cavalry intuitiveness kibble knobbed pyrotechnic spoon-fed store-cattle обороняющийся