PALAN₁

is. [ fars. ]
1. Minik üçün istifadə edilən heyvanların belinə qoyulan içi saman, ya küləşlə dolu primitiv yəhər.
Ağa, palanı çox gözəl xalçadan tikilmiş bir uzunqulaq minmişdi. M.S.Ordubadi.

2. Keçmişdə: hambalların dallarına qoyduqları xüsusi yastıq.
Bir palan tikdir, yüngül taylardan-zaddan daşı, hamballıq elə. (Nağıl).
Burda döngələrin yeri darısqal; Oturmuş palanın üstündə hambal. S.Vurğun.

3. məc. dan. Qalın, ağır, kobud geyim haqqında. Bu palto deyil, palandır.

Etimologiya

  • PALAN Farscadır, bizdə bağırçaq sözü işlədilib, “yəhər” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
PAL-PALTARLI
PALAN₂

Digər lüğətlərdə