PALE

pale1

n 1. paya, dirək; 2. sərhəd, hüdud; out of the ~ hüduddan / sərhəddən kənar; within the ~ hüdudunda, sərhəd daxilində

pale2

adj 1. solğun, rəngi qaçmış / ağarmış, saralmış; ~ face solğun sifət; to grow / to become ~ rəngi qaçmaq, solmaq, saralmaq; to turn ~ with fright qorxudan rəngi qaçmaq / saralmaq; 2. zəif, sönük, tutqun; by the ~ light of the moon / candle ayın / şamın zəif işığında

pale3

v I paya ilə hasar çəkmək

v II 1. solmaq, rəngi qaçmaq, saralmaq; 2. zəifləmək, zəifləşmək, tutqunlaşmaq; Stars are paling Ulduzlar tutqunlaşır; 3. soldurmaq, saraltmaq, rəngini qaçırtmaq

PALAVER
PALE-FACED
OBASTAN VİKİ
Pale (Bosniya və Herseqovina)
Pale (bosn. Pale, serb. Пале / Pale, xorv. Pale) — Bosniya və Herseqovinanın paytaxtı Sarayevodan 10 km cənub-şərqdə yerləşir. Serb Respublikasına daxil olan Pale icmasının mərkəzidir. Şəhərdə dağ-kurortu fəaliyyət göstərir. Bosniya müharibəsi illərində şəhər Serb Respublikasının paytaxtı olaraq bilinirdi. Serb Respublikasının konstitusiyasına görə, Sarayevo bu respublikanın paytaxtıdır. Deyton sazişinə görə Bosniya və Herseqovina Federasiyasının tərkibinə daxildir. Hal-hazırda paytaxt əslində Banya Luka şəhərinə köçürülür.
Pale-Ruayal — Myüze-dyü-Luvr
Pale-Ruayal — Myüze-dyü-Luvr (fr. Palais Royal - Musée du Louvre) — Paris metrosunun 1-ci və 7-ci xəttlərinin I hissəsində yerləşən Ara dayanacaq. Köhnə kral sarayından və Louvre girişinin yaxınlığında yerləşən mövqedən adlandırıldı. Ara dayanacağın mərkəzinin tarixindəki ilk 1 nömrəli salon idi: 19 iyul 1900-də Paris Metrosunun ilk səkkiz stansiyası arasında baş verib. 1 iyul 1916-cı ildə 7 nömrəli zona açılıb, bunun nəticəsində ara dayanacaq mərkəzi yaradıldı. 1967-ci ildə köhnə adı Palais Royal ilə stansiyaya giriş. Müəllif fotoşəkili - Paolo Monti 1989-cu ilə qədər stansiya Palais-Royal adlandırıldı. Renovinq Luvra daxil olmaq üçün yeni bir yeraltı lobbisinin açıldı və qonşu stansiya isə Luvr-Rivoli adlandırıldı. 1-ci sinif salonu 2009-cu il 7-8-də avtomatlaşdırma işləri üçün bağlanıb.. RATP-nin məlumatına görə 2011-ci ildə girişdə olan stansiyadakı sərnişin trafiki 9559535 nəfər təşkil edib .
Sen-Pale (Alye)
Sen-Pale (fr. Saint-Palais) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Yuryel kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03249. 2008-ci ildə əhalinin sayı 191 nəfər təşkil edirdi. 2007-ci ildə 104 yaşda (15–64 yaş arasında) 62 nəfər iqtisadi fəal, 42 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici — 59,6%, 1999-cu ildə 59,8%). Fəal olan 62 nəfərdən 55 nəfəri (28 kişi və 27 qadın), 7 nəfəri işsizdir (4 kişi və 3 qadın). Fəal olmayan 42 nəfər arasında 10 nəfər şagird və ya tələbə, 18 nəfər təqaüdçü, 14 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
The Pale Emperor
The Pale Emperor — Marilyn Mansonın onuncu studiya albomu.
Edvard Qraham Paley
Edvard Qraham Peyli (3 sentyabr 1823 – 23 yanvar 1895, Lankaster[d]) — ingilis memar. Əsasən işlərini XIX əsrin 2-ci yarısında Lankaşirdə həyata keçirmişdir. 1838-ci ildə məktəbi tərk edəndən sonra Lançestrə getmiş, Edmund Şarpın tələbəsi olmuş və 1845-ci ildə Şarpa partneri olaraq qoşulmuşdur. 1851-ci ildə Şarp təqaüdçü olduqdan sonra Peyli tək qalmışdır. Daha sonra 1868-ci ildə Hurbert Austin və 1886-cı ildə öz oğlu Henri ona qoşulmuşdu. Onlar Peylinin 1895-ci ildə ölümünə qədər birlikdə işlədilər. Peylinin əsas işi yeni kilsə layihələri yaratmaq olub, lakin o həm də kilsələrin yenidən qurulması işlərində də iştirak edib. Onun şah əsəri ruhani kilsəsi olan Müqəddəs Petr Kilsəsi olub.(indiki Lançestr kilsəsi). Digər məşhur işi isə Royal Albert Xəstəxanasıdır. O, kilsələrin tikilməsində əsasən Qotik Revivial üslubundan istifadə edib.
II Andronik Paleoloq
II Andronik Paleoloq (yun. Ανδρόνικος Β' Παλαιολόγος, translit. Andrónikos V' Palaiológos; 25 mart 1259, İznik, Bizans imperiyası – 13 fevral 1332, Konstantinopol) — Bizans imperatoru (hak. 1282–1328). O, Bizansın 1204-cü ildə səlibçilər tərəfindən ələ keçirilmiş keçmiş torpaqlarını geri almış və feodalların separatçı istəklərini yatırmışdır. Papa ilə ittifaqa qarşı çıxan Paleoloq Kiçik Asiyada güclü türk basqınçılara qarşı vuruşmuşdur. 1321-ci ildə zadəganlar nəvəsi III Andronik Paleoloqu (hak. 1341–1328) taxta çıxarmaq üçün ona qarşı üsyan etmişdilər. Uzunmüddətli bir mübarizədən sonra taxtdan enmək məcburiyyətində qalan Paleoloq 1332-ci ildə monastırda vəfat etmişdir. == İstinadlar == == Mənbə == Vasilyev, Aleksandr Aleksandroviç.
II Manuil Paleoloq
VIII İohann Paleoloq (yun. Ίωάννης Η' Παλαιολόγος; 27 iyun 1350, Konstantinopol – 21 iyul 1425, Konstantinopol) — Bizans imperatoru.
Ione paleacea
Sunipia cirrhata (lat. Sunipia cirrhata) — səhləbkimilər fəsiləsinin sunipia cinsinə aid bitki növü. == Arealı == Sunipia cirrhata növü Nepaldan Çinə qədər yayılmışdır. == Sinonim == Bulbophyllum cirrhatum (Lindl.) Hook.f. Bulbophyllum mishmeense Hook.f. Bulbophyllum paleaceum (Lindl.) Benth. & Hook.f. Ione cirrhata Lindl. Ione fuscopurpurea Lindl. Ione paleacea Lindl.
Meganthropus paleojavanicus
Erektus (lat. Homo erectus) — i̇nsan cinsinə aid nəsli kəsilmiş növ.İlk dəfə 2 milyon il əvvəl ortaya çıxdı və 110.000 il əvvəl yox oldu. Ayrıca Erektus'un insanın da atası olduğu hesab olunur.
Mixail VIII Paleoloq
Mixail VIII Paleoloq (yun. Μιχαήλ Η΄ Παλαιολόγος; 1224, Nikeya imperiyası – 11 dekabr 1282, Trakiya) — 1259–1282-ci illərdə hakimiyyətdə olmuş Bizans imperatoru. VIII Mixayil 1453-cü ildə Konstantinopolun Osmanlı İmperiyası tərəfindən fəthinə qədər mövcud olmuş Paleoloq sülaləsinin banisidir. 1261-ci ildə VIII Mixayil Konstantinopol şəhərinin Dördüncü səlib yürüşü zamanı yaranmış Latın İmperatorluğunun əlində alaraq Bizans İmperatorluğunu yenidən qurmuşdur. VIII Mixayil domestik (Bizans ordusu generalı) olan Andronik Douk Kamnen Paleoloqun və Teodora Angelina Paleoloqinanın oğlu kimi anadan olmuşdur. Ana tərəfdən keçmiş Bizans imperatoru III Aleksey Angelin nəvəsidir. Onun ailəsi imperator nəslindən gəlirdi və ailəsinin Dükilər, Angellər, Komnenlər kimi sülalələrlə əlaqəsi vardı. Gənc yaşlarda tanınmağa və Nikeya İmperatorluğu içərisində sürətlə yüksəlməyə başlamışdır. III Iohannın qohumu olan Teodora Dukayna Vtatzina ilə evlənmişdir. 1256-cı ildə Mixayil Anadolu Səlcuqlu Dövləti imperatoru olan II İzəddinin təmsilçiləri ilə bir üsyan planlamaqla ittiham olunmuşdur.
Moskva Paleontologiya Muzeyi
Moskva Paleontologiya Muzeyi (rus. Палеонтологический музей им. Ю. А. Орлова) — Moskva muzeyi, dünyanın ən iri təbii-tarixi muzeylərindən biridir. Muzeydə 120 mindən artıq müxtəlif qazıntı nümunəsi saxlanılır. 1937-ci ildə qurulmuş, 1966-cı ildən zooloq və paleontoloq Yuri Orlovun adını daşıyır. Muzey Borisyak Paleontologiya İnstitutunun bir hissəsidir. Altı otaqdan ibarət muzeyin dörd sərgi sahəsi yer üzündəki üzvi dünyanın inkişafına həsr olunmuşdur. Orlov adına Paleontologiya Muzeyi 1937-ci ildə Elmlər Akademiyasının Paleontologiya İnstitutu tərəfindən Beynəlxalq Geoloji Konqresinin XVII sessiyasında təsis edilmişdir. Muzeyin tarixi buz dövrünə aid məməlilərin sümükləri və dişləri yeni tikilmiş Kunstkameraya daxil olduğu andan - 1716-cı ildən Sankt-Peterburqda başlayır. Toplanan bu kolleksiya Fersman Mineralogiya Muzeyinə çevrilən Elmlər Akademiyasının Mineral Kabinetində saxlanılıb.
Orta Paleolit
Orta paleolit — təxminən 100 min il bundan əvvəl başlanmış, e.ə.35–cı minilliyə qədər davam etmişdir. Bu dövr Mustye mədəniyyəti adlanır. Orta Paleolit dövründə Azərbaycan ərazisində yaşayan qədim insanlar daha geniş ərazilərə yayılmış, Kiçik Qafqazın cənub-şərq yamacında, Naxçıvan, Qarabağ, Qazax bölgələrində məskən salmışlar. Arxeoloqlarımız Qarabağda Tağlar,Zar,AzıxNaxçıvanda Qazma, Qazaxda Damcılı,Daşsalahlımağaralarında Orta Paleolit dövrünə aid zəngin maddi mədəniyyət nümunələri tapmışlar. Qazma mağarasında aparılan arxeoloji tədqiqatlar nəticəsində 17,000-dən artıq heyvan sümükləri aşkar olunmuşdur. Sümüklərin əksəriyyəti doğranmış vəziyyətdə olduğuna görə, onların təyinatı çətinləşmişdir. Sümüklərin hansı heyvan və quş növlərinə aid olması əsasən diş və çənə qırıqları əsasında təyin olunmuşdur. Düşərgədən tapılmış sümük məmulatlarının təyini D.V.Haciyev və S.D.Əliyev tərəfindən olunub. Onların tərkibində 24 növ fauna qalığı müəyyən olunub: it (Canis), porsuğ (Meles), mağara şiri (Panthera speiaeus Goldf.), mağara ayısı (Ursus spelaeus Ros. et Hein.), at (Equus), pleystosen eşşəyi (E. hydruntinus Reg.), maral (Cervidae), ibtidai öküz (Bos primigenius Bojan.), ceyran (Gasella subguttorosa Güld.), keçi (Capra), qoyun (Ovis), dovşan (Lepus), qəmiricilər (Rodentia) və teriofaunanın digər növləri.
Paleaepappus
Paleaepappus (lat. Paleaepappus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Paleaepappus patagonicus
Paleaepappus (lat. Paleaepappus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Palearktika
Palearktika regionuna Avropa, Asiya və Şimali Afrika daxildir. Cənub səhra qurşağına qədər uzanır. Böyük Səhra, Ərəbistan və İran səhraları və Çin bu zonanın daxilindədir. Wallace görə, dörd subregiona bölünür: 1 — Avropa Regionu: İspaniya, İtaliya, Türkiyə, Yunanıstan və Bolqarıstan istisna olmaqla, Ural dağlarına qədər Avropanın qalan hissəsini əhatə edən regiondur. 2 — Aralıq dənizi regionu: Afrika qitəsinin və Ərəbistan yarımadasının Xərçəng tropikinin üstündəki hissəsini, Fransa istisna olmaqla, Aralıq dənizi ölkələri, İran, Azərbaycan, Qafqazı, Qara dənizin Rumıniya və Ukrayna sahilləri istisna olmaqla yerdə qalan hissələrini əhatə edən regiondur. 3 — Sibir regionu: Asiya qitəsinin Himalay dağları, Böyük Çin səddi, Yaponiya, İran və Azərbaycandan kənarda qalan bir hissəsidir. Xəzər dənizi bütünlüklə bu zonadadır. 4 — Mancuriya regionu: Çin və Koreyanın daxil olduğu hissə. Avropa və Aralıq dənizi regionları birlikdə Qərbi Palearktika (E. Mayr) zonasını təşkil edir. Qərbi Palearktika zonası xüsusilə ornitologiya üçün çox əhəmiyyətli bir yerə malikdir.
Paleista brachypoda
Palembanq
Palembanq — İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı. Şəhər müvafiq olaraq 2014-cü ildə təxmini əhalisi 1,708,413 nəfər olan Cənubi Sumatranın şərq ovalığındakı Musi çayının aşağı sahilindəki hər iki sahildə 369.22 kvadrat kilometr (142.56 kvadrat mil) ərazini əhatə edir. Palembanq İndoneziyanın ən çox əhalisi olan doqquzuncu və Cənub-Şərqi Asiyanın on doqquzuncu şəhəri olan Medandan sonra Sumatranın ikinci ən böyük şəhəridir. Böyük Palembanqın metropol ərazisi 2015-ci ildə ümumi təxmin edilən əhalisi 3,5 milyondan çox olan Banyuasin, Oqan İlir və Oqan Komerinq İlir kimi şəhər ətrafındakı bölgələrin bir hissəsini əhatə edir.
Palencia
Palencia – İspaniyanın, Kastiliya və Leon regionunda yerləşən şəhərdir. 2011-ci il əhalinin siyahıya alınmasına görə, əhalisi 81.089 nəfərdir. Roma dövründə, şəhər qala kimi İberlər tərəfindən Pallantia (yun (Strabon və Ptolemeyə görə): Παλλαντία) adı altında yaradılmışdır.
Palendra Kumar
Paleoantroplar
Paleoantroplar (yun. palaios - qə­dim; antropos - insan) - insanların təkamülündə ikinci pillənin nümayəndələri; bunlar meymun-insanları əvəz etmişlər. Təqribən 300 min il bundan əvvəl, mindel-rissdə meydana gəlmiş, riss-vürmdə (100-70 min il bundan əvvəl) isə çiçəklənmə dövrü keçirmişlər. Bunlara neandertal tipli insanlar məxsusdur. Paleoantropologiya fiziki və ya bioloji paleontologiya olaraq da təyin olunan bir elm sahəsidir. Paleoantropologiya, fosil qeydlərinə əsaslanaraq insan və əlaqəli növlərin zamanla inkişafını təyin edir. Burada növlər arasındakı əlaqə genetik və ya anatomik quruluşa baxılaraq izah olunur. Paleoantropoloqlar tədqiqatlarında sümük qalıqları, ayaq izləri və fosillərdən istifadə edirlər. İnsan Neandertal insan Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Paleoarxey
Paleoarxey və ya Paleoarxey erası — Arxey eonunda era. 3600-3200 milyon il əvvəlləri əhatə etmişdir. Adı yunan dilində "Palaios"- qədim deməkdir. Qərbi Avstraliyada tapılan, 3,480 milyon yaşındakı fosilləşmiş bakteriyaların müəyyən edilmiş ən qədim həyat forması bu dövrə aiddir. İlk superqitə olan Vaalbara da bu dövrdə meydana gəlmişdir. Bu dövrdə, təqribən 3.26 milyard il əvvəl Cənubi Afrika bölgəsinə təxminən 37–58 kilometr (23–36 mil) eni olan bir böyük bir asteroid düşdü.
Paleoasiya dilləri
Paleoasiya dilləri — Dünya dil ailəsindən biri. Paleoasiya dil ailəsi beş budağa ayrılır: 1. eskimos və aleut dilləri; 2. çukot, koryak və kamçadal dilləri; 3. ket və ölü arin, asan dilləri; 4. yukagir və çuvan dilləri; 5. nivx dili. Bu dillər arasında dərin qohumluq münasibətləri yoxdur. Onların bəzilərinin arasında genetik əlaqələr hiss olunur. Вернер Г. К. Палеоазиатские языки // Лингвистический энциклопедический словарь.
Paleobalkan dilləri
Paleobalkan dilləri — bir sıra Hind-Avropa dillərinin şərti adlandırılması. Bu dillərdə danışanlar romalıların işğalından əvvəl (ehtimal ki, işğaldan bir müddət sonra da) Balkanlarda yaşamışlar.
Paleobiology Database
Paleobiology Database (PBDB) — heyvan, bitki və mikroorqanizmlərin qalıqlarının tapıldığı yer və təsnifatı haqqında. Məlumatların eynisi analoji resurs olan Makkouri Universitetinin Fossilworks bazasında yerləşdirilib.
Paleobotanika
Paleobotanika - qədim bitkilərin süxurlarda qalan izləri və qalıqları əsasında onların morfologiya və anatomiyasını, filogeniya və sistematikasını öyrənən elm. Paleobotanika keçmiş geoloji epoxaların florasının inkişaf tarixinin bərpası ilə məşqul olur və nəticədə müasir bitkilərin formalaşma yollarını araşdırır. Paleobotanika paleontologiyanın bir hissəsi olub, fossil bitki qalıqlarının öyrənilməsinə əsaslanan kontinental və o cümlədən kömürlü çöküntülərin stratiqrafiyasında xüsusi yer tutur. Paleobotanika məlumatları paleoiqlim və paleocoğrafi şəraitlərin bərpasında istifadə edilir. Obyektlərdən (oduncaq qalığı, meyvə, spor və tozcuqlar) asılı olaraq, paleobotanika müxtəlif sahələrə ayrılır: paleoksilologiya, paleokarpologiya, palinologiya, bitkilərin paleocoğrafiyası. Sinonim: Paleofitologiya, Fitopaleontologiya. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Paleocoğrafi xəritələr
Paleocoğrafi xəritələr (rus. палеогеографические карты, ing. palaeogeographical maps) — geoloji keçmişdə mövcud olmuş fiziki-coğrafi şəraiti, o cümlədən qurunun və dənizin paylanmasını, materiklərin relyefinin xarakterini, təbii zonaların sərhədlərinin vəziyyətini və s. əks etdirən xəritələr. Müxtəlif miqyasda və müəyyən geoloji zaman üçün tərtib edilir, məqsəd və vəzifəsindən asılı olaraq müxtəlif məzmunda olur.
Paleocoğrafiya
Paleocoğrafiya (rus. палеогеография, ing. palaeogeography) — yer kürəsində geoloji keçmişdə mövcud olmuş fiziki-coğrafi şəraiti öyrənən elm. Paleocoğrafiya landşaftda əks olunan bütün fiziki-coğrafi prosesləri və hadisələri əhatə edir. Bunun üçün qədim relyef, iqlim, orqanizmlər və orqanik maddələrin yayılması bərpa olunur; paleo-tektonika və litoloji- fasial təhlili birləşdirən paleocoğrafi xəritələşdirmə tətbiq edilir. Paleocoğrafiya bir sıra xüsusi sahələri: paleogeomorfologiya, paleoiqlimşünaslıq, paleobiocoğrafiyanı və s. əhatə edir. Paleocoğrafiya müxtəlif kontekstlərə əsaslana elmi anlayışlar üçün vacib olan məlumat verir. Məsələn, çökmə süxurların paleocoğrafik təhlili neft və digər sərvətlərin sahəsində əsas rol oynayır, çünki stratiqrafik qeydlərdə Yer səthinin qədim geomorfoloji mühitləri daim qorunub saxlanılır. Paleocoğrafik dəlillər həmçinin kontinental hərəkət nəzəriyyəsinin inkişafına töhfə vermiş, Pangeya kimi superqitələrin və Pantalas kimi qədim okeanların şəkli və yerləşməsi haqqında məlumat verərək cari tektonik plitələr haqqında nəzəriyyələri məlumatlandırmaqda davam edir.

Digər lüğətlərdə