PALEONTOLOJİ
PALID
OBASTAN VİKİ
Paleontoloq
== Geomorofloji termin == Paleontolo­gi­ya - (rus. палеонтология, ing. palaeontology) Yerin ta­rixinin tədqiqi ilə əlaqədar, orqa­nizm qalıqları və onların fəaliyyətinin izləri əsasında geoloji keçmişin canlı aləmini və onun inkişaf qanunauyğunluqlarını öyrənən elm. P. bioloji elmlər sırasına aiddir və iki hissəyə bölünür: paleozoologiya və paleobotanika. P. Geoxronolo­giyanın və stratiqrafik tədqiqatların əsasını təşkil edir. == Paleontologiya == (q.yun. παλαιοντολογία) — tapılmış bitki və heyvan qalıqları əsasında onların xarici görünüşünün bərpa olunması, bioloji xüsusiyyətlərini, qidalanma tərzini, çoxalmasını, bu məlumatlar əsasında bioloji təkamülün gedişatını və s. öyrənən elm sahəsidir. Yunan dilində palaios (qədim), onto (varlıq) və logos (elm) sözlərindən meydana gəlmişdir. Qədim canlıları araşdıran bir elm sahəsi olan paleontologiya və ya "fosil" stratiqrafiya, sedimentologiya, tarixi geologiya, biologiya, ekologiya, coğrafiya, klimatologiya ilə əlaqəlidir.
Aydın Məmmədov (paleontoloq)
Aydın Balaca oğlu Məmmədov (1934, Sərdarlı, Qaryagin rayonu – 2020, Bakı) — Azərbaycan alimi, geologiya-mineralogiya üzrə elmlər doktoru, Azərbaycan Paleontologiya Cəmiyyətinin prezidenti, paleontoloq. == Həyatı == 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. 1958–1961-ci illərdə Azərbaycan Sənayə İnstitutunda aspirantura təhsili almışdır. 1962-ci ildə namizədlik dissertasiyasıçı müdafiə etmişdir. 1968-ci ildən Azərbaycan Geologiya İnstitutunda işləyirdi. 1992-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004–2010-cu illərdə Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda baş elmi işçi vəzifəsində işləmişdir. 2020-ci ildə Bakıda həyatını itirmişdir.
Tofiq Həsənov (paleontoloq)
Tofiq Məcnun oğlu Həsənov (1921, Bakı – 2005, Bakı) - paleontoloq-stratiqraf, AMEA-nın müxbir üzvü (2001), geologiya-mineralogiya elmləri doktoru (1967), Azərbaycan Paleontologiya Cəmiyyətinin prezidenti, Rusiya Paleontologiya Cəmiyyətinin fəxri üzvü, == Həyatı == Tofiq Həsənov 1921-ci ildə Bakı şəhərində anadan olub. 1938-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geoloji-kəşfiyyat fakültəsinə qəbul olunub, lakin Böyük Vətən müharibəsi illərində Sovet Ordu sıralarında qulluq etməsi ilə əlaqədar təhsilini yarımçıq qoyub. 1948-ci ildə həmin universiteti Mühəndis-geoloq ixtisası üzrə bitirib. == Əmək fəaliyyəti == Tofiq Həsənov 1946-1951-ci illərdə Azərbaycan Geologiya İdarəsinin çöl ekspedisi­yala­rında kollektor, SSRİ Elmlər Akademiyası Neft Ekspedisiyasında baş geoloq və­zi­fələrində çalışıb. O, 1999-2005-ci illərdə H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin direktoru vəzifəsini icra edib. == Elmi fəaliyyəti == Tofiq Həsənov 1951-1954-cü illərdə Azərbaycan Elmlər Akademiyası­nın Geologiya və Geo­fizika İnstitutunun aspiranturasında təhsil alıb. 1954-cü ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1967-ci ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib.Tofiq Həsənovun elmi fəaliyyətinin əsas istiqaməti Yura dövrünə aid çöküntülərinin paleontologiya və stratiqrafiyası olmuşdur. Alimin namizədlik dissertasiyasının mövzusu da Kiçik Qafqazda filiz yataqlarının ana süxuru olan və geniş intişar edən Yura dövrü çöküntüləri haqqında olub. Yura çöküntüləri üçün ilkin əhəmiyyətli altı tapıntı 1952-ci ildə Tovuz rayonunda aparılan çöl işləri zamanı aşkar edilib.

Значение слова в других словарях

ака́фист переигра́ть расклёшить сгорба́тить термини́рование фурма́нщик антиге́ны аргона́вты вы́пытать зара́зно нейроле́птики понатаска́ть посо́веститься уло́вный лагун узг gateman liturgical metaphyte non-joinder plugging viscometer галопом плановый съёмщик