PALEOQRAF

сущ. палеограф (специалист по палеографии, исследователь древних рукописей)
PALEOİQLİMŞÜNASLIQ
PALEOQRAFİK
OBASTAN VİKİ
Paleoqrafiya
Paleoqrafiya — qədim yazılı abidələrin müəllifinin müəyyən edilməsini, bu yazılı abidələrin yaranma tarixini və yerini, onun qrafik formalarının inkişaf qanunauyğunluqlarını öyrənən köməkçi tarixi-filoloji fənn. Paleoqrafiya bir elm kimi XVII əsrdə Avropada sənədlərin həqiqiliyinin və ya saxtakarlığının təyin edilməsi zərurəti ilə bağlı meydana çıxmışdır. Paleoqrafiya yazılma tarixi məlum olan əlyazmaların kağızını, xəttini, hərflərinin növünü, ornamentini, cildini və s. cəhətlərini öyrənərək müqayisə yolu ilə tarixi məlum olmayan əlyazmalar haqqında müəyyən nəticəyə gəlir. Bütün bu tədqiqat prosesində tarix, dilçilik, ədəbiyyat tarixi, mətnşünaslıq və s. elmlərin köməyinə müraciət edilir. Paleoqrafiya (Yunanca palaiós παλαιός köhnə, grapheía γραφεία yazmaq) qədim yazı növlərini öyrənən elmdir. Tarix boyu istifadə edilmiş olan əlifbaları öyrənərək bu əlifbalar ilə yazılmış olan sənədlərin oxunmasını təmin edir və beləliklə tarixi hadisə və proseslərin öyrənilməsinə yardım edir. Misal olaraq, eramızdan əvvəl 1226-cı Qədim Misir dövləti ilə Qədim Het dövləti arasında baş vermiş müharibədən sonra bağlanmış olan Kadeş müqaviləsinin oxunmasını göstərmək olar. Bir millətin dilini bilmək, tarixi tədqiqatlar üçün kifayət deyildir.

Значение слова в других словарях