PALİNDROM

Yunanca “geriyə qaçıram” deməkdir. Həm sağdan sola, həm də soldan sağa oxuyanda, eyni mənanı verən sözlərlə bağlı işlədilir: ana, ata. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

PALEOZOY
PALTO
OBASTAN VİKİ
Palindrom
Palindrom – tərsinə oxunuşu da eyni olan cümlə, söz və ədədlərə deyilir. Yunan dilindəki "Palindromon" sözündəndir, mənası "Geri çevrilən / Tərs(in)ə dönən", "Arxası-Önü olmayan" deməkdir. Azərbaycan dilində bunu "Astarı-Üzü (Tərsi-Üzü) eyni" kimi qəbul etmək olar. Müasir Türk dilində "palindrom" termininin mənasını birbaşa açıqlayan "Tərsi-düzü bir" deyimi işlədilir. Palindrom yaradıcılığında dilin ifadə və formal imkanlarının üzə çıxarılması əsas məqsəd daşıdığından bu söz yığınının hər şeyə rəğmən bir də müəyyən məna daşıması əlavə üstünlük sayılır. == Tarixi == İlk palindrom hələ Miladdan əvvəl IV əsrdə qədim latın dilində tərtib olunub : "Sator Arepo tenet opera rotas"("Əkinçi Arepo yorulmadan çalışır.") Bizans imperiyasının paytaxtı Sofiyadakı bir kilsənin mərmər divarlarına aşağıdakı palindrom üslublu hikmət oyulmuşdur: NİSPONANOMİMATAMİMONANOPSİN("Təkcə üzünüzü deyil, günahlarınızı da yuyun") == Nümunələr == === Palindrom sözlər === Mum, Sus, Dad, ləl, lal, ütü, iki, səs, ada, ağa, ala, iri, yay, ana, ata, kök, bab, amma, kələk, şabaş, qabaq, mənəm, qapaq, ənənə, mühüm, kiçik, Əzizə, Küllük, qulluq, Tavat, şeş, küçük iti iti === Palindrom cümlələr === Bizə tut əzib. Ey mələk kələm ye. Buruq ada qurub. Bikə kök əkib. === Palindrom ədədlər === 323 6336 54245 623326 7895987 42699624 536754457635 98765432100123456789 98778855231222213255887789 === Quranda olan palindromlar === 1 — (Mudethir 74:3) ر ب ك ف ك ب ر → ﻭرﺑﻚ ﻓﻜﺒﺮ 2 — (Yasin 36:40) ك ﻝ ف ﻱ ف ﻝ ك → ﻭﻛﻞ ﻓﻲ ﻓﻟﻚ ﻳﺴﺒﺤﻮﻥ === Qədim Sanskrit dilində palindromlar === Yuxarıdan aşağıya, əksinə, sağdan sola və əksinə oxunduqda eyni cür oxunurlar.
Palindromik ədəd
Palindromik ədəd — iki tərəfdən də oxunduğu zaman eyni olan ədədlərə deyilir. Misal: 5, 101, 2112, 14341, 213898312 və s. Sadə palindromik ədədlər: 2, 7, 151, 191 və s. Kvadratik palindromik ədədlər: 1, 4, 121, 484, 12321 və s. Kubik palindromik ədədlər: 8, 343, 1331, 1030301 və s.

Значение слова в других словарях

-еньк-(а) вве́риться опосре́дствоваться подлёгочный ути́рка башта́н близёшенько девчу́шка загла́живание канва́ касси́ровать ко́робом отмета́ть ползу́н чехо́льчик пестрядь chemical pulp dishonorable disinsection eremitical transumpt volumenometer затяжка перенестись транквилизатор