Palindrom
Palindrom – tərsinə oxunuşu da eyni olan cümlə, söz və ədədlərə deyilir.
Yunan dilindəki "Palindromon" sözündəndir, mənası "Geri çevrilən / Tərs(in)ə dönən", "Arxası-Önü olmayan" deməkdir. Azərbaycan dilində bunu "Astarı-Üzü (Tərsi-Üzü) eyni" kimi qəbul etmək olar. Müasir Türk dilində "palindrom" termininin mənasını birbaşa açıqlayan "Tərsi-düzü bir" deyimi işlədilir.
Palindrom yaradıcılığında dilin ifadə və formal imkanlarının üzə çıxarılması əsas məqsəd daşıdığından bu söz yığınının hər şeyə baxmayaraq bir də müəyyən məna daşıması əlavə üstünlük sayılır.
İlk palindrom hələ Miladdan əvvəl IV əsrdə qədim latın dilində tərtib olunub : "Sator Arepo tenet opera rotas"("Əkinçi Arepo yorulmadan çalışır.")
Bizans imperiyasının paytaxtı Sofiyadakı bir kilsənin mərmər divarlarına aşağıdakı palindrom üslublu hikmət oyulmuşdur:
NİSPONANOMİMATAMİMONANOPSİN("Təkcə üzünüzü deyil, günahlarınızı da yuyun")
Mum, Sus, Dad, ləl, lal, ütü, iki, səs, ada, ağa, ala, iri, yay, ana, ata, kök, bab, amma, kələk, şabaş, qabaq, mənəm, qapaq, ənənə, mühüm, kiçik, Əzizə, Küllük, qulluq, Tavat, şeş, küçük iti
iti
Bizə tut əzib.
Ey mələk kələm ye.
Buruq ada qurub.
Bikə kök əkib.
323
2332
6336
54245
623326
7895987
42699624
536754457635
98765432100123456789
98778855231222213255887789
1 — (Mudethir 74:3)
ر ب ك ف ك ب ر → ﻭرﺑﻚ ﻓﻜﺒﺮ
2 — (Yasin 36:40)
ك ﻝ ف ﻱ ف ﻝ ك → ﻭﻛﻞ ﻓﻲ ﻓﻟﻚ ﻳﺴﺒﺤﻮﻥ
Yuxarıdan aşağıya, əksinə, sağdan sola və əksinə oxunduqda eyni cür oxunurlar.