PALTAR-PALAZ

магкая утварь (обычно постель, ковры, одежда)
PALTAR
PALTARAPARMA
OBASTAN VİKİ
Palaz
Palaz – xovsuz xalçaların ən geniş yayılmış növlərindəndir. Azərbaycanda palazları hətta xalçaçılıq məntəqə və müəssisələrinin olmadığı ərazilərdə belə, toxunur. Ancaq Qarabağda istehsal olunan palazlar Şirvan və Təbriz palazlarından kobud olur. == Ümumi məlumat == Azərbaycanda xovsuz xalça texnikasının ən yayılmış növüdür. O demək olar ki, Azərbaycanın bütün ənənəvi toxuculuq mərkəzlərində istehsal olunurdu. Palazın istehsalında həm yun, həm də pambıq iplərdən istifadə edilir. Lakin yazılı mənbələr göstərir ki, Azərbaycanda əvvəllər ipəkdən hazırlanmış palazlar da toxunurdu. Palazın toxunma texnikası saya və ya tünd rəngli əriş iplərin arasından müxtəlif çalarlı arğac iplərinin ensiz zolaqlar şəklində buraxılmasından ibarətdir. Palaz texnikasında toxunmuş məmulatdan ev döşəmələrinin, alaçıqların üstünün örtülməsində müxtəlif əməli xarakerli məişət əşyalarının, hətta bəzən üst paltarların hazırlanmasında da istifadə olunurdu. Bakının Qobu kəndində və onunla qonşu olan Xocasən və Güzdəkdə qədimdən çiyi palaz adlanan texnikadan istifadə edilirdi.
Kəmər (paltar)
Kəmər — adətən dəridən, plastikdən və ya ağır parçadan hazırlanmış, təbii bel ətrafında taxılan bant və ya qayış. Kəmərin ucları sərbəstdir və toka bir ucunu kəmərin digər hissəsinə, o biri ucunda və ya onun yaxınlığında bərkidərək kəməri ilgək halına gətirir. Kəmərlərin çoxu qara rəngdədir. Bel ölçülərinin müxtəlifliyinə görə kəmərlərin çoxu uzunluqda olur və əksər kəmərlər taxanın belinə uyğun olaraq toqqada tənzimlənə bilər.
Şəhər və paltar
Şəhər və paltar - universitet yerləşən şəhərdə iki fərqli icmanın mövcudluğunu nəzərdə tutur. Oksford, Kembric, Edinburq və Sent-Endryüs kimi şəhərlərdə akademik universitet icması ilə sadəcə şəhər sakinlərinin mövcudluğuna əhəmiyyət verir. Eyni zamanda termin ədəbiyyatda universitetlər yerləşən müasir şəhərləri xarakterizə etmək üçün istifadə edilir. == Terminin yaranması == Orta əsrlərdə dinin universitetlərə təsiri güclü olduğuna görə tələbələr din xadimlərinin geyindiyi uzun əbalı qara paltar geyinirdilər. Paltar həmçinin soyuq binalarda dərs keçəndə isinmək üçün də yararlı idi və universitet geyiminə çevrildi. Həmçinin fiziki əməklə məşğul olan əhalidən seçilən təbəqənin sosial statusunun fərqlənmə nişanına çevrildi. Paltarın papağına tələbənin təhsil aldığı kollecin rəngləri də vurulurdu. Beləliklə də həm müxtəlif kolleclərdə təhsil alan tələbələr, həm də yerli əhali geyiminə görə fərqlənməyə başladılar. == Ədəbiyyat == Kemp, Roger L. "Town & Gown Relations: A Handbook of Best Practices," McFarland and Company, Inc., Publisher, Jefferson, North Carolina, USA, and London, England, UK (2013). (ISBN: 9789-0-7864-6399-2).
Paltar fabriki (film, 1962)
== Məzmun == Film Bakıdakı Volodarski adına Tikiş Fabrikinin fəaliyyətindən danışır.
Şir, cadugər və paltar şkafı
Şir, cadugər və paltar şkafı (ing. The Lion, the Witch and the Wardrobe) – Klayv Steyplz Lyuis tərəfindən yazılan və Ceffri Bles tərəfindən 1950-ci ildə nəşr olunmuş epik-fantastik roman. "Narniya xronikaları"nın nəşr olunmuş ilk kitabıdır. == Məzmun == Romandakı hadisələrin böyük hissəsi pis ağ cadugər tərəfindən idarə olunan danışan heyvanlar və əfsanəvi məxluqlar ölkəsi olan Narniyada baş verir. Əsər müharibədən qaçan 4 uşağın yaşlı professor qohumlarının yanına köçməkləri ilə başlayır. Ən balaca uşaq olan Luci Narniyaya 3 dəfə səyahət edir. Üçüncü dəfə bacı və qardaşları da Luci ilə birlikdədir. Məlum olur ki, narniyalılar köhnə və məşhur fala inanırlar. Fala görə, Adəm və Həvva uşaqları Narniyanı xilas edəcək. Uşaqlar istəməsə də, özləri və Narniyanın gələcəyi uğrunda döyüşməli olurlar.
Pəncə... Qulaq... Palaz... Tikan... (film, 1976)
== Məzmun == Filmdə ayı balasının başına gələn əyləncəli sərgüzəştlərdən bəhs olunur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari Müəllifi: Ruhəngiz Qasımova Quruluşçu rejissor: Məsud Pənahi Quruluşçu rəssam: Məsud Pənahi Operator: Əlihüseyn Hüseynov Rəssam: N.Ağayeva, A.Quliyev Operator assistenti: Ramiz Ağayev Assistent: Elçin Axundov, L.Uznadze Cizgi rəssamı: Sergey Dyojkin, Vaqif Məmmədov, Arifə Hatəmi, Gülşən Quliyeva, Rauf Dadaşov, Solmaz Hüseynova Bəstəkar: Adil Bəbirov Mahnıların mətni: Kamal Aslanov Səs operatoru: Akif Nuriyev Montaj edən: A.Vəliyeva Redaktor: Ədhəm Qulubəyov Direktor: Aydın Abdullayev === Filmi səsləndirən === Məmmədrza Şeyxzamanov — bayquş (titrlərdə yoxdur) == Sitatlar == Ayı balası: Ana, ayağım əyridi bəyəm. Ana ayı: Əyri niyə? Ayı balası: Əyri pəncəyəm ki, mən. == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Narniya xronikaları: Şir, cadugər və paltar şkafı
Narniya xronikaları: Şir, cadugər və paltar şkafı (ing. The Chronicles of Narnia: The Lion, the Witch and the Wardrobe) – Endrü Adamsonun rejissorluğu ilə K.S.Lyuisin "Narniya xronikaları" seriyasının ilk kitabı (hekayə baxımından ikinci) "Şir, cadugər və paltar şkafı" əsasında çəkilmiş ABŞ-Britaniya istehsalı 2005-ci il epik fentezi filmi. Walden Media və Walt Disney Pictures tərəfindən istehsal olunmuş, Buena Vista Pictures tərəfindən buraxılmışdır. Filmin baş rollarında Vilyam Mouzli, Anna Poppluell, Skandar Keyns və Corci Henli çıxış edirlər. Film Piter, Suzan, Edmund və Lüsi adlı 4 britaniyalı uşağın Blits dövründə kənd bölgəsinə təxliyə olunmasından və Narniya adlı fentezi dünyasına keçid verən paltar şkafı tapmalarından bəhs edir. Onlar şir Aslanla (Liam Nison tərəfindən səsləndirilib) müttəfiq olub Ağ cadugər Cadisə (Tilda Suinton) qarşı döyüşürlər. Film 9 dekbar 2005-ci ildə buraxılmış, həm Avropa, həm Şimali Amerikada müsbət rəylər almışdır. Film bütün dünyada 745 milyon ABŞ dollarından çox gəlir əldə etmiş və 2005-ci ilin ən çox gəlir əldə edən 3-cü filmi olmuşdur. 2005-ci ildə Ən yaxşı qrim üzrə Oskar mükafatına və digər mükafatlara layiq görülmüşdür. Genişləndirilmiş buraxılışı 12 dekabr 2006-cı ildə yayımlanmış və 31 yanvar 2007-ci ilə kimi DVD şəklində buraxılmışdır.
Narniya xronikaları: Şir, cadugər və paltar şkafı (film, 2005)

Значение слова в других словарях

акри́ды выдра́ивать затво́рничать микроэлеме́нты оста́н спиртова́ние сцена́рный тепло́ три́стих хвастовство́ щели́стый карте́льный купина́ неопалимая магна́тский муштрова́ть облуче́ние обмо́л подта́чиваться социали́зм сшива́ть фаса́дчик шлихтова́ние birefringence cointreau villainous judgement