paon
pape
OBASTAN VİKİ
I Aleksandr (papa)
I Aleksandr — Romanın 6-cı Papasıdır. 105-115-ci illər aralığında Romada papalıq vəzifəsini icra etmişdir. == Papalıq dövrü == Evaristin yerinə təyin olunan I Aleksandrın 105-115-ci illər aralığında 10 il papalıq vəzifəsini davam etdirdiyi təxmin edilir.Lakin fəaliyyəti ilə bağlı bilinənlər, Yevsevinin verdiyi məlumatlara əsaslanır. Bəzi yazarların iddialarına görə, müqəddəs hesab edilmiş su və müqəddəs ayin şərabını suyla qarışdırma ənənəsini başlatmış, dini mərasimlərdə də bəzi islahatlar həyata keçirmişdir. İmperator Trayan ya da Adriannın dövründə başı kəsilərək öldürüldüyü təxmin edilir. Həbsxanada məhbus olduğu sırada gözətçi Müqəddəs Kvirin və onun qızı Müqəddəs Balbinanı da xristian etdiyi bəzi yazarlar tərəfindən iddia edilir.
Papa
Roma Papası — Roma Baş yepiskopu, Roma Katolik Kilsəsinin başçısı, Katolik xristianların dini lideridir. Katoliklərə görə Həvari Pyotrun xələfidir. İlk zamanlar bütün yepiskoplara verilən papa ünvanı, sonralar yalnız Roma Yepiskopu üçün istifadə edilməyə başlandı. Katolik kilsəsi, kilsə çərçivəsində Pyotr və xələflərinin təmsil etdiyi ən uca vəzifə olan papalığın ilahi bir qurum olduğunu iddia edir: İsa, papalıq vəzifəsini Pyotra təhvil vermiş və Pyotr da bu vəzifəni faktiki görmüşdür. Kilsədə yerləşmiş bir ənənəyə görə Pyotr, Romada din qurbanı olaraq ölmüşdür, bu səbəblə də ən təbii varisləri Romalı yepiskoplardır. == Tarix == Papalıq tarixi bir çox baxımdan kilsə tarixi ilə birləşir; bununla birlikdə bu tarixin bəzi dövrləri Papalıq qurumunun inkişafı baxımından ayrı bir xüsusiyyət daşıyır. İlk üç əsr ərzində papalar, daha çox Roma kilsəsinə əhəmiyyət vermişlər; amma qısa bir müddət sonra müxtəlif ölçülərdə başqa kilsələrə də qarışmağa başladılar: məsələn Papa I. Klementin Korintoslulara Məktubu (I əsrin sonu); Papa Viktorun Pasxa tarixi mövzusunda çıxan müzakirələrə müdaxiləsi (II əsrin sonu) və s. böyük kilsələrarası qurultay dövründə (IV və V əsr) papanın öndərlik təsiri daha da açıq şəkildə meydana çıxdı; 451'dəki Kadıköy məclisi, "Pyotrun Papa Leonun ağzında iradəsini bildirdiyini" irəli sürdü.
Papa Noel
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Papa Noyol
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Papa dövləti
Papa dövləti və ya Papa vilayəti — 754-cü ildə İtaliyanın mərkəzində Roma papası tərəfindən elan edilmiş, 1870-ci ilə qədər mövcud olmuş, teokratiya üsulu ilə teokrat monarx — papa tərəfindən idarə olunmuş, katolisizmin mərkəzi sayılan dövlət.
Tovlis Papa
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Papa İoanna
"Papa Joan" -Xristiyanların gizlətməyə çalışdıqları utancverici qadın Papa == Tarix == Katolik kilsəsini əsrlərdir narahat edən hekayənin baş qəhrəmanı Yohan 9-cu əsrdə almaniyada yaşayan dindar bir ailənin yanında övladlıq olaraq böyüyən bir ingilis qızıydı. Yaxınları onu "Gilberta" yaxud "Jutta" deyə də çağırırdılar. Olduqca ağıllı bir qız olan Yohan qadın olmasının özünə mənfi yaratdığını düşünər və 12 yaşına gələndə kişi paltarları geyməyə və oğlan uşağı kimi davranmağa başlayır. Daha sonrakı illərdə Yohan Xristian missionerlərə qoşulmuş və onlarla birlikdə getdiyi Afinada din və fəlsəfə öyrənmişdi. Zamanla ilahiyyat mövzusunda dövrün bütün xristian mənbələrinə və şifahi ifadələrinə vaqif olmuşdu, amma Afinalı xristianların gözündə əhəmiyyət qazanan saqqal saxlama adəti onu bu şəhərdən ayrılıb saqqalın taraş edildiyi Romaya getməyə vadar etdi. Romada özünü Con Anglicus adı ilə kişi kimi tanıdan Yohan "Benedictine" Monastırına girər və bilgisi ilə qısa müddət keşiş və kardinallardan ibarət geniş bir çevrəyə sahib olar. Hamı onu dövrün ən gözdə din alimləri arasında qəbul edirdi. Buna görə də Papa IV. Leonun səhhəti pozulmağa başlayanda kardinallar papalığa ən layiq insan kimi onun adını deməyə başlayırlar. 853-cü ildə Papa Leon ölüncə yerinə kilsə kənarından bir nəfər olmasına baxmayaraq, Yohan seçilir və VIII Con adı ilə vəzifəyə başlar. Papa Yohan 2 il 5 ay 4 gün boyunca Papalıq taxtında əyləşmişdir.ohan öldüyü yerdə də basdırılmış üzərinə "Petre, Pater Patrum Papisse Prodito Partum" ("Ata, Papaların Papası, Qadın Papanın uşağ doğma xəyanəti") yazılan mərmər qoyular və mərmərin yanına bir ana ilə uşağını göstərən heykəl tikilər.
Papa Elmlər Akademiyası
Papa Elmlər Akademiyası (it. Pontificia Accademia delle Scienze) — 1847-ci ildə Roma Katolik Kilsəsi tərəfindən qurulan papa akademiyalarından biri. Papa Elmlər Akademiyasının məqsədi riyazi, fiziki və təbiət elmləri və əlaqəli teoloji sualları araşdırmaqdır. == Akademiyanın işi == Bu gün Akademiyanın işi altı əsas məsələyə yönəlib: (a) əsas elm, (b) qlobal problemlərin elmi və texnologiyası, (c) Üçüncü Dünya problemlərinin həllində elm, (d) elm etikası və siyasəti, (e) bioloji tədqiqat etikası, (f) epistemologiya.Bu suallar doqquz fənə bölünür: Fizika və əlaqəli fənlər Astronomiya Kimya Yer və Ətraf Mühit Elmləri Həyat elmləri (botanika, aqronomiya, zoologiya, genetika, molekulyar biologiya, biokimya, nevrologiya, cərrahiyyə) Riyaziyyat Tətbiqi Elm Fəlsəfə Elmlər tarixi.
Papa Poku-Dvumo
Papa II Yulinin portreti (Rafael)
Papa II Yulinin portreti - İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri.Rafel əsəri 1511-ci ildə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Papa II Yulinin portreti əsəri hal-hazırda Böyük Britaniyada London şəhərində saxlanılır. Tabloda Roma papası olan II Lusi təsvir olunub.
Anatoli Papanov
Anatoli Dmitrieviç Papanov (31 oktyabr 1922, Vyazma, Smolensk quberniyası[d] – 5 avqust 1987, Moskva, RSFSR, SSRİ) — sovet teatr və kino aktyoru, RSFSR əməkdar artisti (1958), RSFSR xalq artisti (1966), SSRİ xalq artisti (1973). == Həyatı == Anatoli Papanov 31 oktyabr 1922-ci ildə Vyazma şəhərində doğulub. == Filmoqrafiya == Avtomobildən qorun (film, 1966) Brilyant əl (film, 1968) Peterburqdan anonim adam (film, 1977) Məhəbbətim mənim, kədərim mənim (film, 1978) 53-cü ilin soyuq yayı (film, 1987) Düşərsən, əlimə!
Andreas Papandreu
Andreas Georgios Papandreu (yun. Ανδρέας Γεώργιος Παπανδρέου; 5 fevral 1919[…], Xios – 23 iyun 1996[…], Afina) — Yunanıstan dövlət xadimi, siyasətçi və iqtisadçısı. İki dəfə Yunanıstanın baş naziri (1981-1989, 1993-1996). Yunanıstanda ən məşhur siyasətçi ailəsinin nümayəndəsidir. Özündən əlavə, müxtəlif vaxtlarda atası və oğlu da Yunanıstan baş naziri vəzifəsini tutmuşlar. Georgios Papandreunun oğlu və George Papandreunun atasıdır. Andreas Papandreu Yunanıstan siyasi səhnəsindəki iki əsas siyasi partiyadan biri olan PASOK-un (Ümumyunan sosialist hərəkatı) əsasını qoymuşdur. == Həyatı == Məşhur yunan siyasətçisi Georgios Papandreunun və əslən yarı polyak olan Sofiya Mineykonun oğludur. 1919-cu il 5 fevralda Şimali Egey adalarındakı Xios adasında dünyaya gəlmişdir. 1938-ci ildə İonnis Metaksasın faşist diktaturası dövründə trotskizmin təbliğində ittiham edilərək həbs edilmiş və ali təhsilini yarımçıq qoymuşdur.
Bulbophyllum papangense
Bulbophyllum papangense (lat. Bulbophyllum papangense) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Buxara papaq
Buxara papaq — Azərbaycanın milli papaq növü. Bəy zümrəsinin nümayəndələri və varlı təbəqələri Buxara papaq geyinirdi. Onları Buxaradan gətirilmiş dəridən konus şəklində və ya iti uclu hazırlayırdılar. Belə papaqlar şəhər aristokratiyası üçün də xarakterik idi. Buxara papağa "Şiş papaq" və ya "bəy papaqları" da deyilirdi. Buxara papaqların hündürlüyü 11 santimetrdən çox olmurdu. Buxara papaqlarının hazırlanma texnologiyası digərlərinindən fərqlidir. Üç qaragül cinsli quzu anadan olan kimi (hətta anası onu yalayıb dərisini qurutmamış) kəsilməlidir. Belə olmasa, onda quzunun dərisinin üzərindəki düyünlər açılır, onda isə həmin dəridən bu papağı tikmək mümkünsüz olur. Onun dəyəri də dərinin üzərindəki yun düyünlərinin açılmamasındadır.
Carica papaya
Qovunağacı (lat. Carica papaya) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin karikakimilər fəsiləsinin karika cinsinə aid bitki növü. Milyonlarla insanın qida rasionuna daxil olan və mamao, paupau, papayya, çörəkağacı adları ilə tanınan qovunağacı (yemişağacı) karika (lat. Carica) cinsindəndir. Sarımtıl-ağ rəngli çiçəkləri bir və ya iki cinsiyyətlidir. Meyvəsi sarı və ya sarımtıl yaşıl olub, forma və quruluşu qovunu xatırladır. Məşhur səyyah Vasko da Qama qovunağacının dadına baxaraq onu "Hindistan qızıl ağacı" adlandırmışdır. Qovunağacı həcmcə armuddan bir qədər böyükdür, sarı və narıncı rəngli qabığı olur. Tünd narıncı lətinin içində çoxlu xırda və bir qədər bibər dadı verən yeməli toxumları var. Floridada yerli əhali qovunağacının yarpağından paltarları yumaq üçün sabun kimi istifadə etdikləri üçün ştatda onu "zənci sabunu" adlandırırlar.
Düz papaq
Düz papaq (ing. Flat cap) — qarşısında kiçik sərt kənarlı yuvarlaq papaq. Papaq Şotlandiyada bannet (ing. bunnet), Uelsdə day kep (ing. Dai cap), İrlandiyada paddi kep (ing. paddy cap), Yeni Zelandiyada çiz-katter (ing. cheese-cutter, ABŞ-də drayvinq kep (ing. driving cap) və Rusiyada kepka (rus. кепка) kimi tanınır. Papaq adətən pambıq, yun və tviddən hazırlanır.
Dəlisov Papaqçı (Kerrolun personajı)
Papaqçı - Luis Kerrollun Alisa möcüzələr ölkəsində və Alisa güzgü arxasında əsərlərinin baş qəhrəmanlarından biridir. Mediadan fərqli olaraq kitabda onun adı "Papaqçı" (ing. Hatter) kimi qeyd olunur. Alisa "Möcüzələr ölkəsi"nə düşən zaman onun dəllisov olduğunu Çeşir pişiyindən öyrənir. Həmkarı Mart pişiyi ilə birgə çay içməyi xoşlayır.
Elena Paparizu
Helena Paparizou (yunanca: Ελενα Παπαριζου; 31 yanvar 1982, Buros) — məşhur yunan müğənnisidir. İsveçdə dünyaya gəlib və orada boya-başa çatıb. Antique qrupunun solisti olub. Helena məşhur yunan bəstəkarı — Toni Mavridislə ailə həyatı sürür. Helena ilk dəfə Yunanıstanı 2005 Avroviziya Mahnı Müsabiqəsində birinci edib. == Albomlar == 2004 Protereotita 2005 My Number One 2006 Iparhi Logos 2006 The Game of Love 2007 Iparhi Logos 2008 Vrisko To Logo Na Zo 2010 Giro Apo T' Oneiro 2011 Greatest Hits & More 2013 Ti Ora Tha Vgoume?
Elevferi (Roma papası)
Elevferi (q.yun. Ἐλευθέριος; bilinmir – 189 və ya 185) — 22 may 174-cü ildən 26 iyul 189-cu ilə qədər Roma yepiskopu. == Həyatı == "Pontifiklər kitabı"na görə, Elevferi Epir regionunda yerləşən Nikopol şəhərində, bir yunan ailəsində anadan olmuşdur. Onun müasiri olmuş Habundi bildirmişdir ki, o, Romada Papa Aniketin rəhbərliyi altında diakon təyin edilmişdi və Soterin dövründə də bu vəzifəni daşımışdır. Elevferi 174-cü ildə Roma yepiskopu olmuşdur.Elevferi pontifikatlığı dövründə kilsədə montanizm ilə bağlı mübahisə yaranmışdır. Bu hərəkat Kiçik Asiyada yaranmışdı və ardıcılları peyğəmbərlərinin vəcdli transları vasitəsilə yeni ruhani vəhylərin əldə oluna biləcəyinə inanırdılar.
Euseius papayana
Fedora (papaq)
Fedora — geniş ağızlı və girintili taclı keçə papaq. == Tarixi == Fedora terminin erkən istifadəsi 1891-ci ilə təsadüf edir. Papağın populyarlıq artıb və nəticədə ona oxşar görünüşlü homburqu keçdi.
Fransız mənşəli Roma papalarının siyahısı
Roma papalarından on altısı fransız mənşəlidir, onların hamısı Papa taxtında orta əsrlərin ikinci yarısında hakimiyyətdə olmuşlar. Yeddi Avinyon papası yalnız fransızlar olmuşdur (Siyahıda 10-dan 16-yadək) Müqəddəs taxtda oturan Roma papaları arasında fransızlar italyanlardan sonra sayca ikinci yerdədirlər.
Frigiya papağı
Frigiya papağı və ya azadlıq papağı — Şərqi Avropa, Kiçik Asiya, o cümlədən, Frigiya, Dakiya və Balkanlarda yaşayan müxtəlif xalqların tarixi keçmişi ilə simvolizə olunan, ucu qabağa doğru əyilmiş konusşəkilli papaq. Müasir Avropada o, azadlıq və müstəqilliyə işarədir və tez-tez qədim Romada qulların sərbəst buraxılamasının rəmzi olan papaq-pilosla qarışıq salınır. Qədim dövrdə monarxiya rejimlərində tac hakimiyyətdə olan sülaləni təmsil edirdisə, respublika qurulmuş dövlətlərdə gerb Frigiya papağı ilə təsvir olunurdu. Müxtəlif dövlətlərin milli simvollarında, o cümlədən də Fransanın Mariannasında bu papağı görmək olar. == Qədim dövrlərdə == === İlkin ellin dövlətlərində === Frigiya papağı e.ə. 4-cü əsrə qədər frigiyalıların ana ilahəsi Kibelanın əri Attislə simvolizə olunub. Sonralar qədim yunan vazalarında və memarlıq abidələrində əfsanəvi hökmdar Midas və başqa frigiyalılar bu papaqla təsir olunmağa başladılar. Rəvayət görə Midas bu papaqdan Apollonun lənətinə görə ona verilən uzun qulaqlarını gizlətmək üçün istifadə edirdi. Tezliklə Frigiya papağına qeyri-yunan xalqlarının mədəniyyətlərində də rast gəlinir. Troyalılar və Kiçik Asiyanın qərbində yaşayan digər xalqlar, həmçinin onların qəhrəmanları - Paris, Eney, Hanimed bu papaqla təsvir olunurlar.
Georgi Papanikolau
Georgi Papanikolau (yun. Γεώργιος Παπανικολάου, 13 may 1883 – 19 fevral 1962, Mayami, Florida) — yunan alimi, təbibi. == Həyatı == Georgi Papanikolaunun tibb sahəsində göstərdiyi aparıcı rolunu yüksək qiymətləndirərək UNESCO 2012-ci ildə tanınmış həkimin ölümünün 50-ci ildönümünü qeyd etməyə razılıq vermişdir. Papanikolau sitologiya həmçinin qadınlar arasında geniş yayılmış xərçəngin tez aşkar edilməsində əvəzsiz olan "Pap-test"i ixtira etmişdir. Məhz bu test nəticəsində qadınlarda uşaqlıq boynu xəstəliklərində xərçəngi ilkin mərhələsində aşkar edilir, bununla da dünyada milyonlarla qadın xilas edilir. Təhsilini Yunanıstanda alan Papanikolau sonradan elmi tədqiqatlarını Almaniya və ömrünün axırınadək Amerika Birləşmiş Ştatlarında davam etdirmişdir. Karyerasının ilk illərində "Dr. Pap" kimi çağrılan Georgi Papanikoaunun həyat amalını onun məşhur "Mən həyata xidmət etmək üçün yaşayıram" ifadəsi ehtiva edir. "Pap test" bü gün də bu sahədə qabaqlayıcı diaqnozun qoyulması üçün mübahisə olunmaz sınaq kimi qalmaqdadır. Statistika göstərir ki, "pap test"in aşkar edildiyi gündən bu vaxtadək keçən 60 il ərzində uşaqlıq boynu xəstəliyi qadınlar arasında ölümə səbəb olan xəstəlilklər siahısında 1 nömrəli səbəbdən 13-cüyə düşmüşdür.
Hörülmə papaq
Hörülmə papaq və ya bini papaq (ing. beanie hat) — adətən yundan (bəzi zaman sintetik liflərdən) soyuq havalarda istilik təmin etmək üçün nəzərdə tutulan papaq.
III Aleksandr (Roma papası)
III Aleksandr (lat. Alexander III), dünyəvi adı Rolando Bandinelli (təq. 1100, Siena, Toskana – 30 avqust 1181, Çivita-Kastellana[d], Latsio) — 1159–1181-ci illərdə Roma papası. Papa teokratiyasını möhkəmləndirməyə calışmışdır. İmperator I Fridrix Barbarossa ona qarşı bir necə antipapa qoyduğuna görə, III Aleksandr I Fridrixə qarpı mübarizə aparmışdır. İngiltərə kralı II Henri ilə münaqişədə onu papaların hakimiyyət üstünlüyünü tanımağa vadar etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Myriam Soria Audebert, "Pontifical Propaganda during the Schisms: Alexander III to the reconquest of Church Unity," in Convaincre et persuader: Communication et propagande aux XII et XIIIe siècles. Ed. par Martin Aurell. Poitiers: Université de Poitiers-centre d'études supérieures de civilisation médiévale, 2007, == Xarici keçidlər == Vikianbarda III Aleksandr (Roma papası) ilə əlaqəli mediafayllar var.
I Gelasi (Roma papası)
I Gelasi (Gelasius; təq. 410, Afrika[d], Roma imperiyası – 21 noyabr 496 və ya 22 noyabr 496, Roma) — 492–496-cı illər pontifikatı, Roma papası. == Həyatı == I Gelasi Romanın 49-cu yepiskopu və ona bir müqəddəs kimi hörmət edən Katolik Kilsəsinin Papası idi. Onun papalığı 492-ci il martın 1-dən ölümünə qədər davam etdi. O, Afrika əsilli sonuncu papa idi.
Köhnə Müqəddəs Pyotr bazilikasındakı Roma papalarının məzarlarının siyahısı
Köhnə Müqəddəs Pyotr bazilikasındakı Papa məzarları V-XVII əsrlərdə taxtda olmuş Papalara aid olmuşdur. XVI-XVII əsrlərdə köhnə bazilikanın tədricən sökülməsi zamanı, 846-cı ildə sarasinlərin Roma talanı zamanı dağıdılmış məzarlar istisna olmaqla həmin abidələrin əksəriyyəti dağıdılmışdır. Papaların qalıqları isə köhnə bazilikanın yerində inşa edilmiş yeni bazilikaya, o cümlədən Romanın digər kilsələrinə köçürülmüşdür. == Tarix == Qədim Roma katakombalarının daşınması, XIV əsrdə Lateran bazilikasında baş vermiş iki yanğınvə Müqəddəs Pyotr bazilikasında həyata keçirilən yenidənqurma işləri papaların məzarlarının təxminən yarısının məhv olmasına səbəb olmuşdur. Buna görə də, yeni Müqəddəs Pyotr bazilikasının əsas memarı olan Donato Bramante “Mastro Ruinante” adlandırılmışdır. Baxmayaraq ki, ilkin bazilikanın inşasına I Konstantinin hakimiyyəti dövründə başlanmış və IV əsrdə inşaat işləri tamamlanmışdır, I Lev (440-461) Konstantin bazilikasında dəfn edilmiş ilk Papa olmuşdur. Əsrlər ərzində bazilikanın atriumu, kapellaları və nefləri Papaların məzarları ilə doldurulmuş, müxtəlif illərdə parılan inşaat işləri ilə əlaqədar isə məzarların yerləri tez-tez dəyişdirilmişdir. İlkin qəbirlərdən dövrümüzə çatmış yeganə qalıqlar bir neçə sarkofaq və heykəltəraşlıq elementləridir. Ehtimal edilir ki, Konstantin bazilikasının sökülməsinin təşəbbüskarı olmuş Papa II Yuli, Mikelancelo tərəfindən özü üçün hazırlanmış “nəhəng” abidə üçün yer yaratmaq istəyirdi.Orijinal məzarların yerləşməsi və görünüşü haqqında çox az məlumat vardır: ən dəyərli məlumatlardan biri kilsə kanoniki və tarixçi Cakomo Qrimaldinin (atası Genuya senatoru Cirolamo Qrimaldi-Kavalleroni) sökülmə ərəfəsində olan məzarları çəkdiyi təsvirlərdir; Qrimaldinin təsvirlərində əksəri üç hissəli olan erkən məzarların formaları və mürəkkəbliyi görünür. Bir neçə məhv edilmiş Papa məzarı isə Alfonsa Sikkoniyanın əsərlərində ətraflı təsvir edilmişdir.
Lin (Roma papası)
Lin (10, Toskana – 79, Roma) — Müqəddəs Pyotrdan sonra 2-ci Roma Papasıdır. 67–76-cı illərdə papalıq etmişdir. == Həyatı == Papa olmamışdan öncəki həyatına dair tam olaraq dəqiq məlumat yoxdur. Bəzi mənbələrə görə; Volterra, Toskanada İtalyan bir ailənin uşağı olaraq dünyaya gəlmişdir. Atasının adı: Herkulanus, anasının adı isə: Klodiya idi. İsa və 12 həvarilərinin qrupuna daxil olmuşdur. İsadan sonra Pyotrunda çarmıxa çəkilməsi ilə Linusun papa olmasına qərar verilmişdir. == Papalıq dövrü == Müqəddəs həvarilərin qurduğu "Roma Kilsəsi", Müqəddəs Linusu seçməyə qərarlı idi. Xüsusilə Papa Pyotr, şəhid olmasından əvvəl Müqəddəs Linusu özündən sonra papa olmasından yanaydı. Müqəddəs Papa Pyotr şəhid olduqdan sonra digər həvarilərin də dəstəyi "Papa" seçilmişdi.
Miltiad (Roma papası)
Miltiad (Melxiad) (lat. Miltiades; bilinmir, Roma – 11 yanvar 314, Roma, Roma imperiyası) — 2 iyul 311-ci ildən 11 yanvar 314-cü ilədək Roma yepiskopu. == Mənşəyi == Liber Pontificalis-ə görə, Miltiad afrikalı idi, Şimali Afrika mühaciri hesab olunur, daha dəqiq Berbera mənşəli ola bilərdi, baxmayaraq ki alim Riçard P. MakBrayn onun Romalı olduğunu iddia edir. == Pontifikat == Onun seçilməsi Sede Vacante dövrünün sona çatması ilə qeyd olunur; dövr İmperator Maksentsinin papa Yevsevini Siciliyaya sürgün etməsindən az bir müddətdən sonra, 17 avqust 310-cu il (bəzi mənbələrə görə 309) tarixində Yevsevinin vəfatı ilə başladı Miltiadın pontifikasiyası zamanı, 312-ci il oktyabr ayında I Konstantin Maksentsi məğlub edərək Romaya nəzarəti ələ keçirdi. Konstantin Lateran sarayını papaya təqdim etdi və bura papanın iqamətgahı və kilsənin hökumət mərkəzi oldu. 313-cü ilin əvvəlində Konstantin və onun hakimiyyət şəriki Lisini Milanda razılaşma əldə edərək, xristianlar və digər dinlərin nümayəndələri üçün din azadlığı və kilsə əmlakının bərpasını elan edən Milan ediktini (fərman) hazırladılar. == Vəfatı == Daha sonra, 313-cü ildə Miltiad Karfagenli Setsiliana bəraət verən və donatistləri qınayan Romada Lateran yığıncağına sədrlik etdi. O, Arelat yığıncağına dəvət olunsa da, keçirilməzdən əvvəl öldü. == İrsi == 5-ci əsrdən bəri hazırlanan Liber Pontificalis əsərində Miltiadın bir neçə yeni qanun tətbiq etdiyi yazılıb, o cümlədən cümə axşamı və bazar günlərində oruc tutmamaq adəti. 13-cü əsrdə müqəddəs Melxiad bayramı yanlış "məzlum" xülasəsi ilə "Baş Roma təqvimi"nə" əlavə olunmuşdur, qeyd olunduğu gün 10 dekabr oldu.
Othonna papaveroides
Othonna papaveroides (lat. Othonna papaveroides) — mürəkkəbçiçəklilər fəsiləsinin othonna cinsinə aid biki növü.
Panama papağı
Panama papağı (isp. sombrero panamá) — Ekvador mənşəli ənənəvi kənarlı saman papaq.
Petya və Qırmızı Papaq (cizgi filmi, 1958)
Petya və Qırmızı Papaq — 1958-ci ildə çəkilmiş sovet cizgi filmi.
Roma Papalarının siyahısı
Roma Papaları - Latınca : "ata" mənasını verən papa sözündən qaynaqlanan bu ad, bəzi kilsələr tərəfindən yüksək ruhani liderlərini izah etmək üçün istifadə edilmiş və zamanla Roma Katolik Kilsəsinin dünyadakı rəhbərinə müraciət etməyə başlandı. Papa Sirik'in imtiyazından bəri rəsmi olaraq Roma Katolik Kilsəsinin rəhbəri üçün istifadə olunur. Herman Kontrakt, bəlkə də papaları siyahıya alan ilk tarixçi idi. Onun siyahısı 1049-cu ildə 154-cü Papa IX Leo ilə bitir. Bu siyahını nəzərə alsaq, bu gün papa olan Papa Fransisk 268-ci papadır. Papa. Rəsmi Papa siyahısı olmasa da, Vatikan tərəfindən nəşr olunan Annuario Pontificio ("Papa salnamələri") ən nüfuzlu siyahı sayılır. Annuario Pontificio siyahısında Papa Fransisk 266-cı Papadır XX əsrdə siyahıda bir neçə dəyişiklik edildi. Antipapa Xristofor uzun müddət qanuni bir Papa olaraq tanınırdı. Papa olmuş Stefan 1961-ci ilə qədər II Stefan adı ilə rəsmi olaraq Papa olaraq qəbul edildi və sonra siyahıdan silindi.

Digər lüğətlərdə

...свечо́вый газогенера́торный домотка́нина забастова́ть заны́ть нахле́бничать ноздри́стый о́бразность прямоду́шно транс закла́дывание лесокомбина́т на просве́т онемева́ть разжиже́ние сбра́сываться цвол babysit chirky clairvoyance misadvertence nationally spotted fever uroscopy теребить