Bu sözü çərkəzlərin dili ilə bağlayırlar. Bizdə onun yerinə qalpaq olub. Qaraqalpaqlar elə “qarapapaqlılar” deməkdir. Qalpaq sözü rus dilinə də keçib, amma mənası bir qədər dəyişib (yada sal: maşında kalpaçok olur). Papaq xalis türk sözüdür və qalpaq kəlməsinin dəyişmiş formasıdır. Çərkəzlərə də türk dillərindən keçib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)