PAPİRUS

Nil çayının sahillərində yaşayan misirlilər şumerlərdən yazı yazmağın əsas prinsiplərini öyrənmişdilər. Ancaq onlar simvolları şumerlər kimi gilin üzərinə çəkmirdilər. Çayın sahillərində müxtəlif məqsədlər üçün istifadə oluna bilən qamış bitirdi. Bu qamışdan səndəl düzəltmək, hətta gəmi qayırmaq olurdu. Saplağından isə yemək bişirilirdi. Bundan əlavə, misirlilər kəşf etmişdilər ki, bu qamışın saplaqlarını uzun zolaqlar şəklində kəsib sıra ilə yanyana düzməklə, üstünə eyni saplaqlardan eninə yığaraq əvvəlcə suda islatmaq, sonra günəşin altında qurutmaqla üzərinə rənglə istənilən simvolu asanlıqla çəkmək mümkün olan açıqrəngli, elastik səth əldə etmək olar. Misirlilərin bu qamışı adlandırdıqları söz yunanların qulağında papiros, romalılarınkında isə papirus kimi səslənirdi. Papirus qədim dünyada üzərində yazı yazmaq üçün ən geniş yayılmış materiala çevrildi.

 Təxminən 105-ci ildə Çində yaşayan Tzay Lun adlı bir saray əhli köhnə kisə, saman və s.-ni emal edərək papirusa bənzər yumşaq material əldə eləməyə imkan verən üsul icad etdi. Tədricən bu üsulun bütün dünyaya yayılmasına baxmayaraq, əldə olunan material papirusu xatırladırdı. Fransız dilində bu söz “papier”, ingilis dilində isə “paper” (kağız) oldu. (Ayzek Azimov. Sözlərin tarixi)

PAPİROS
PARABİOSFER
OBASTAN VİKİ
Papirus
Papirus (yun. πάπυρος) və ya Biblios (βιβλίον — kitab) — qədim dövrdə (eramızdan 3000 il əvvəl) Misirdə və digər ölkələrdə yazı materialı, informasiya daşıyıcısı. Papirusların hazırlanması üçün su-bataqlıq bitkisi olan Cyperus papyrusdan istifadə edilirdi. Üzərində yazmaq üçün xüsusi perodan istifadə edilirdi. Tez bitən papirus bitkisi Nil çayının deltasında çox yayılmışdı, hal-hazırda az bitir. Misirdə papirusun istehsalı olduqca geniş idi və burada fabriklər hətta xəlifələrin vaxtlarında da mövcud idilər. == Ədəbiyyat == R.Əliquliyev, P.Salmanova. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı, İnformasiya Texnologiyaları, 2013, 169 s.
Papirus (bitki)
Papirus (lat. Cyperus papyrus) — cilkimilər fəsiləsinin salaməleyküm (topalaq) cinsindən çoxillik ot bitkisi.5 m-dək hündürlüyündə çiçəkverən gövdəsi üçtilli, yoğun, dar lansetvarı yarpaqları aşağıda pulcuqvarı çıxıntılarla örtülüdür. Çiçək qrupu iri, çətirşəkilli olub, 6–16 çiçək sünbülcüyündən əmələ gəlmiş çoxlu silindrik sünbüllərdən ibarətdir. Papirus tropik Afrikada çay və göl sahillərində, sakit axan sularda bitir. Geniş cənkəlliklər əmələ gətirir. Qədimdə Misirdə, Fələstində və Cənubi Avropanın bir sıra ölkəsində becərilirdi. Papirus dekorativ bitki kimi bağ, park və oranjereyalarda yetişdirilir. Papirusun gövdəsindən parça, ayaqqabı və s. hazırlanmasında istifadə olunur. Yazı materialı kimi Papirus e.ə.
Misir Muzeyi və papirus kolleksiyası
Misir Muzeyi və papirus Kolleksiyası ( almanca: Ägyptisches Museum und Papyrussammlung) — Berlin muzeylərinə daxil olan bir muzeydir. 2009-cu ildən Misir Muzeyi Muzey adasında bərpa edilmiş Yeni Muzeydə saxlanılır. 2009-cu ildən Frederik Zeyfrid muzeyin direktoru olub. == Tarixi == Misir Muzeyi 1828-ci ildə Aleksandr fon Humboldt-un tövsiyəsi ilə yaradılmış, kral III Fridrix Vilhelmin kolleksiyasında Misir şöbəsində sərgilənib. Monbijo sarayında yerləşən bu şöbənin ilk rəhbəri Triestdən olan tacir Cüzeppe Passalacqua idi, arxeoloji tapıntıların toplanmasında böyük rolu olmuşdur. Bu kolleksiya 1842-1845-ci illərdə Karl Riçard Lepsiusun ekspedisiyasından gətirilmiş eksponatlarla tamamlandı. 1850-ci ildə muzey Fridrix Avqust Stülerin layihəsinə əsasən Muzey adasında tikilmiş yeni binasını, Yeni Muzeyi aldı. 1920-ci ildə Ceyms Simon kolleksiyanın ən məşhur əsəri olan Nefertitinin büstünü muzeyə hədiyyə etdi. Simon Misirin Amarna şəhərində Lüdviq Borçardtın rəhbərlik etdiyi qazıntıları maliyyələşdirib və tapıntıların Almaniyaya çatdırılmasını təmin edib. İkinci Dünya Müharibəsi muzeyin fondlarını ayırdı.
Moskov papirusu
Moskva şəhərində A.S Puşkin adına Təsviri İncəsənət Muzeyinda saxlanılan Qədim Misir riyazi papirusu, digər adı Qolenişşevin riyazi papirusu – məlum olan qədim riyazi mətnlərdən biri. Bizim eradan əvvəl 1850-ci ilə yaxın tərtib olunmuşdu və buna görə də öz qədimliyi ilə digər məşhur riyazi məsələlərin həllinə həsr olunmuş Rinda Papirusu adlanan (və ya Ahmes Papirusu) və bizim eradan əvvəl 1650-ci ilə yaxın yazılan Qədim Misir mətnindən üstündür. Beləliklə, Moskva Papirusu Rinda Papirusundan təxminən 200 yaş böyükdür.
Moskva riyazi papirusu
Moskva şəhərində A.S Puşkin adına Təsviri İncəsənət Muzeyinda saxlanılan Qədim Misir riyazi papirusu, digər adı Qolenişşevin riyazi papirusu – məlum olan qədim riyazi mətnlərdən biri. Bizim eradan əvvəl 1850-ci ilə yaxın tərtib olunmuşdu və buna görə də öz qədimliyi ilə digər məşhur riyazi məsələlərin həllinə həsr olunmuş Rinda Papirusu adlanan (və ya Ahmes Papirusu) və bizim eradan əvvəl 1650-ci ilə yaxın yazılan Qədim Misir mətnindən üstündür. Beləliklə, Moskva Papirusu Rinda Papirusundan təxminən 200 yaş böyükdür.
Turin çar papirusu
Turin çar papirusu (Papyrus royal de Turin) uzunluğu 170 sm olan, günümüzə 160 fraqmentə parçalanmış şəkildə gəlib çıxmış, üzərində Qədim Misirin mifik və tarixi çarlarının siyahısı həkk olunmuş papirus əlyazma Turin çar papirusuhda ilk on beş sülalə fironlarının adları, hökmranlıq müddətinin ili, ayı və günü, hər bir sülalənin yekun hökmranlıq müddəti göstərilmişdir. Turin çar papirusundakı siyahı tanrı sülalələri ilə başlanır. Siyahının ilk hissəsində Ptahla başlanan Memfis tanrıları, ikinci hissədə Amonla başlanan Fiv tanrıları, üçüncü hissədə tanrı xarakterli ilahi heyvanlar (Anubis, İbis, Apis, Mnevis və s.) yer alırlar. Papirusun yazılma (yaranma) tarixi mübahisəlidir. Əlyazmada dövri olaraq XX sülalə fironu III Ramzesin adının xatırlanması onun qədim nüsxədən köçürülmə olmasına bir növ işarədir. Papirus Manefon çar siyahısı ilə tutuşdurulduqda onların hər ikisinin eyni mənbədən yarandığını demək olar. Turin çar papirusunda Misir fironları ilə yanaşı hiksos hökmdarlarının və digər az tanınan çarların adları da göstərilmişdir. Papirus Liksorda 1820 ci ildə Misirdə Fransanın baş konsulu vəzifəsini tutarkən Bernardino Drovetti tərəfindən aşkarlanmış və onu 1824 cü ildə Turin Misir muzeyinə satmışdır. Italiyaya gətirilərkən papirus ovxalanaraq kiçik fraqmentlərə parçalanmış olur. Onu ilk dəfə yığmaq dahi Şampoleona nəsib olmuşdur.

Значение слова в других словарях

бутербро́дик грибообра́зный засыла́ться легкоу́мный нату́жный Тита́н топи́ть фо́гтствовать шинкова́ться атрибути́вность ощеря́ться посо́бник пульвериза́торный смолого́нный травмоопа́сный круча товарищ baler fish duck fourteener helminthoid trabeate дробить надшить опричник