PAQODA

çoxyaruslu budda məbədi.
PAQANİZM
PANAGİYA
OBASTAN VİKİ
Paqoda
Paqoda — Uzaq Şərq ölkələrində dini xarakterli tikili, buddizm və hinduizm məbədi. Yaponlar ona - 塔 too; hindlilər - भगवत् bxaqavat, "müqəddəs, şərəfli" deyirlər. Тailand, Myanma, Şri-Lanka, Laos və Kambocada paqoda buddist məbədləri adlanır. Paqodalar bəzi ölkələrdə həm dini ibadətgah, həm də məbəd funksiyasını yerinə yetirirlər. Burada dini əşyaları saxlayır və memorial kompleks kimi fəaliyyət göstərirlər. Müxtəlif ölkələrdə paqoda kateqoriyasına müxtəlif tip binaları aid edirlər. Hər yerin milli motivinə uyğun olaraq paqodalar fərqli tərzlərdə olur. Nepal, Çin, Çinin Tibet bölgəsində, Koreya, Yaponiya, Vyetnam, İndoneziya, Hindistanın şimal bölgəsində və Qərb ölkələrində məbəd kimi istifadə edilən çoxmərtəbəli qüllələrə paqoda deyilir. Belə hesab edilir ki, ilk paqodalar Nepalda meydana gəlmiş, sonralar nepal memarları bütün Uzaq Şərq boyu yayılmışlar. Nepalda paqoda formasında hinduizm məbədləri tikirlər.
Böyük paqoda
Böyük paqoda (ing. The Great Pagoda) — Avropada Çin memarlıq ruhunda ilk bina. III Kral Corcun anası olan Avqustanın istəklərinə uyğun olaraq saray memarı olan Vilyam Çembers tərəfindən hazırlanmış layihə üzrə 1761-dən 1762-ci ilədək Riçmondda Kyu Kral Botanika Bağında inşa edilib. Paqodanın hündürlüyü - 50 m, aşağı dərəcəli diametri - 15 metrdir Paqodanın içində 243 addımlı pilləkən, damı isə kirəmitli kafelden düzəldirilmişdir. == Tarixi == 2006-cı ildən, paqoda yay aylarında turistlər üçün açıqdır. Kyu Kral Botanika Bağında digər obyektləri kimi paqoda Ümumdünya irsi sayılır və YUNESKO tərəfindən qorunur.
Dəmir paqoda
Dəmir paqoda - 1049-ci ildə Çinin Kayfın Şəhərinin, Henan əyalətində Çinin Song sülaləsi (960-1279) zamanında tikilmişdir. Bu tikili dəmir filizindən hazırlandığına görə, həm də dəmiri xatırlatdığına Dəmir paqoda adlandırılır. Bu abidə 1044-ci ildə ildrım çaxması nəticəsində yanmışdır buna görədə taxtadan tikilmiş paqoda kərpicdən tikilən paqoda ilə əvəz olunmuşdur. Liuhe, Lingxiao, Liaodi, Pizhi və Beisi paqodaları ilə yanaşı, bu Song sülaləsi memarlığının şah əsəri kimi qiymətləndirilir. == Memarlıq == Bu səkkizguşəli-baza qurumun hazırkı hündürlüyü 56.88 metr (186.56 fut) təşkil edir.Bu tikili bərk özəyi olan kərpiclə, daxildən dolama daş pilləkənlərlə və işıq və hava axını üçün kənar gözlərlə əhatə olununmuşdur.Xarici daha əlli müxtəlif növ və 1600 mürəkkəb, zəngin oymalardan o cümlədən Budda oturan yer,daimi rahiblər, müğənnilər və rəqqaslar, uçan çiçəklər, şir, əjdahalar və digər əfsanəvi heyvanlar eləcə də bir çox gözəl rəsmlərə malikdir.Abisənin təməli Xuanxe çayının sahilində yerləşir.Dəmir Paqodanın daxilində Çin nağılları, Qərbə belə Yol klassik freskaları var. == Tarixi == Şimali Song sülaləsi (960-1127) mərkəz Kayfın şəhərində, məşhur memar Yu Xao tərəfindən Youguo Məbədinin (965-995) bir hissəsi kimi möhtəşəm taxta paqoda inşa edilmişdir. Təəssüf ki,ümumi heyranlıq strukturu 1044-cü ildə ildrım çaxması nəticəsində yanmışdır. İmperator Renzong-un (1022-1063) sərəncamı ilə 1049-cu ildə onun yerində yeni paqoda inşa edilmişdir.Yeni qüllə alışmayan kərpic və daşdan tikilmişdi və onun metal rəngi rənginə görə "Dəmir Paqoda" adlandırırlar.1847-ci ildə Xuanxe çayı öz məcarasından çıxaraq Youguo Məbədini dağıtmışdı,amma Dəmir Paqoda dağılmamışdır.Tarixən, paqoda 38 zəlzələ, altı daşqın və digər fəlakətlər yaşayıb, ancaq 1000 ildən çoxdur ki,heç bir zərər görmədən bu günümüzə qədər qalmışdır.
Qızıl Daqon Paqodası
Şvedaqon paqodası — Myanmarın Yanqon şəhərində yerləşən zərli stupa. == Haqqında == Şvedaqon Myanmadakı ən müqəddəs Buddist paqodadır. Çünki, burada indiki Kalpanın dörd əvvəlki Buddanın qalıqlarının olduğu güman edilir. Bu qalıqlara Kakusandhanın əsası, Konaqamananın su filtri, Kassapa paltarının bir parçası və Qautama başının səkkiz teli daxildir. 51 metr (167 fut) hündürlüyündə Sinquttara təpəsində tikilmiş , 112 m (367 fut) hündürlüyü olan paqoda dəniz səviyyəsindən 170 m (560 fut) hündürlükdədir və Yanqon siluetinə hakimdir. Yanqonun binaların maksimum hündürlüyünü dəniz səviyyəsindən 127 metr (417 fut) hündürlüyə (paqodanın dəniz səviyyəsindən hündürlüyünün 75%-i) qədər məhdudlaşdıran rayonlaşdırma qaydaları Şvedaqonun şəhərin siluetində önə çıxmasını təmin edir. == Tarixi == Əfsanəyə görə, Şvedaqon paqodası 2500 ildən çox əvvəl — Budda hələ sağ olarkən — inşa edilmişdir ki, bu da onu dünyanın ən qədim Buddist stupasına çevirəcəkdir. Buddhavaṃsa görə, Tapussa və Bhallika adlı Ukkalajanapadadan olan iki tacir Budda ilə qarşılaşdıqda Bodh Qayadan keçirdilər. O zaman rajayatana ağacının altında oturaraq yeni əldə etdiyi Buddalığın səadətindən zövq alan Budda onların düyü tortu və bal təkliflərini qəbul etdi və əvəzində onlara dharmanın bir hissəsini öyrətdi . Bununla da onlar ilk adi şagirdlər oldular.
Şvedaqon paqodası