PAQQILDAMAQ f. Paqqıltı səsi çıxarmaq, paqqapaq qaynamaq. Qazan paqqıldayır. // Qaynayan, yaxud bir qabın boğazından çıxan su haqqında. Durna bulağının daş şırranına söykənmiş balaca qırmızı sənəyin boğazından çıxan ağappaq su paqqıldayır. S.Rəhimov.