PARA₁

is. [ fars. parə]
1. Bir parça, bir tikə, yarım, yaxud bütöv bir şeyin yarısı.
// Parça, tikə.
Xəlilin anası çiyninə heybə salıb, içinə para çörək qoydu, atasına qoşub, məktəbə yola saldı. Ə.Haqverdiyev.
[Əlikram] kəsdiyi almanın parasını Güllüyə uzatdı… B.Bayramov.

// məc. Obrazlı təşbehlərdə.
Qaşlarının qarası; Sənsən bağrım parası; Bir oğlan, bir qız ola; Bir güllü mağarası. (Bayatı).
Keçilərin qarası; Layla, körpəm, a layla! Ürəyimin parası; Layla, körpəm, a layla! R.Rza.

□ Bir para – bəzi, bəzisi. Bir para şəxslər. Bir para məsələlər.
– Axır vaxtlarda Qərb övrətləri barəsində müsəlman qəzetlərinin bir parasında bir neçə məqalələr gözümə sataşır. C.Məmmədquluzadə.
…Quşların bir paraları oxumaqda, o biri paraları uçub özləri üçün yem gəzməkdə … idilər. A.Divanbəyoğlu.

2. Rəqəmlərdən sonra və “kənd” sözündən əvvəl işlədilir.
On dörd para kənd əhli bu məşrutə zamanı; Gər ac, susuz düşsə biyabanə, dolaşma! Ə.Qəmküsar.
[Səlimi İsfahaniyə:] …Azərbaycan və Mazandaranda altmış para kəndiniz var, bu kəndlərin çoxunu da heç görməmişsiniz… M.İbrahimov.
para-para sif. Parça-parça, doğramdoğram.
□ Para-para etmək (eləmək) – parça-parça etmək, doğram-doğram etmək, tikə-tikə etmək; parçalamaq, doğramaq.
Yandıralar alovlara Zakiri; Eyləyələr parapara Zakiri. Q.Zakir.
…Qutu pəncərə şüşəsini para-para elədi. S.Rəhman.

Para-para olmaq – parça-parça olmaq, doğram-doğram olmaq, tikə-tikə olmaq.
[Uşaqların] ayaqları dizlərinədək palçığa batmışdı, paltarları parapara olub, bədənləri görünürdü. Çəmənzəminli.

Синонимы

  • PARA I PARA, TİKƏ, PARÇA (bir tikə) II para bax pul 1
  • PARA yırtıq — sökük — cırıq
  • PARA pul — sikkə
  • PARA bölük
  • PARA tikə — parça — hissə

Омонимы

  • PARA PARA I is. [ fars. ] Tikə, hissə, parça. Ürəyimin parası; Layla körpəm, a layla! (R.Rza). PARA II is

Антонимы

  • PARA PARA – BÜTÜN Paraya dəymə, bütünü kəsmə, doğra doyunca ye (Ata. sözü)
PARA₂
PARABELLUM

Значение слова в других словарях