paracüdoçu
parad-baхış
OBASTAN VİKİ
Hərbi parad
Hərbi parad və ya Hərbi mərasim nümayiş məqsədləri üçün nəzərdə tutulan məhdud sayda əsgərin nümayiş etdirdiyi manevr hərəkətləridir. XIX əsrə qədər paradlarda müharibələrdə iştirak etmiş əsgərlər iştirak edirdilər, lakin bu gün yalnız bu mərasimlər üçün xüsusi qoşun növləri hazırlanır. Mərasimlər bir dövlətin hərbi gücünü göstərmək və/və ya təbliğat üçün nümayiş olunur.
Parad
Parad, marş və ya rejə — bir küçə və ya yol boyunca, çox zaman kostyumlu birlikdə bir qrup insanların təşkil olunmuş izdihamıdır. Bəzən piyada gedişə keçən dəstələr və böyük balonları ilə müşayiət olunur. Paradların səbəbləri genişdir, lakin adətən bir növ şadlıq üçün keçirilir.
1945 Berlin Qələbə Paradı
Berlin Qələbə Paradı — 7 sentyabr 1945-ci ildə İkinci Dünya müharibəsinin başa çatmasından qısa müddət sonra məğlubiyyətə uğramış nasist Almaniyasının paytaxtı Berlində antihitler koalisiyasının iştirakı ilə keçirilmiş parad. Paradda SSRİ, ABŞ, Birləşmiş Krallıq və Fransa iştirak edirdi. 1945-ci ilin iyununda təşkil edilmiş Moskva Qələbə Paradının ardından SSRİ bənzər paradın müttəfiq qoşunları ilə birlikdə keçirilməsini təklif edir. Hələ iyul ayında Berlində Britaniya parad keçirmişdi. Sentyabr paradı Reyxstaq binası və Brandenburq qapısı yaxınlığında baş tutur.Paradda yüksək rütbəli zabitlərdən SSRİ-dən Sovet İttifaqı Marşalı Georgi Jukov, ABŞ-dən General Corc Smit Patton, Birləşmiş Krallıqdan General Brayan Robertson və Fransadan General Mari-Pyer Köniq iştirak edirdi. General Dvayt Eyzenhaver və Feldmarşal Bernard Montqomeri parada az müddət qalmış dəvəti rədd etmiş və Patton və Robertsonu nümayəndə qismində göndərmişdilər. SSRİ, ABŞ, Birləşmiş Krallıq və Fransadan ümumilikdə 5,000 nəfərlik qoşun heyəti iştirak edirdi ki, onların təkcə 2,000 nəfəri Sovetləri təmsil edirdi. Şəxsi heyətin keçidi ilə başlanan parad zirehli texnikaların nümayişi ilə davam etdirildi. Hərbi heyətə SSRİ 248-ci Piyada Diviziyası, Fransanın 2-ci Piyada Diviziyası, İngilis 131-ci Piyada Briqadası və ABŞ-nin 82-ci Hava-desant Diviziyası daxil idi; mövcud qüvvələr ilk növbədə yerli qarnizonlardan gəlirdi. Zirehli kontingent isə Britaniya 7-ci Tank Diviziyası, Fransanın 1-ci Tank Diviziyası və ABŞ-nin 16-cı Mexanikləşdirilmiş Süvari Qrupu ilə təmsil olunurdu.
1945 Moskva Qələbə Paradı
24 iyun 1945-ci ildə Moskvada Qırmızı Meydanda Qələbə Paradı — Böyük Vətən Müharibəsində SSRİ-nin Almaniya üzərində qələbəsi şərəfinə Moskvada keçirilən tarixi hərbi parad. == İstinadlar == [1] Arxivləşdirilib 2007-04-20 at the Wayback Machine, [2], [3] — фотографии с Парада Победы Фото Евгения Халдея: Парад победы, правофланговый.
2020 Bakı Qələbə Paradı
2020-ci il dekabrın 10-da Bakıda Azadlıq Meydanında Qələbə Paradı və ya Zəfər Paradı — İkinci Qarabağ Müharibəsində (Vətən Müharibəsində) Azərbaycanın qələbəsi şərəfinə Bakıda keçirilən tarixi hərbi parad. Paradda 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı və türk əsgər və zabitləri də iştirak etmişdir.Paradı Azərbaycan Silahlı Qüvvələrinin ali baş komandanı Azərbaycan Prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Parada Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi və müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev komandanlıq etmişdir.. Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdir.. Müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur. Azadlıq Meydanında keçirilən hərbi paradda 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir.Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı, tədbirdə yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusların nümayəndələri də iştirak etmişdilər. Hərbi parad Bakı sakinlərində böyük maraq doğurmuşdu, şəhərin müxtəlif yerlərində toplaşan və COVID-19 ilə əlaqəli qaydalara baxmayaraq paradı yaxından izləməyə çalışmışdılar.Qələbə Paradının ssenari müəllifi və aparıcısı, əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani olmuşdu. Hərbi parad Azərbaycan Dövlət Televiziyası ilə canlı yayımlanmışdır. Təntənəli yürüş Azərbaycanın Əməkdar İncəsənət Xadimi polkovnik-leytenant Rüfət Axundzadənin rəhbərliyi altında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Orkestri ilə müşayiət olundu, parada "Azərbaycan Fanfarı" kompozisiyası ilə başlandı. == Tarixi == 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir.
Acacia armata var. paradoxa
Acacia paradoxa (lat. Acacia paradoxa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Kvinslenddən Avstraliyanın cənub-şərqinə qədər ərazilərdə yayılmışdır. == Sinonimləri == Acacia armata R.Br. Acacia armata var. angustifolia Benth. Acacia armata var. longipedunculata Regel Acacia armata var. microphylla Benth. Acacia armata var.
Acacia paradoxa
Acacia paradoxa (lat. Acacia paradoxa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Kvinslenddən Avstraliyanın cənub-şərqinə qədər ərazilərdə yayılmışdır. == Sinonimləri == Acacia armata R.Br. Acacia armata var. angustifolia Benth. Acacia armata var. longipedunculata Regel Acacia armata var. microphylla Benth. Acacia armata var.
Aechmea paradoxa
Aechmea paradoxa (lat. Aechmea paradoxa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Bauhinia paradisi
Bauhinia seleriana (lat. Bauhinia seleriana) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin bauhinia cinsinə aid bitki növü.
Bertran paradoksu (iqtisadiyyat)
İqtisadiyyatda Bertran paradoksu — bir-biri ilə rəqabət aparan və Neş tarazlığına çatan iki oliqopolistin sıfır ümumi mənfəətlə nəticələndiyi bir vəziyyət. Paradoks onun formulunu hazırlayan Jozef Lui Fransua Bertranın şərəfinə adlandırılıb. Paradoks oliqopoliyada rəqabəti təsvir edən Bertran modelində özünü göstərir. Paradoksun göründüyü ən sadə formada model çox sadələşdirilmiş bazarı nəzərdən keçirir və çox güclü fərziyyələrdən istifadə edir: şirkətlər eyni məhsul istehsal edir, tələb məhduddur və bir şəkildə verilir; ən aşağı qiymətə sahib olan şirkət bütün tələbi alır; iki və ya daha çox şirkət ən aşağı qiyməti təyin etmişsə, onlar tələbi bərabər şəkildə bölüşürlər.Tutaq ki, iki şirkət A və B bazara daxil olub, bəzi qiymətləri pA и pB təyin etdi. Tutaq ki, pA < pB. B şirkətinin qiyməti daha yüksəkdir və onun məhsuluna tələb 0-dır. Tələbi əldə etmək üçün o, pA-dan yüksək olmayan qiymət tələb etməlidir. Əgər o, pA-ya bərabər qiymət təyin edərsə, o, özü üçün bazarın yarısını alacaq və onu sonsuz kiçik bir məbləğə (pA-o) aşağı salsa, tələb bütün bazara ikiqat artacaq. Beləliklə, şirkətlər üçün qiymətləri bir-bir marjinal xərc səviyyəsinə, yəni maya dəyərinə (A və B üçün eyni olduğu güman edilir) qədər azaltmaq sərfəlidir. Qiyməti qaldırmaq hər kəs üçün sərfəli deyil, qiyməti azaltmaq da sərfəli deyil — bu, itkilərə səbəb olur. Bu vəziyyət Neş tarazlığı olacaq.
Bərbər paradoksu
Bərbər paradoksu — Rassel paradoksundan yaradılmış tapmacadır. Bertran Rassel tərəfindən yaradımışdır. Bu paradoksu ona tövsiyə edən adsız bir kişiyə ithaf etmişdir. == Paradoks == Sadəcə bir kişi bərbərin olduğu qəsəbə düşünün. Bu qəsəbədə hər kişi bunlardan birini etməklə daima taraşlı gəzməkdədir. özünü taraş edərək bərbərə gedərəkFərqli şəkildə ifadə edərsək: bərbər yalnız qəsəbədə özünü taraş edə bilməyən kişiləri taraş edir. Bunlar aşağıdakı paradoksal sual xaricində məntiqli görünməkdədir. Bərbəri kim taraş edir?Bu sual paradoks yaradır. Bərbər yalnız aşağıdakı adamlar tərəfindən taraş edilə bilər. özü bərbər (yenə özü)Ancaq bu variantlardan heç biri keçərli deyil.
Chantia paradoxa
Chantia paradoxa (lat. Chantia paradoxa) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin chantia cinsinə aid heyvan növü.
Chrysanthemum paradoxum
Tanacetum paradoxum (lat. Tanacetum paradoxum) — mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid biki növü. == Sinonim == Chrysanthemum paradoxum (Bornm.) Bornm.
Chrysopelea paradisi
Uçan ilan (lat. Chrysopelea paradisi) — Asiya torpaqlarında yaşayan Chrysopelea paradisi növünə aid olan ilanlar uçuş prosesi reallaşdırırlar. 20 ilə 40 metrlik bir məsafəni havada qət edirlər. Çikaqo Universitetinin bioloqlarından Jake Sohca Sinqapurdakı bir zooparkda bu cür ilanlar üzərində 6 il davam edən tədqiqat aparıb. Yetkinlərinin uzunluğu 1 metrə çatan bu uçan ilanların havada uça bilmək qabiliyyətlərinin aerodinamikası haqqında əvvəllər heç bir şey bilinmirdi. Quşlardan başqa, sincab siçovul və kərtənkələ kimi bəzi quru canlıların və bəzi balıqların qısa da olsa müəyyən məsafələri uçaraq, yəni havada süzərək yol qət etdikləri bilinir. Bu canlıların uçuşları həqiqətən çox heyrətləndiricidir. Ancaq Chrysopelea ilanının uçuşu daha fərqlidir. Bu uçuşu digər bütün uçuşlardan üstün edən cəhət bu akrobatik ilanın havada süzərkən istifadə edəcəyi qanad, pərdəli pəncə və s. kimi heç bir uzantısının olmamasıdır.
Citrus paradici
Citrus paradisi (lat. Citrus paradisi) – sitrus cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikanın subtropik rayonlarında geniş yayılmışdır. == Botaniki təsviri == Görünüşünə görə pompenusa çoх oхşayır. Ondan meyvəsinin хırda və basıqkürəvi olması, salхımda sıх yerləşməsi, həmçinin çiçək və yarpaqlarının хırdalığına görə də fərqlənir. Yarpaqlarının saplağı ürəkvarıdır, qanadlı deyildir, toхumları çoх rüşeymlidir. Meyvəsi çoх qalın qabıqlı, ləti isə ətirli, acıtəhərdir. == Ekologiyası == Şaxtaya davamsız, rütubətsevən bitkidir. Zəngin torpaqlarda yaxşı bitir. Azərbaycanda yayılması: Cənub zonasında mədəni halda rast gəlinir.
Daş paradoksu
Daş paradoksu — Bu paradoksa görə Allah qaldıra bilməyəcəyi qədər ağır bir daş yaradarsa onu qaldıra bilməz, bu da onun hər şeyi edə bilmədiyini göstərər. Allah belə bir daş yarada bilməzsə bu da onun hər şeyi yarada bilmədiyini göstərər.
Death Parade
Death Parade (yaponca: デス・パレード, Hepbörn: Desu Parēdo) — Yuzuru Taçikava tərəfindən yaradılan, Madhouse istehsalı, 2015-ci ildə çıxan anime serialı. O, əvvəldən Madhouse tərəfindən Cavan Cizgiçilər Öyrənmə Layihəsi üçün çəkilən və 2013-cü ilin martın 2-də çıxan Death Billiards (デス・ビリヤード, Desu Biriyādo) adlı qısametrjı animesinin əsasında yaradılıb. == Məzmun == Yer üzündə iki nəfər eyni zamanda ölən zaman, onlar hakim olan barmenlərin sirli barlarına göndərilir. Onlar orada həyatlarının aslı olduğu "Ölüm Oyunları"nda iştirak etməlidir. Oyunların nəticələri onların vəziyyətinin sirrini və onların taleyinin gələcəyini açığlayır. Hakimlər onları mühakimə etdikdən sonra, insanlar ya reinkarnasiya, ya da boşluqa sürgün olunur.
Diplozoon paradoxum
Diplozoon paradoxum (lat. Diplozoon paradoxum)-Yastı qurdlar tipinə aid olan növ. == Xarici quruluşu == Monogenetik sorucuların nümayəndələrindən biridir. == Həyat tərzi == Bu parazit çəki balıqlarının qəlsəmələrində parazitlik edir. İnkişaflarının ilk mərhələsində bu qurdlar tək yaşayırlar. Cinsi yetişkənlik dövründə cütləşən fərdlər mayalandıqdan sonra bir-birindən ayrılmayıb bütün ömrü boyu bitişik yaşayırlar. == Çoxalması == Cütləşən iki fərdin cinsi orqanları carpaz olaraq bir-birilə birləşir və mayalanma baş verir. Fərdlərin uzunluğu 3,8-6,7 mm, eni isə 0,7-1,7 mm-dir. Yumurtaları suya tökürlər. Sürfələr suda inkişaf edərək balığın qəlsəməsinə yapışır və yetkin fərdə çevrilir.
Dostluq paradoksu
Dostluq paradoksu — adətən insanların çoxunun orta hesabla dostlarından daha az dostu olduğunu təsdiq edən fenomenin adıdır. == Tarixi == Fenomen 1991-ci ildə New York Dövlət Universitetinin bir sosioloqu Scott L Feld tərəfindən sosial şəbəkələri araşdırarkən (təsadüfi bir qrup üçün sosial əlaqələr toplusunu ifadə edən sosiologiyada bir termin) aşkar edilmişdir. Paradoks daha dar mənada sosial şəbəkələr, yəni İnternetdəki sosial şəbəkələr üçün də doğrudur. Məsələn, 2012-ci ildə 721 milyon Facebook istifadəçisini analiz edən Cornell Universitetinin tədqiqatçıları tərəfindən təsdiqlənmişdir. Alimlər bu ifadənin Twitter istifadəçilərinin 98% -i üçün doğru olduğunu da göstərdilər. Hipotezanın zahiri paradoksal təbiətinə baxmayaraq, sosial qrafikə tətbiq olunan qraf nəzəriyyəsi və ehtimal nəzəriyyəsinin əsas prinsiplərindən səliqəli şəkildə götürülmüşdür. Xüsusilə paradoks, daha çox əlaqəsi olan insanların dostlar arasında daha çox müşahidə edildiyi nümunədəki bir qərəzlə izah edilə bilər. Bənzər bir müşahidə digər əlaqəli icmalara da tətbiq edilə bilər. Məsələn, insanların əksəriyyətinin cinsi ortaqları ortalama olaraq özlərindən daha çox cinsi partnyorları var idi. Bu paradoks yalnız orta hesabla dost sayına görə deyil, eyni zamanda mediana da aiddir.
Drosera paradoxa
Drosera paradoxa (lat. Drosera paradoxa) — şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
EPR paradoksu
EPR paradoksu (EPR zidiyyəti) — Eynşteyn, Podolsky və Rosen. Üç fizikin adlarının baş hərfləridir. EPR paradoksu Kvant mexanikasının Kopenhagen təfsirinə qarşı ilkin və təsirli bir tənqiddir. Albert Eynşteyn və həmkarları Boris Podolsky və Nathan Rosen (kollektiv şəkildə EPR olaraq məlumdur) kvant mexanikasının daha əvvəl fərq edilməmiş lakin müəyyən nəticələrə sahib olan qəbul edilmiş tənliyini meydana çıxaran bir düşüncə təcrübəsi hazırladılar, ancaq zamanla bu tənliklər məntiqsiz göründü. Açıqlama kvant dolanıqlığı olaraq bilinən bir hadisəni ehtiva edirdi. Kvant mexanizminə görə, bəzi şərtlər altında, ortaq şəkildə və ya fərdi olan cüt kvant sistemləri, cüt sistemdə reallaşan təcrübələrin nəticələrinin ehtimallarını kodlaşdıran tək bir dalğanın funksiyasıyla təsvir edilə bilər. EPR məqaləsi yazıldığında, edilən təcrübələr nəticəsində, bir təcrübənin nəticəsinin bəzən tək bir təxmini olmadığı bilinirdi. Bu tip bir qeyri-müəyyənlik, bir işıq süzməsi yarım gümüşlənmiş bir aynanın üzərinə düşdüyündə görülə bilər. İşıq süzməsinin yarısı əks olunarkən digər yarısı keçəcək. Əgər işıq süzməsinin şiddəti, tək bir foton keçənə qədər enərsə, kvant mexanizmasında fotonun əks olunması və ya keçidi təxmin edilə bilməz.
Echinops paradoxus
Echinops paradoxus (lat. Echinops paradoxus) — mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid biki növü.
Edinburq hərbi orkestr paradı
Edinburq kral hərbi orkestr paradı (ing. Royal Edinburgh Military Tattoo) — hər il avqust ayında Edinburq qalasında keçirilən hərbi parad. Şəhərə gələn bir çox dövlətlərin hərbi orkestrləri təntənəli marşla həmin meydanda hərəkət edirlər. Paradı tuluq zurnası çalan Şotlandiya hərbçiləri açır.
Fermi paradoksu
Fermi paradoksu — Yerdənkənar sivilizasiyaların var olma ehtimalının çox yüksək olduğuna dair təxminlərin varlığı ilə bunu təsdiqləyəcək hər hansı bir dəlil ya da əlaqənin yoxluğu arasındakı ziddiyyəti ifadə edir. == Fermi uyğunsuzluğu == Kainatın yaşının çoxluğu və çoxlu sayda ulduzun varlığı ilə birlikdə, həyat üçün Yerin tipik bir planet nümunəsi olduğu fərziyyəsi də göz önünə alındığında, Yerdən kənar həyatın geniş olması lazımdır. Bu mülahizəni 1950-ci ildə bir nahar əsnasında mübahisə edən fizik Enriko Fermi bu sualı soruşmuşdu: "Əgər Südyolu daxilində yüksək sayda Yerdən kənar sivilizasiya mövcuddursa, niyə yadplanetlilərə aid kosmos vasitələri və ya sondalar kimi dəlillərə rast gəlmirik?" Mövzunun daha ətraflı araşdırıldığı müzakirələr Michael H. Hart-ın 1975-ci il tarixli bir məqaləsi ilə başladı. Bu səbəblə paradoks, zaman-zaman "Fermi-Hart" paradoksu olaraq da adlandırılmışdır. Mövzuyla əlaqəli bir başqa sual da Böyük Sükut olaraq bilinir: "Kosmosda səyahət çətin olsa belə, əgər Yer planeti xaricində həyat mümkündürsə, ən azından bu sivilizasiyalara aid radio siqnallarını eşitmək mümkün deyil mi ?!" Fermi paradoksunu, Yerdən kənar həyatın var olduğuna dair dəlilləri tapmağa çalışaraq, ya da belə bir sivilizasiyanın insan təfəkkürünün xaricində var ola biləcəyini müdafiə edərək həll etməyi sınayanlar oldu. Bu işlərə qarşı çıxanlar isə, Yerdən kənar həyatın var olmadığını ya da insanların əsla əlaqə yarada bilməyəcəyi qədər nadir olduğunu müdafiə etdi. Hart-ın məqaləsi ilə birlikdə, Yerdən kənar həyat haqqında elmi nəzəriyyələr və ola biləcək modellər çıxarmağa istiqamətli işlər üçün böyük səy göstərilməyə başladı. Bu işlərin çoxundaki nəzəri istinad nöqtəsi Fermi paradoksu oldu. Bu problemi birbaşa ələ alan bir çox elmi işlə yanaşı, problemlə əlaqədar müxtəlif sualların cavabları da astronomiya, biologiya, ekologiya və fəlsəfə kimi elmlərdə axtarıldı. Astrobiologiya sahəsinin ortaya çıxmasıyla birlikdə, Fermi paradoksu və Yerdən kənar həyatın varlığı sualı fənlərarası bir əlaqə yaratmağa başladı.
Harrinqton paradoksu
Harrington paradoksu (İngiliscə: Harrington paradox) ətraf mühit və ekologiya iqtisadiyyatında firmaların ekoloji tənzimləmələrə davranışını əks edən anlayışdır. Paradoks Vinston Harrington tərəfindən, 1988-ci ilin məqaləsində təsvir olunmuşdur, və ABŞdəki 1970-ci illərin sonunda 1980-ci illərin əvvəlində ekoloji standartların monitorinqi, həyata keçirilməsi və riayət edilməsinə aid olan tədqiqata əsaslandırılıb. Paradoksa uyğun olaraq, baxmayaraq ki: Firmalarda ekoloji monitorinq tezliyi aşağıdır Ətraf mühit tənzimləmələrinin pozulması müəyyən olduğu halda, pozan firma nadir hallarda cəzalandırılır Gözlənilən cərimənin miqdarı tənzimləməyə riayət etməsinin qiymətinə nisbətən azdırFirmalar əsasən ekoloji standartlara riayət edirlər. == İzahat == Şirkətlərin bu dərəcədə riayət etməsi Gari Bekerin (Gary Becker) rasional cinayət nəzəriyyəsində təsvir olunan gəliri maksimalaşdıran şirkətlərin davranışına uyğun gəlmir. Rasional şirkətlər ancaq gözlənilən cərimə riayət etməsinin qiymətindən çox olması halında standartlara riayət edirlər. Paradoksu izah etmək üçün şirkətlərin altruist olduğu və öz haqqında ictimai fikiri pozmamaq məqsədi təklif olunur. == Müşahidə == Paradoksu müşəhidə edən statistik məlumatlar nadirdir. Norveçin Çirklənmə üzrə Kontrol İdarəsi tərəfindən 2001-ci ildə aparılan araşdırmada ciddi pozuntular aşkar olunmayıb, amma şirkətlərin çoxusunda (80%) standartlardan kiçik kənara çıxmaları tapılıb. Norveçdə monitorinqin tezliyi aşağı və kiçik pozuntulara cərimə sistemi yüngül olduqları paradoksa güclü sübut verə bilmir, çünki ciddi pozuntulara çox sərt cəzalandırma nəzərdə tutulur. Şirkətlərin bu davranışı rasional cinayət nəzəriyyəsinə uyğun gəlir.
Iris paradoxa
Paradoksal süsən (lat. Iris paradoxa) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU B1ab (iii) + 2ab (iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökümsovu qısa, sürünən, gövdə 7-18 (23) sm, 1 iri təpə çiçəyi var. Yarpaqlar boz-göyümtül, dar-xətvari, 3-5 mm enindədir. Təpə yarpaqları otvari-pərdəlidir, neştərşəkilli—sivridir. Çiçəkyanlığının borucuğu yumurtalıqdan qısadır. Çiçəkyanlığının xarici tərəfi üfüqi genişlənmiş, xətvari, kürəkşəkill, 3-4 sm uzunluğunda, 10-12 mm enində, qara—bənövşəyi, yuxarı tərəfdə bir qədər parlaq zolaq var.

Digər lüğətlərdə

кули́к куста́рно милицио́нный ниге́лла отсека́ние полу́торный распу́гивать ...ме́сячный костыля́ть околозе́мный оскопи́ть приободря́ть гора диплот buffoon epaulet hayrick megalithic occasionality piled stipulator гигрометр разболтаться разлезаться стерня