PARALATMAQ
PARALELEPİPED
OBASTAN VİKİ
Paralel
Pаralel — elmdə və ədəbiyyatda işlədilən uyğunluq və oxşarlıq termini. Paralel (coğrafiya) — Yer kürəsində simvolik olaraq ekvatora paralel keçən müstəvilər sistemi.
Paralel (həndəsə)
Həndəsədə paralel xəttlər — bir-biri ilə heç vaxt kəsişməyən düz xəttlərə deyilir.
Paralel hesablama
Paralel hesablama — bir neçə hesablamanın eyni zamanda edilməsidir. Elə böyük məsələlər olur ki, onlar kiçik hissələrə bölünə bilirlər və bu kiçik hissələr paralel olaraq hesablana bilir.
Paralel köçürmə
Paralel köçürmə Müstəvinin (eləcə də fəzanın) bütün nöqtələrini eyni istiqamətdə və məsafədə saxlamaqla özü-özünə inikas etdirən çevirmədir.
Paralel port
LPT – sətir-sətir çap qurğusunun məntiqi adı; MS-DOS əməliyyat sistemində printerin paralel portları üçün ayrılmış şərti ad, məsələn: LPT1, LPT2 və LPT3. Birinci paralel port (LPT1), adətən, MS-DOS’da həm də möhkəm kopiyanın ilkin çıxış qurğusudur (PRN) mode lpt1:=com1: DOS komandası lpt1-i yenidən təyin edərək com1-ə (birinci ardıcıl porta) bərabər edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Üç paralel çay
"Üç paralel çay" (çin. 三江并流, Pinyin: Sānjiāngbìngliú) — Çində milli park. Park Sino-Tibet dağlarında, Yunnan əyalətinin şimal-qərbində yerləşir. Əraziyə əsasən Asiyanın ən böyük çayları olan Yanszı, Mekonq və Saluinin yuxarı axarları daxildir. Məhz bu ərazidə bu çaylar demək olar ki, biri-birinə paralel olaraq axır. Üç paralel çay UNESCO-nun Ümumdünya irsi obyektləri siyahısına daxildir. == Ümumi məlumat == Paralel şəkildə axan bu üç çay dərin dərələrə malikdir (3000 m). Yüksək dağlıq və çətin keçilən ərazilərin çoxluğu ilə xarakterizə olan bu bölgə həm də, yüksək endemikliyi ilədə fərqlənir. Ərazidə ən yüksə zirvə Kavaqebodur(6740 m). Geoloji baxımdan zəngin olan bu ərazidə daha çox maqmatik süxurlar üstünlük təşkil edir.
38-ci şimal paraleli
38 şimal paraleli 1950–1953-cü illərdə Koreyada vətəndaş müharibəsi nəticəsində Şimali və Cənubi Koreya arasında çəkilmiş dünyada yeganə süni sərhəddir. Bu sərhəd iki ölkənin dövlət sərhədi olmuşdur. Bu günə qədər həmin sərhəd qorunur, hər iki dövlət daim rəqabət şəraitində yasayırlar.
40-cı paraleldə (film, 2016)
40-cı paraleldə kinoalmanaxı 4 qısametrajlı bədii filmdən ibarətdir: “Postskriptum”, “Onun atası”, “Hədiyyə” və “Qara bağ”. Kinoalmanax 2016-cı ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Azər Aydəmir, Ayşad Məmmədov, İlqar Safat, Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov, Ülviyyə Rza, İlahə Həsənova, Qorqud Cəfərli, Şamil Süleymanlı, Elxan Abbasov, Vidadi Əliyev və Rasim Cəfərov ifa edirlər.
Düzbucaqlı paralelepiped
Düzbucaqlı paralelepiped – Oturacağı düzbucaqlı olan düz paralelepipede düzbucaqlı paralelepiped deyilir.12 tili vardır və bir təpədən çıxan tillərinə onun ölçüləri deyilir. Bu ölçülər eni uzunluğu və hündürlüyüdür. Teorem: düzbucaqlı paralelepipedin dioqanılının kvadratı onun bir təpədən çıxan tillərinin(üç ölçüsünün) kvadratları cəminə bərabərdir. Düzbucaqlı paralelepiped ilə bağlı aşağıdakı düsturlar vardır. Düzbucaqlı paralelepipedin həcmi: V = a ⋅ b ⋅ c {\displaystyle V=a\cdot b\cdot c} Düzbucaqlı paralelepipedin tam səthinin sahəsi: S t a m = 2 ⋅ ( a ⋅ b + a ⋅ c + b ⋅ c ) {\displaystyle S_{tam}=2\cdot (a\cdot b+a\cdot c+b\cdot c)} Düzbucaqlı paralelepipedin yan səthinin sahəsi: S y a n = 2 ⋅ ( a ⋅ c + b ⋅ c ) {\displaystyle S_{yan}=2\cdot (a\cdot c+b\cdot c)} Düzbucaqlı paralelepipedin diaqonalları: d 2 = a 2 + b 2 + c 2 {\displaystyle d^{2}=a^{2}+b^{2}+c^{2}} a {\displaystyle a} və b {\displaystyle b} -oturacağın tərəfləri, c {\displaystyle c} — paralelepipedin tili, d {\displaystyle d} isə diaqonalıdır.
Paralelepiped
Paralelepiped (yun. παράλλος — paralel, yun. επιπεδον — müstəvi) — oturacaqları paraleloqram olan prizmadır. == Xassələri == Paralelepiped hər bir diaqonalın mərkəzinə nəzərən simmetrikdir. Paralelepipedin qarşı tərəfləri paralel və bərabərdir.
Paraleloqram
Paraleloqram – Qarşı tərəfləri paralel olan dördbucaqlı. Pareloqramin 4 tili Vardir == Diaqonalları == Diaqonalları bir-birinə bərabər deyil; Diaqonalları bir nöqtədə kəsişir və kəsişmə nöqtəsində yarıya bölünür; Diaqonalları tənbölən deyil; Hər bir diaqonal paraleloqramı iki bərabər üçbucağa ayırır; Diaqonalların birini d1 digərini d2 adlandırsaq: d12 + d22= 2(a2+b2); == Xassələri == Paraleloqramın aşağıdakı xassələri var: Qarşı tərəfləri bir-birinə bərabərdir(konqruyentdir). Qarşı tərəfləri bir-birinə paraleldir. Qarşı bucaqlar bərabərdir(konqruyentdir). Bir tərəfə bitişik bucaqların ( α {\displaystyle \alpha } və β {\displaystyle \beta } ) cəmi 180°-yə bərabərdir: α + β = 180 ∘ {\displaystyle \alpha +\beta =180^{\circ }} Daxili bucaqlarının cəmi 360°-dir. Böyük tərəfə çəkilmiş hündürlük kiçik, kiçik tərəfə çəkilmiş hündürlük böyük olur. Paraleloqramın simmetriya oxu yoxdur. Paraleloqramın daxilinə və xaricinə çevrə çəkmək mümkün deyil. Paraleloqramın kor bucaq təpəsindən (şəkil 1-də bucaq A kor bucaqdır) çəkilən hündürlükləri arasındakı bucaq elə onun iti bucağına bərabərdir.

Значение слова в других словарях

альтруисти́ческий ка́ди менги́р напролёт подвильну́ть ожире́вший по-македо́нски подави́ться подо́лье подсве́чиваться подуде́ть винт aquatone bail jumper blow-out covering letter provedore sick-call venenous водник изолгаться кайма кворум кончить монополист