PARTİZANLAR

1796-cı ildə Napoleon tarix səhnəsində peyda olaraq ilk qələbələrini qazanmağa başlayan zaman Avropa artıq yüz il idi ki, nisbətən kiçik, amma peşəkar ordularla müharibə aparırdı. Mülki əhali isə hərbi əməliyyatlardan, demək olar ki, əziyyət çəkmirdi.

Fransa inqilabı buna son qoydu. Napoleon özünün sürətlə irəliləyən ordusunu ərzaqla təmin etməkdə çətinlik çəkirdi. Arabalarla daşınan azuqə əsgərlərin tələbatını ödəmirdi. Bu səbəbdən də onlar tutduqları torpağın verdiyi nemətlərlə dolanırdılar. Lakin bu həmin torpaqda yaşayan insanların xoşuna gəlmirdi. 1808-ci ildə Napoleonun ordusu İspaniyaya soxulanda ispanlar heç kimin gözləmədiyini etdilər – əllərinə silah aldılar. Napoleon nizami orduya qalib gələ bilərdi və bunu etmişdi də, amma sadə kəndli-ispanlar mığmığa kimi çox idilər. Fransızlar onları qovur, dəf edirdilər, ispanlar isə elə hey qayıdır, düşmənlərini təqib edir, onları “sancırdılar”. Nəhayət, fransızlar ölkədən çıxarıldılar.

Kəndlilərin bu müharibəsini ispanlar özləri “kiçik müharibə” (guerilla) adlandırırdılar. Başqa ölkələrdə isə bu döyüşlərə ancaq böyük müharibələr apara bilən orduya qarşı kiçik dəstələr – “partiyalarla” (partizan) aparılan müharibə deyirdilər. O vaxtdan peşəkar orduya qarşı kiçik dəstələrlə, plansız şəkildə döyüşən qeyri-mütəşəkkil orduları da partizan dəstələri adlandırırlar. (Ayzek Azimov. Sözlərin tarixi)

PAROM
PAS
OBASTAN VİKİ
Belarusiya partizanları
Belarusiya partizanları (belar. Савецкі партызанскі рух у Беларусі) — 1941-1944-cü illərdə BSSR ərazilərini işğal etdikləri zaman nasist Almaniyasının qoşunlarına qarşı silahlı mübarizə aparan Sovet partizan hərəkatı. Partizan hərəkatının əsas təşkilatçıları kommunistlər, partiyasız aktivistlər, hərbi qulluqçular və Qırmızı Ordu komandirləri idi. Barbarossa əməliyyatının ilk günlərindən dərhal sonra Belarusiya kommunistləri müqavimət təşkil etməyə başladılar. Partizanların iddialarına görə, işğal zamanı görülən hərakatlar nəticəsində 500.000 alman öldürüldü. == Hərakatın səbəbləri == 1941-ci ilin iyununda Belarus torpaqlarında görünən nasist qoşunları qısa müddətdə BSSR-nin bütün ərazilərini ələ keçirdi. Alman komandanlığı dinc insanlara qarşı amansız bir kütləvi qırğın siyasəti yürütməyə başladı. Cəza əməliyyatları aparmaq məqsədi ilə dəstələr yaradıldı. Yəhudi və qaraçı millətlərinə mənsub şəxsləri müəyyən edən xüsusi Alman dəstələri də var idi. Bütün Yəhudilər (Belarusiyada daha çox idilər) və qaraçılar ya gettolara, ya da düşərgələrə köçdülər.
Səddamın Partizanları
Səddamın Partizanları və ya Səddamın Fədailəri — İraqda 1995-ci ildən 2003-cü ilədək fəalliyyət göstərən İraqın rəsmi ordusu. Ali baş komandanı Səddam Hüseyn olub. == Tarixi == === Erkən illər === Uday Hüseyn 1995-ci ildə Baas Partiyasına ən çox sadiq olan İraq bölgələrindən on-on beş min çağırışçı ilə Fedayeen Səddamı qurdu. Uday, Fədain qaçaqmalçılıq və rəqibləri yatırtmaq kimi şəxsi səbəblərdən istifadə etdi. Milis komandiri Udayın İraqa Respublika Qvardiyasından silah göndərdiyi aşkarlananda 1996-cı ildə Qusay Hüseynə verildi. Səddam hakimiyyətdən uzaqlaşdırılmadan əvvəl qüvvə Udayın nəzarəti altında geri yerləşdirildi. 1998-ci ildə Əşbal Səddan Fədain-ə üzv olmaq üçün gənc uşaqları işə cəlb etmək və yetişdirmək üçün yaradılmışdır. Əşbal, 10 və 15 yaş arasındakı oğlanları, kiçik silah və piyada taktikası, habelə sədaqət kondisionerləri üçün təlimə cəlb etdi. === 2003 İraqın işğalı === Fədain Səddam 2003-cü ildə ABŞ-nin rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən İraqa hücumuna qədər böyük beynəlxalq diqqəti qaldırmadı. İraq ordusu və Respublika Qvardiyası tez bir zamanda dağıldı, Fədain qüvvələri koalisiya istilasına sərt müqavimət göstərdilər.
-ка зау́лок Ма́ксвелл отче́рчивать сжева́ться тарака́нчик укомплекто́вывание анеми́я впры́скивать ме́дный отлётный раздви́нуться раскраса́вица сматывать у́дочки сыть толкать cantlet communicatory denga genialness pitch-black supervene волчица выговориться уводить