[Əlimuxtar:] Arif Hikmət elə vurdu yumruğu stolun üstə ki, stolun şüşəsi parça-parça oldu.
İri güzgü sıçrayıb yerə düşdü və parça-parça oldu.
// Cırıq-cırıq.
Kərbəlayı Ağcanın köynəyi parça-parça olmuşdu.
[Arvadın] saçları pırtlaşıb kilkələnmiş, üstü-başı parça-parça olmuşdu.
// Doğram-doğram, tikə-tikə.
[Qız Məlikməmmədə:] Ay cavan, yazıqsan, qayıt gizlən, indicə div oyanar, səni parçaparça elər.
[İncə:] …Doğru bir şey bilərsə, inan, məni parça-parça doğrayar.