PARÇALAMAQ

f.
1. Parça-parça etmək, tikə-tikə doğrayıb, kəsib paralamaq; doğramaq. Kağızı parçalamaq.
– Köpək madyanın alt dodağını dartıb parçaladı. S.S.Axundov.

// Bütöv bir şeyi kəsmək, bölmək, doğramaq. Əti parçalamaq.
// Məc. mənada.
[Şamil] uzaqdan-uzağa alman əsgərini görəndə … birbaş irəli atılıb onu dırnaqları ilə parçalamaq istəyirdi. M.Hüseyn.

// Dişi ilə kəsik-kəsik etmək, parça-parça etmək, dağıdıb tökmək, öldürmək. Canavar qoyunu parçalamışdı.
[Kərim baba:] …Bir gün eşitdim ki, kəndin yaxınlığında pələng üç inək parçalamışdır. A.Şaiq.

// Məc. mənada.
İncə bir riqqət Rübabənin könlünü parçaladı. Mir Cəlal.

2. Bir neçə hissəyə ayırmaq, bölmək.
3. xüs. Tərkib hissələrinə, elementlərinə ayırmaq. Kimyəvi reaksiya nəticəsində suyu parçalamaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • PARÇALAMAQ 1. PARÇALAMAQ Hamısının ürəyində Safonu didmək, parçalamaq hissi var idi (S.Rəhimov); DİDMƏK Soyuq divarlarda güllə nişanı; Didir, parçalayır insan in
  • PARÇALAMAQ dağıtmaq — öldürmək
  • PARÇALAMAQ öldürmək
PARÇALAMA
PARÇALANMA

Digər lüğətlərdə

борозди́ть коте́льник неупра́вка ола́душка по-псалты́рному провини́ться рассмея́ться скверносло́вка слобожа́нка де-ю́ре любо́вник обвенча́ть позабы́ть смычо́к стру́нить сват doglike duty gay hurricoon mythologer pyrochemical tollbooth запутаться осудить