PASLI

sif. Pası olan, pas atmış; paxırlı, cəngli. Paslı qazan.
– Tez-gec qırılacaq paslı zəncirlər; Al geyib doğacaq azad bir səhər. S.Vurğun.
[Otaqda] ağzından yumruq irilikdə paslı qıfıl asılmış sandıq, sandığın üstündə bir cüt qara xrom çəkmə … vardı. İ.Hüseynov.

// Məc. mənada.
Əntiqənin səsi … zülmət gecədə axan ulduz kimi paslı qəlblərə nur səpib tez ötər, təkrar olunmazdı. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • PASLI ləkəli — nöqsanlı
PASLATMAQ
PASLILIQ
OBASTAN VİKİ
Paslı üskükotu
Paslı üskükotu (lat. Digitalis ferruginea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, çılpaq və ya demək olar ki, çılpaq, hündürlüyü 50-150 sm, gövdəsi uca, düz, sadə bitkidir. Kökətrafı yarpaqları tərslansetvari, saplağa daralan, gövdə yarpaqları oturaq, uzunsov-lansetvari, tam kənarlı, iti və ya itiləşmiş, aşağıdan yuxarıya doğru kiçiləndir. Çiçəkqrupu sünbülvaridir. Çiçəkləri qısa saplaqlıdır. Kasacıq 7–10 mm uzunluqda, zəngvari, çılpaqdır. Ləçəkləri 15– 20 mm uzunluqda, sarı rəngli, qəhvəyi rəngli damarları var, vəzili tükcüklü, üst dodaq qısa ikidişli, orta dodaq alt dodağa tərəf uzanmışdır. Qutucuq 7–10 mm uzunluqda, yumurtavari, itidir. Toxumları 1,5–2 mm uzunluqda, uzunsovdur.

Digər lüğətlərdə

видеомагнитофо́нный двучле́н ер иссыха́ние кинофика́ция магази́нка механо... нишкну́ть полонизи́роваться расковы́ривание баклу́ша глухова́тый затыка́ть идти́ своей дорогой прибива́ться томографи́ческий уполномо́чие число́ ужный bridal suite cub-hunting gas-fitter lily куренной четвероногие