patrondaş
pay
OBASTAN VİKİ
Pavilyon (sərgi)
Pavilyon, Ümumdünya sərgisi kimi böyük beynəlxalq sərgilərdə tez-tez rast gəlinən bir bina növüdür. Tanınmış bir memar və ya dizayner tərəfindən iştirakçı ölkənin ən son texnologiyasını nümayiş etdirmək üçün dizayn edilə bilər və ya sərgiləyən ölkənin milli memarlıq üslubu kimi qəbul edilə bilər. Məsələn, 1929-cu il Barselona Beynəlxalq Sərgisinin Alman pavilyonu, tanınmış müasir Alman memarları Ludwig Mies van der Rohe və Lilly Reich tərəfindən dizayn edilmişdir.
Gümüş pavilyon məbədi
Qinkaku məbədi (銀閣寺, Qinkaku-ci, azərb. "Gümüş pavilyon məbədi"‎) və ya rəsmi adı ilə Cişo məbədi (慈照寺, Cişo-ci, azərb. "Parlayan mərhəmət məbədi"‎) – Yaponiyanın Kioto şəhərinin Sakyo rayonunda yerləşən buddist məbədi. Zen buddizminin Rinzay sektasının Şokokuci qoluna aiddir. Tərk edilmiş Tenday monastırı olan Codo məbədinin ərazisində yerləşir. Məbəd Hiqaşiyama mədəniyyətinə aid edilir. == Tarix == Səkkizinci Muromaçi şoqunu olan Aşikaqa Yoşimasa 1465-ci ildə özü üçün iqamətgah tikdirməyə qərar vermiş və ən keyfiyyətli materialları tapmaq üçün bütün əyalətlərdə axtarış əmri vermişdir. İqamətgahın tikintisi 1483-cü ildə tamamlanandan sonra Yoşimasa buraya köçmüşdür. 1485-ci ildə Şokoku məbədinin keşişi olmuş və 1490-cı ildə öldükdən sonra vəsiyyəti əsasında iqamətgah məbədə çevrilmişdir. Yoşimasanın ölümündən sonrakı dini titulu Cişoin olduğu üçün məbədə Çişo adı verilmişdir.
Pavilyon “Azərbaycan SSR” (Moskva)
"Azərbaycan" pavilyonu — Moskva şəhərində yerləşən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 1939-cu ildə tikilən 14 nömrəli pavilyonudur. Pavilyon 1964-cü ildən sonra "Hesablama texnikası" adlanırdı. Pavilyonun memarlıq dizaynı üçün arxitektorlar Sadıq Dadaşov və Mikayıl Useynov II dərəcə Stalin mükafatına layiq görülüblər. Pavilyon 1939-cu ildə memarlar Sadıq Dadaşov və Mikayıl Useynov tərəfindən inşa edilmişdi. Pavilyonun görünüşü Azərbaycan etnik motivləri ilə Stalinist memarlıqı üslubunda tərtib edilib. Binanın planı düzbucaqlıdır, divarlar mərmərlə işlənib. Binanın baş fasadı 16 metrlik iki sütunlu portal ilə ifadə olunub. Fasad azərbaycan naxışları, qızılı rənqdə üzüm ornamentləri ilə bəzədilib. Portikanın frizində Azərbaycan və Rus dillərində "Azərbaycan SSR" yazısı var idi. Fasadın memarlıq kompozisiyasının əsas elementərindən biri rəngli şüşələrlə doldurulmuş, çərçivələrin xırda həndəsi şəkilli vitraj-şəbəkələri daxil edilən pəncərələrdi.
"Azərbaycan SSR" pavilyonu (Moskva)

Azərbaycan pavilyonu (Moskva)

Barselona pavilyonu
Barselona pavilyonu və ya Alman pavilyonu (İspanca: Pavelló alemany; ispanca: Pabellón alemán) İspaniyanın Barselona şəhərində yerləşən bir sərgi binasıdır. Ludwig Mies van der Rohe və Lilly Reich tərəfindən dizayn edilmiş bu bina ilkin olaraq 1929-cu il Beynəlxalq Sərgisi üçün Alman Pavilyonu olaraq inşa edilmiş və sərginin Alman hissəsinin rəsmi açılışı üçün istifadə edilmişdir. Sadə forması və mərmər, qırmızı oniks və traverten kimi ekstravaqant materiallardan möhtəşəm istifadəsi ilə tanınan müasir memarlıq tarixində mühüm bir binadır. Minimalizm və möhtəşəmliyin eyni xüsusiyyətləri, ikonik Barselona stulu da daxil olmaqla bina üçün xüsusi olaraq hazırlanmış prestijli mebellər tətbiq edilmişdir. Pavilyon bir çox mühüm modernist binaya ilham vermişdir. Pavilyon 1980-ci illərdə yenidən qurulmuş və mövcud quruluşunu əldə etmişdir.
Flora pavilyonu
Flora pavilyonu (fr. Pavillon de Flore) — Parisdə yerləşən Luvr sarayının bir hissəsi olmaqla Kral körpüsünün yanında yerləşir. 1607-1610-cu illərdə kral IV Henrixin sifarişi ilə inşa edilmiş pavilyon Tüliri və Luvr sarayları arasında keçid kimi nəzərdə tutulmaqla Tüliri sarayının şimalında, Luvr sarayının Böyük qalereyasının isə şərqində yerləşir. 1864-1868-ci illərdə pavilyon Hektor Lefuel tərəfində III Napoleon stilində tamamilə yenidən qurulmuşdur. Luvr sarayının fasadındakı ən məşhur heykəl hesab edilən Jan-Batist Karponun “Floranın triumfu” heykəli pavilyonun cənub fasadının mərkəzi frontonuna həmin dövrdə əlavə edilmişdir. 1871-ci ildə Tüliri sarayı Paris Kommunası tərəfindən yandırılmış, bundan sonra 1874-1879-cu illərdə Lefuel tərəfindən pavilyona cənub pavilyonuna bənzər şimal pavilyonu əlavə edilmişdir. Hazırda Flora pavilyonu Luvr muzeyinin tərkibinə daxildir. == Yerləşməsi == Flora pavilyonu Luvr sarayına bitişik, Parisin Mərkəzində, Sena çayının sağ sahilində (fr. Rive Droite) yerləşir. Pavilyon, Leopold Sedar Senqor körpüsü və Karruzel körpüsü arasında yerləşən və Fransua Mitteran səddinə (əvvəllər Luvr səddi adlandırılmış, 26 oktyabr 2003-cü ildə adı dəyişdirilmişdir) birləşən Kral körpüsünün düz yanındadır.
Körpü pavilyonu
Körpü pavilyonu (isp: Pabellón Puente) İspaniyanın Zaragoza şəhərində yerləşən və şəhərin vacib simvollarından biri sayılan bir binadır. Expo 2008 üçün İraq mənşəli, lakin İngiltərə vətəndaşı və Pritzker Memarlıq Mükafatının sahibi olan Zaha Hadid tərəfindən dizayn edilmişdir. 270 metr uzunluğunda, örtülü və gladiola bənzər bu tikili Ebro çayı üzərində yerləşir və La Almozara istiqamətini sərgi sahəsi ilə birləşdirir. Bina bir körpü kimi fəaliyyət göstərsə də, çox məqsədli bir sərgi sahəsi kimi də fəaliyyət göstərir. Expo 2008 zamanı bu yarmarkanı ziyarət etmək üçün hər saatda təxminən 10.000 ziyarətçinin bu körpüdən keçdiyi güman edilir. Zaha Hadid bu körpünün xarici örtüyü üçün şüşə yunla gücləndirilmiş dəmir-beton sistemindən istifadə etmişdir. Bu material ilə təxminən 29.000 fibreC adlandırılan, hər biri fərqli bir boz rəng çalarına malik olan üzlüklər ilə bu körpü örtülmüşdür. Expo 2008 üçün dizayn və inşa edilmiş Körpü Pavilyonu, bu yarmarkadan sonra sərgilər üçün bir məkan olaraq istifadə edilmək üçün yerli bir bank tərəfindən satın alınmışdır.
Milan Müasir İncəsənət Pavilyonu
Milan Müasir İncəsənət Pavilyonu (italyan dilində:Padiglione di Arte Contemporanea, PAC) — İtaliyanın Milan şəhərində müasir incəsənət əsərlərinin nümayiş etdirildiyi pavilyon. Milan Müasir İncəsənət Pavilyonu arxitektor İqnatsio Qardellanın 1949-cu ildə hazırladığı layihə əsasında 1951–1953-cü illərdə tikilmişdir. 1993-cü ildə pavilyonun yaxınlığında bomba partladılması nəticəsində 5 nəfər həlak olmuş, binaya xeyli ziyan dəymişdir. 1996-cı ildə Cakopo Qardellanın başçılığı ilə muzeyin binasında yenidənqurma işləri aparılmışdır. Ignazio Gardella, progetti e architetture dal 1933 al 1990. Catalogo della mostra al PAC di Milano dal 22 gennaio al 18 marzo 1992, a cura di Franco Buzzi Cerini; M. Rebecchini, Architetti italiani 1930–1960 : Gardella, Libera, Michelucci, Ridolfi. Roma, 1990; A. Monestiroli, L’architettura secondo Gardella. Roma, 1997. S. Ciarcia, Ignazio Gardella: il padiglione d’arte contemporanea di Milano. Napoli, 2001; S. Guidarini, Ignazio Gardella nell’architettura italiana opere 1929–1999.
Plora pavilyonu
Flora pavilyonu (fr. Pavillon de Flore) — Parisdə yerləşən Luvr sarayının bir hissəsi olmaqla Kral körpüsünün yanında yerləşir. 1607-1610-cu illərdə kral IV Henrixin sifarişi ilə inşa edilmiş pavilyon Tüliri və Luvr sarayları arasında keçid kimi nəzərdə tutulmaqla Tüliri sarayının şimalında, Luvr sarayının Böyük qalereyasının isə şərqində yerləşir. 1864-1868-ci illərdə pavilyon Hektor Lefuel tərəfində III Napoleon stilində tamamilə yenidən qurulmuşdur. Luvr sarayının fasadındakı ən məşhur heykəl hesab edilən Jan-Batist Karponun “Floranın triumfu” heykəli pavilyonun cənub fasadının mərkəzi frontonuna həmin dövrdə əlavə edilmişdir. 1871-ci ildə Tüliri sarayı Paris Kommunası tərəfindən yandırılmış, bundan sonra 1874-1879-cu illərdə Lefuel tərəfindən pavilyona cənub pavilyonuna bənzər şimal pavilyonu əlavə edilmişdir. Hazırda Flora pavilyonu Luvr muzeyinin tərkibinə daxildir. Flora pavilyonu Luvr sarayına bitişik, Parisin Mərkəzində, Sena çayının sağ sahilində (fr. Rive Droite) yerləşir. Pavilyon, Leopold Sedar Senqor körpüsü və Karruzel körpüsü arasında yerləşən və Fransua Mitteran səddinə (əvvəllər Luvr səddi adlandırılmış, 26 oktyabr 2003-cü ildə adı dəyişdirilmişdir) birləşən Kral körpüsünün düz yanındadır.
Saat pavilyonu
Saat pavilyonu (fr. Pavillon de l'Horloge) —Parisdə yerləşən Luvr sarayının bir hissəsi olmaqla həm də Sülli pavilyonu kimi tanınan tarixi pavilyon. Tikili Karre həyətinin qərb qanadının mərkəzində yerləşir. Hazırda Saat pavilyonu və Sülli pabilyonu adları Karre həyətinin qərb və şər qanadlarındakı iki fərqli pavilyona aid edilir. Saat pavilyonunun inşasına XIII Lüdovikin sifarişi ilə 1624-cü ildə köhnə Lesko qanadının şimal tərəfində başlanılmış, XIV Lüdövikin hakimiyyəti dövrünə təsadüf edən 1654-cü ildə isə inşaat tamamlanmışdır. Məşhur kvadrat formalı günbəzə malik olan tikili parisli memar Jak Lemersye (1585–1654) tərəfindən dizayn edilmişdir. Pavilyonun adı sonradan onun fasadına quraşdırılmış saatdan (fr. horloge) qaynaqlanmışdır. Pavilyonun yuxarı hissəsi kariatidalarla bəzədilmiş fasadı Luvr həyətinin qərb tərəfində dominantlıq təşkil edir. Crédit Lyonnais bankının baş ofis binasının memarlığı Saat pavilyonunun təsiri altında yaradılmışdır.
Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 14 nömrəli pavilyonu
"Azərbaycan" pavilyonu — Moskva şəhərində yerləşən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 1939-cu ildə tikilən 14 nömrəli pavilyonudur. Pavilyon 1964-cü ildən sonra "Hesablama texnikası" adlanırdı. Pavilyonun memarlıq dizaynı üçün arxitektorlar Sadıq Dadaşov və Mikayıl Useynov II dərəcə Stalin mükafatına layiq görülüblər. Pavilyon 1939-cu ildə memarlar Sadıq Dadaşov və Mikayıl Useynov tərəfindən inşa edilmişdi. Pavilyonun görünüşü Azərbaycan etnik motivləri ilə Stalinist memarlıqı üslubunda tərtib edilib. Binanın planı düzbucaqlıdır, divarlar mərmərlə işlənib. Binanın baş fasadı 16 metrlik iki sütunlu portal ilə ifadə olunub. Fasad azərbaycan naxışları, qızılı rənqdə üzüm ornamentləri ilə bəzədilib. Portikanın frizində Azərbaycan və Rus dillərində "Azərbaycan SSR" yazısı var idi. Fasadın memarlıq kompozisiyasının əsas elementərindən biri rəngli şüşələrlə doldurulmuş, çərçivələrin xırda həndəsi şəkilli vitraj-şəbəkələri daxil edilən pəncərələrdi.
Çiçək pavilyonu
Flora pavilyonu (fr. Pavillon de Flore) — Parisdə yerləşən Luvr sarayının bir hissəsi olmaqla Kral körpüsünün yanında yerləşir. 1607-1610-cu illərdə kral IV Henrixin sifarişi ilə inşa edilmiş pavilyon Tüliri və Luvr sarayları arasında keçid kimi nəzərdə tutulmaqla Tüliri sarayının şimalında, Luvr sarayının Böyük qalereyasının isə şərqində yerləşir. 1864-1868-ci illərdə pavilyon Hektor Lefuel tərəfində III Napoleon stilində tamamilə yenidən qurulmuşdur. Luvr sarayının fasadındakı ən məşhur heykəl hesab edilən Jan-Batist Karponun “Floranın triumfu” heykəli pavilyonun cənub fasadının mərkəzi frontonuna həmin dövrdə əlavə edilmişdir. 1871-ci ildə Tüliri sarayı Paris Kommunası tərəfindən yandırılmış, bundan sonra 1874-1879-cu illərdə Lefuel tərəfindən pavilyona cənub pavilyonuna bənzər şimal pavilyonu əlavə edilmişdir. Hazırda Flora pavilyonu Luvr muzeyinin tərkibinə daxildir. Flora pavilyonu Luvr sarayına bitişik, Parisin Mərkəzində, Sena çayının sağ sahilində (fr. Rive Droite) yerləşir. Pavilyon, Leopold Sedar Senqor körpüsü və Karruzel körpüsü arasında yerləşən və Fransua Mitteran səddinə (əvvəllər Luvr səddi adlandırılmış, 26 oktyabr 2003-cü ildə adı dəyişdirilmişdir) birləşən Kral körpüsünün düz yanındadır.
Alay pavilyonu
Alay pavilyonu — Topqapı sarayının bayır divarlarında sultanların yürüşləri izləmək üçün tikildirdiyi malikanə. Alay malikanəsinin yerləşdiyi yerdə 16-cı əsrdə taxta malikanə olub. Köşkün hazırkı binası II. Mahmud tərəfindən tikilmişdir. Gülhanə parkından geniş enişlə daxil olmaq mümkün olan malikanə dairəvi sultan zalı, divan və üç otaqdan ibarətdir. Köşkün yeddi pəncərəsi var. Pəncərə tağlarının üzərindəki on dörd sətirlik kitabə Keçəcizadə İzzət Molla tərəfindən yazılmışdır. 1926-cı ildə Atatürkün əmri ilə Gözəl Sənətlər Birliyinə ayrılan malikanə bir müddət Eminönü İcma Mərkəzinin oyun salonu kimi istifadə edilmişdir. 1938-ci ildə Topkapı Sarayı Müdirliyinə bağlı olan malikanə daha sonra ciddi təmirə məruz qalıb. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Əhməd Həmdi Tanpınar Ədəbiyyat Muzeyi Kitabxanası olaraq yenidən təşkil edilmiş və 12 noyabr 2011-ci ildə açılmışdır.
Maslak pavilyonu
Maslak pavilyonu — Tarixi saray İstanbulun adını aldığı Maslak səmtində İstinye və Tarabya qovşağının kəsişdiyi Böyükdərə küçəsində 170 hektar sahədə yerləşir. == Tarixi == Onun tikintisi II. Mahmud zamanında başlanan köşk Əbdüləziz dövründə yeni bölmələr əlavə edilərək genişləndirilərək tikintisi başa çatdırılmışdır. II. Əbdülhəmid dincəldiyi və ov etdiyi bu iqamətgahda V Muradın taxtdan salınması və yeni hökmdar olması xəbərini alır. Qəsir beş hissəyə bölünür: Kasr-ı Hümayun, Məbeyn-i Hümayun, Paşanın mənzili, çadır köşkü və konservatoriya.
Su Pavilyonu
Su Pavilyonu (fr. Pavillon de l'eau) — Paris şəhərinə aid su muzeyi. Muzey Parisdə suyun istehsalı və paylanmasına cavabdeh olan Eau de Paris bələdiyyə agentliyi tərəfindən idarə olunur. Pavilyon şəhərin su təchizatının tarixinə həsr olunmuş daimi sərgi, müvəqqəti sərgilər, uşaq tədbirləri (maarifləndirici seminarlar, görüşlər, tamaşalar və s.) və tematik görüşlər təklif edir. Su pavilyonu, yəni A fabriki və B fabriki və onun metal pilləkəni 30 yanvar 2020-ci ildən tarixi abidələr siyahısına daxil edilmişdir. 1828-ci ildə Auteuil və Passi bələdiyyələrini su ilə təmin etmək üçün Sena çayından Versala gedən qədim yolda buxar nasosu quraşdırıldı.. Sena çayından yuxarı olan nasos, eyni adlı ərazini təmin etmək üçün nəzərdə tutulmuşdur. Lakin ətraf getdikcə şəhərləşdikcə onun köhnəlməsi, borularından çıxan tüstü gözə çarpır. Ona görə onun köçürülməsinə qərar verilmişdir.. XIX-cu əsrin sonlarında paytaxtın qərbində yerləşən nasoslar artıq köhnəlmişdilər.

Digər lüğətlərdə