PAY₂

is. [ fars. ] klas. Ayaq.
Düşəydi payinə bənövşə, sünbül; Xuraman-xuraman əlində də gül. Q.Zakir.
Fəqət nə güclü, zəif bir vücud var, yahu! Ki, hazıram yıxılıb xaki-payinə hər gün. C.Cabbarlı.
Görəndə qamətini göz yaşım olur cari; Çəməndə payinə sərvin axan şəlalə kimi. Ə.Vahid.

Sinonimlər (yaxın mənalı sözlər)

  • PAY I 1. PAY, QİSMƏT Ziynət anasının qismətini göndərəndən sonra Veysəllə öz payını dəfələrlə isidib kənara qoymuşdu
  • PAY hissə — parça — cirə
  • PAY təqsim — bölgü
  • PAY tale — qismət — bəxt — nəsib

Omonimlər

  • PAY PAY I is. Yemək, ərzaq. Həsrətin çəkənlər olubdu sayıl; Yığır qapılardan pay, sarı köynək! (Aşıq Ələsgər)

Etimologiya

  • PAY “Hissə” deməkdir. Bizdən rus dilinə də keçib. Fars mənşəli hesab edənlər var, səh­və yol verirlər. Farslarda qismət, hissə sözlərindən istifadə olunur
PAY
PAY-BÖLÜŞ

Digər lüğətlərdə