PAÇA

is. [ fars. paçə – kiçik ayaq]
1. Bədənin, iki qıçın arasındakı hissəsi. Ördək qaz yerişi yeriyəndə paçası aralı qalar. ( Ata. sözü ).
Teymur ağa təngə gəlib, bir əlilə yapışıb onun boynunun ardından, bir əlilə paçasından qaldırıb tullayır. M.F.Axundzadə.
Bir qədər yol gedəndən sonra görürsən yabı öz yabılığını bildirdi: qulaqlar sallandı, paçanın arası köpükləndi, boyun düşdü, yabı yoruldu. Ə.Haqverdiyev.
İdrisov oturduğu yerdə əllərini paçasının arasında qoşalaşdırdı. İ.Məlikzadə.

// Baldır; ayağın dizdən aşağı hissəsi.
[Qız] iki-üç yaşlı, paçası açıq bir oğlan uşağının lap böyründə durmuşdu. M.İbrahimov.

2. Qoyun, keçi və malın ayrıca satılan dizdən aşağı hissəsi (ayaq və baldırları).
// Bunlardan hazırlanan yemək.

Etimologiya

  • PAÇA Farscadır. Bizdə qabaqlar onun yerinə çatqı (haça olan) işlədilib. Rus dilindəki пах sözünü indi tatar dilinə çat kimi tərcümə edirlər
P
PAÇABƏND
OBASTAN VİKİ
Paça
Paça (mac. Pacsa) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Kəllə-paça
Xaş ya Kəllə paça — Orta Şərq və Cənubi Qafqaz mətbəxinin yeməklərindən biri. Iran, Bosniya və Herseqovina va Türkiyədə Kəllə paça adlanır (fars. کله پاچه‎) , (türk. Kelle paça), (bosn. Pače). Xaş malın (dana) imkan daxilində qabaq ayaqlarından (dırnaqlarından) hazırlanır. Çox vaxt xaşa qarın nahiyyəsinin hissələri əlavə olunur. Sirkə-sarımsaq və ya abqora ilə yeyilir. Xaş yeməyi zamanı lavaş, təndir çörəyindən və müxtəlif növlü turşu (tutmalardan) da istifadə olunur. == Hazırlanması == Malın ayaqlarını tükdən təmizləmək üçün oda tutmaq lazımdır.
Adnan Paçaçı
Adnan Müzahim Əmin Paçaçı (ərəb. عدنان الباجه جي‎; 14 may 1923, Bağdad – 17 noyabr 2019, Əbu-Dabi) — İraq siyasətçisi, keçmiş nazir və diplomat. == Həyatı == Adnan Paçaçı 14 may 1923-cü ildə İraqın Bağdad şəhərində anadan olmuşdur. O, İraq və İsrail arasında altıgünlük müharibə zamanı, 1959–1965-ci illərdə İraqın Birləşmiş Millətlər Təşkilatında daimi nümayəndəsi və 1965–1967-ci illərdə İraqın Xarici İşlər Naziri olmuşdur. == Vəfatı == Adnan Paçaçı 17 noyabr 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində, 96 yaşında vəfat etmişdir.
Beykoz paçası

Digər lüğətlərdə

аммиа́чный дрозд истука́нство каптена́рмус картве́лы о́рлий отхо́дный ска́рбовый чеку́шка вельмо́жный неи́скренний непоро́чно политрабо́та полново́дный провоева́ть распе́вность electoral college fordo grace-cup physic sign-writer забастовочный компрессорный манжетка мономания