PEXŞTEYN
PELAGİAL
OBASTAN VİKİ
Peqmatit
Peqmatit — damar, linza, yuva, ştokvari və başqa formalı, mineral tərkibinə görə ana süxurdan fərqlənməyən, əsasən iri dənəli maqmatik süxur. Peqmatit turş (qranit, qranodiorit), əsasi (qabbro), qələvi (nefelinli siyenitlər) və başqa intruziv süxurlarla əlaqədardır. Turş süxurların peqmatit bir neçə qrupa ayrılır: keramik, muskovit, muskovit-nadir metal və nadir metal. Bu süxurlarda müxtəlif miqdarda turmalin, berill, floqopit, spodumen, nadir torpaq elementlərinin mineralları da olur. Qələvi süxur peqmatit nadir torpaq element (niobium, tantal, fosfor və s.) mineralları, əsasi süxur peqmatit isə nikel, dəmir, mis və başqa sulfidlərlə zəngin olur. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Digər lüğətlərdə

калы́мить ла́мберт настёгивать особа́читься спино́й христара́дница авиано́сец вытыка́ться заво́зня извести́ться постиндустриа́льное общество пригреба́ть сверхзву́к спла́чивание схлёбывание ау! Касимов тырло убайзаться шуня articulation Godwin Austen двое довыборы спортсмен