PERİPATETİZM

\[alm. Peripatetiker; fr. Peripatetician; ing. Peripatetics; es.tr. meşaiyun; ər. شِّبئ ٍّْٛ \] – Aristotelin tərəfdarları və tələbələri. Aristotelin fəlsəfi dərslərini və müzakirələrini ayaq üstə gəzinərək təlim etdiyinə görə belə bir ad götürülmüşdü. Peri-patetikos piyada addımlamaq deməkdir. Ərəbcəyə də bu formada tərcümə edilən terminin lüğəti mənası piyada gəzənlər deməkdir.
PATRONİMİYA
PERSEPSİYA
OBASTAN VİKİ
Peripatetizm
Peripatetiklər (yun. περιπατέω – gəzinti) — Aristotelin öyrənciləri və ardıcılları idilər. Onların fəaliyyəytəri nəticəsində "Peripatetizm" adlı fəlsəfi cərəyan yaranmışdı. == Tarixi == Aristotel Afinada Likeion (yun. Λύκειον) adlanan məktəbini yaratmışdır. O məktəbin binasını və yerini öncə bədən tərbiyəsi üzrə oyunlar üçün istifadə edirdilər. Aristotel isə orada dərslər keçirirdi. Likeonun kölgəli bağlarında gəzintiyə çıxarkən Aristotel öz tələbələrini fəlsəfəsinin müxtəlif aspektləri ilə tanış edirdi. Ona görə də, Aristotelin bu məktəbi “peripatetik” (gəzənlər) adlandırılmışdır. Aristotelin ölümündən sonra onun ardıcılları fəlsəfi və elmi araşdırmalarını davam etdirmişdilər.
Şərq peripatetizmi
Şərq peripatetizmi - İslam mədəni bölgəsində "məşşailik" adı ilə məşhurdur. Antik Yunan Roma fəlsəfəsinin islam dünyasına tərcümə edilərək yayılmasından sonra Şərq dünyasında doğan fəlsəfə məktəbinin adıdır. Şərqin ən böyük dahi filosofları məhz bu fəlsəfə məktəbinə məxsusdur. Onlardan Fərabi, İbn Sina, İbn Rüşd, İbn Misqəveyh Fəxrəddin Razi və s.-lərinin adlarını şəkmək mümkündür. Bəhmənyar adı ilə tanınan Azərbaycanlı məşhur filosof Əbülhəsən Mərzuban Bəhmənyar Azərbaycani İbn Sinanın şagirdi olmuş və Şərq peripatetizmini davam və inkişaf etdirmişdir. Cərəyan antik dünyanın filosofu, böyük zəka sahibi, elmlərin ilk təsnifatının müəllifi yunanlı Aristotelin Afrikada təşkil etdiyi fəlsəfi məktəbin adından götürülmüşdür. Bu termin Aristotelin təlim - tədris metodikası ilə bilavasitə bağlı olub, fərqli bir tədris üsulunu özündə əks etdirir. Belə ki, Aristotel öz tələbələrinə dərs keçərkən piyada gəzintiyə geniş yer verərmiş. Piyada gəzinti zamanı tələbələrinə dərs keçən filosofun tədris üsulu yunan dilində "peripatetikos" adlanırdı. Sonradan filosofun tələbələri və onun fəlsəfi irsini davam etdirən filosoflar bu nəzəri sistemi mənimsəyib daha da inkişaf etdirərək peripatetizm fəlsəfi məktəbini formalaşdırmış oldular.

Значение слова в других словарях

Га́да жилова́тость новокреще́нец па́клен призре́ть неугаси́мость подма́хивание позабира́ть поэксперименти́ровать прибори́стка продолгова́тый пропи́тка ро́дич фильтра́ция львиный lyssic New Look playsome sweety threader двурогий династический сущий штурманский эбонитовый