PERSEY

\[lat.\] сущ. персей (цавун кеферпатан зур паюна авай созвездиедин тӀвар).
PERRON
PERSOL
OBASTAN VİKİ
Persey
Persey (yun. Περσεύς) — yunan mifologiyasında qəhrəman, Zevs və Danayanın oğlu. == Doğulması == Aqos çarı – Akrisiy peyqəmbərə onun oğlunun olub olmayacağını öyrənmək üçün müraciət edir. Ona bildirilir ki, onun öz oğlan övladı olmayacaq, lakin qızı Danayanın dünyaya gətirmiş olacağı oğlan onu öldürəcəkdir. Bundan ehtiyat edən Akrisiy Danayaya heç bir kişi xeylağı yaxın düşə bilməməsi üçün onu zülmət zirzəmiyə salır. Danayanın gözəlliyinə vurulmuş Zevs özünü qızıl yağışa çevirərək, zirzəmiyə sirayət edir və qıza qovuşur, beləliklə Danaya Zevsdən uşağa qalmış olur. Oğlu Perseyi dünyaya gətirdikdən sonra atasından gizlin saxlamağa çalışsa da uçağın ağlaması onu aşkarlamış olur. Danaya əhvəlatı olduğu kimi Akrisiyə nəql edir lakin atası ona inanmasa da hər ikisini bağlı qutuya salaraq dənizə buraxdırır. Dalğalar qutunu Kiklad adalarına – Serifos sahilinə ataraq, Diktisin balıq toruna salır. Diktisin yanında sığınacaq tapsalar da onun qardaşı çar Polidekt yersiz evlənmə təklifi ilə Danayanı rahat buraxmır.
Nu Persey
Nu Persey (ν Per, ν Persey) — F5 sinfinə daxil olan və Persey bürcündə yerləşən dördüncü böyük ulduz. Nu Persey Yerdən təxminən 555 işıq ili uzaqlıqda yerləşən sarı-ağ rəngli nəhəng parlaq ulduzdur.Bu ulduzun ətrafında bir neçə kiçik törəmə ulduz da aşkar edilmişdir. B, 12.1 böyüklükdə və 31.6" ayrılması olan ulduzdur. Onun da öz kiçik törəmə ulduzu var. E adlanan bu ulduz 14.3 böyüklüyə və 7.7" ayrılmaya malikdir. Bundan əlavə C ulduzu 13.2 böyüklüyə və 55.7" ayrılmaya və D ulduzu 13.8 böyüklüyə və 22.8" ayrılmaya malikdir.
Persey (bürc)
Persey bürcü (Latınca:Perseus) — Göyün şimal yarımkürəsindədir. Azərbaycanda il boyu göydə görünür. Persey Meduza Gorgonanı öldürən Yunan qəhrəmanıdır. Bu Ptolemeyin 48 bürclərindən biridir və 88 müasir bürclərdən biri kimi Beynəlxalq Astronomiya İttifaqı tərəfindən qəbul edilib.
Persey qolu
Persey qolu — Südyolunun iki böyük spiral qolundan biridir. Digər böyük spiral qol qalxan-sentavr qoludur. Persey qolu, uzun Südyolu çubuğunun mərkəzdən uzaq olan son qismindən kənara doğru uzanır. Südyolu iki böyük və çoxlu sayıda kiçik qoldan meydana gəlmiş çubuqlu sipral qalaktikadır. Persey qolunun diametri təxminən 10,700 parsekdir və kiçik qu-quşu və oxatan qolu arasında yerləşir. Persey bürcünə olan yaxınlığından dolayı bu formada adlandırılır.
Persey Meduzanın başı ilə
Persey Meduzanın başı ilə (it. Perseo con la testa di Medusa) — Benvenuto Çellini tərəfindən 1545-1554-cü illərdə hazırlanmış tunc heykəldir. Heykəl Florensiyanın Sinyoriya meydanındakı Locciya deyi Lanzidə daş pyedestal üzərində ucaldılmışdır. Pyedestal predella kimi Persey və Andromedanın hekayəsinin təsvir edildiyi tunc relyef panelləri ilə bəzədilmişdir. İkinci Florensiya hersoqu I Kozimo de Mediçi əsəri pyaççadakı digər heykəllərlə və xüsusi siyası baxışlarla əlaqədar olduğuna görə sifariş etmişdi. 27 aprel 1554-cü ildə heykəl ucaldıldığı zaman meydanı artıq Mikelancelonun “David”i, Bandinellinin “Herakl və Kakus”u və Donatellonun “Yudif və Holofernes”i bəzəyirdi.Heykəlin mövzusu saçları ilana çevrilmiş qadın üzlü Qorqona olan Meduzanı öldürmüş Perseyə həsr edilmişdir; Meduzaya baxan hər kəs daşa çevrilirdi. Çiynindən atılmış kəmənd və ayağındakı qanadlı səndəllər xaric Perseyin üzərində heç bir geyim yoxdur. Meduzanın cansız cəsədi üzərində durmuş qəhrəman, sol əlində onun kəsilmiş başını qaldırır. Meduzanın boğazından qan fışqırır. İnsanları daşa çevirən Meduzanın tunc heykəli ətrafında üç daş heykəl – David, Herakl və Neptunun heykəlləri yerləşir.
Pers (Perseyin oğlu)
Pers (q.yun. Πέρσης) — Qədim yunan mifologiyası personajı,Perseyin və Andromedanın böyük oğlu. Atası onun Kefeyin yanında qoymuşdur. Fars çarları əhəmənilərin ulu babalarından sayılır.

Digər lüğətlərdə

бле́дность взба́лтывание загусте́ние кислоще́йный лучеподо́бный олеи́новый переобнима́ть переу́лок по-ма́миному артподгото́вка гидрофици́рованный кака́о нада́вливать невы́думанный посмо́трите прито́пнуть слезни́к ю́рта каска assuredness beehive oven braws clodhopping monastic гулянье