PEYK
PEYMAN
OBASTAN VİKİ
Peykər Sultan
Peykər Sultan (tam titulu: Banui Dövran, Nəvvab'i-Naibəyi-Səfəviyyə Peykər Sultan Səfəvi) (1537-1598)— Səfəvi Sultanı, Şahbanu, Seyid Baqi Yəzdinin və Xanış Sultan Səfəvinin qızı. == Həyatı == Peykər Sultan 1537-ci ildə İsfahanda dünyaya gəlmişdir.Atası məşhur xanlardan Seyyid Nurəddin Neymətullah Baqi Yəzdi, anası isə Şah I İsmayılın qızı Xanış Sultan idi. Uşaq yaşlarından gözəlliyi ilə seçilmiş Peykər Sultan ara-sıra ailəsi ilə birgə paytaxt Qəzvinə gedər, bu səfalı diyardan gəlmək istəməz, bu gözəl yerlərdə ara sıra 'Pəri Peykər' ləqəbi ilə şeirlər yazarmış. Lakin dayısı qızı olan Pərixan Sultan ilə heç yola getməz, hər zaman mübadisə edərmişlər.Həddi-bülüğa çatmış Peykər Sultan anasının təkidi ilə dayısı oğlu Şah I Təhmasibin 2-ci oğlu II İsmayıl ilə 1555-ci ildə ailə həyatı qurur. Beləlilkə, Xanış Sultan ilə İsmayıl Mirzənin anası Şahbanu Məvzili Sultan ilə ittifaq yaranır. Xanış Sultan bütün bunları Məhinbanu Sultanın olan nüfuzunu sarsıtmaq və yerinə keçmək üçün edirdi. Çünki onlar, əsasında, ögey idilər və Pərixan Sultan onun yanında yetişirdi. Lakin bu səadət çox sürmür. Əvvəlcə 1564-ci ildə anası Xanış Sultan vəfat edir. İsmayıl Mirzə atasının əmri ilə Qəhqəhə qalasına zindana salınır.
Peykər sultan Ziyadoğlu-Qacar
Peykər sultan Ziyadoğlu-Qacar (1576-1587) — mənşəcə Azərbaycan türklərindən olan böyük dövlət xadimi, sərkərdə, Səfəvilər dövlətində Gəncə-Qarabağ bəylərbəyi. == Həyatı == İmamqulu xan I Şah Təhmasibin yanında qоrçu кimi xidmət etmişdi. II Şah İsmayıl оna əvvəlcə sultan, sоnra xan ünvanı verərəк Qarabağa bəylərbəyi təyin tdi. Qəhrəman, qоçaq bir sərкərdə idi. Sultan Məhəmməd Xudabəndə şahın dönəmində də Qarabağın bəylərbəyisi təsdiq edildi. Ərəşdə Qaytas paşanın qоşununu dağıdıb, özünü öldürmüşdü. 1576-cı ilin 22 avqustunda Səfəvi dövlətinin taxtına şah I Təhmasibin oğlu II Şah İsmayıl əyləşdirilir. Bu vaxt artıq ölkə qızılbaş əmirlərinin arasında gedən çəkişmələrdən zəifləmişdir. II Şah İsmayıl əmirlərin hakimiyyətini məhdudlaşdıran bir sıra tədbirlər görür, eyni zamanda bəzi bəylərbəyliklərinin hakimləri arasında dəyişikliklər aparır. O, Qarabağ və Gəncə bəylərbəyisi Yusif Sultan Ziyadoğlu Qacarı da vəzifəsindən uzaqlaşdırıb, onun yerini həmin nəsildən olan Peykər Sultana verir.
Peykər xan İyirmi Dörd
Peykər xan İyirmi Dörd — XVI əsrin sonları XVII əsrin əvvəllərində Səfəvi imperiyası üçün xidmət etmiş Qızılbaş tayfa başçısı. Fəaliyyətinin əsas hissəsi Cənubi Qafqazla bağlıdır. O, bu zaman Bərdənin və Kaxetiyanın hakimi vəzifəsində xidmət etmişdir. Sonuncu vəzifəsindən Şah Abbas dövründə 1625-ci ildə Gürcü üsyanı ilə getmişdir. == Canişinliyi == Gələcəkdə xan olacaq Peykər xan İyirmi Dörd tayfasının başçısı kimi Qarabağda hakimiyyət uğrunda Qacar tayfası ilə rəqabətdə idilər. Şah II İsmayılın əmri ilə Peykər xan bəylərbəyi təyin olunması üçün öz qohumu və Qarabağ bəylərbəyisi olan Yusif xan Şahverdi Ziyadoğlunu, onun anasını, qardaşlarını qətlə yetirdi. Lakin II Şah İsmayıl vəzifəni rəqib Qacar tayfası mənsubuna verdi.Peykər xan 1608-ci ildə Şah Abbas tərəfindən Bərdənin hakimi təyin edildi. 1620-ci ildə vəzifəsi daha da yüksəldi və şahın tam hakimiyyəti altına almaq istədiyi Kaxetiyanın hakimi təyin edildi. Bundan sonra şahın əmri ilə o, gürcü kraliyyət ailəsindən olan Fatma Sultan Bəgüm ilə evləndi. Fatma Sultan Bəgüm Kartli çarı II Luarsabın bacısı idi və şah onu qardaşını edam etdirdikdən sonra öz hərəmindən qovmuşdu.Kaxetiyaya göndərildikdən sonra Peykər xan Qarlanquç qalasına yerləşdi və qalanın ətrafında gözəl evlərlə və hamamlar tikdirdi.

Digər lüğətlərdə

бондарь во́лчий когда́ б прича́стница прострога́ть расча́ливание рецидиви́стка слия́ние фонта́нный частнохозя́йственный барахо́льщик круподёрка кунжу́тный мертворождённое де́тище ра́дио разве́дать HUMINT jura outwind preoccupied дипломный помножать сокрушённый удваивать эспланада