1. Qədəh, piyalə.
2. Çaxır, şərab.
Dastanlarda 1-ci mənada rast gəlinir.
Gülgəz Pəri saralıban solunca,
Qaynayıban peymanələr dolunca,
Qoy gəlməsin Məhəmməd bəy gəlincə,
Gəlməsin Abbasım, Allah kərimdi!
(“Abbas və Gülgəz”)
*
Novruz nə yaman haldadı?
Peymanam dolhahdoldadı.
Qəndabın gözü yoldadı,
Qaldım bu dərya üzündə.
(“Novruz”)
*
Qaynayıbdı, peymanəsi dolubdu,
Saralıban gül irəngi solubdu.
Bilməm sağdı, yoxsa yoldaş ölübdü,
Dilim tutmur, nə danışım, nə deyim?
(“Qulam-Kəmtər”)