PİJAMA
PİL
OBASTAN VİKİ
Çəmənlikdə piknik
Çəmənlikdə səhər yeməyi və ya Çəmənlikdə piknik (fr. Le Déjeuner sur l'herbe) — Fransız impressionist rəssamı Eduard Manenin 1862-1863-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Tablo hal-hazırda Paris şəhərində Orse muzeyində saxlanılır. Tabloda çılpaq qadınla iki qara geyimli kişi təsvir edilmişdir. Arxa fonda digər bir qadın suyun içərisində təsvir edilib. Eduard Mane Çəmənlikdə səhər yeməyi əsərini 1863-cü ildə tamamlayıb sərgilənmək üçün Paris Salonuna təqdim etdi. Salonda rəsm əsərlərinin qiymətləndirilməsi ilə məşğul olan komitə bu tablo ilə yanaşı, daha 3000 tablonu salonda nümayiş etdirməkdən imtina etdi. İmtinanın əsas səbəbi kimi əsərlərin lazımi keyfiyyətdə olmaması göstərildi. 1863-cü ildə imperator III Napoleonun əmri ilə məşhur muzey və salonlarda sərgilənməkdən imtina edilən tablolar Rədd edilənlər salonu adlı mərkəzdə toplandı. Çəmənlikdə səhər yeməyi tablosu da bu salonda sərgilənməyə başladı.O dövrə qədər Dieqo Velaskes və Fransisko Qoyya kimi ispan rəssamlardan təsirlənən Mane bu tabloda İntibah dövrü rəssamlarından təsirlənmişdir.
Pan-Avropa pikniki
Panavropa pikniki- Avstriya-Macarıstan sərhəddində Şopron şəhəri yaxınlığında 19 avqust 1989-cu il tarixində baş verən sülh nümayişi. == Arxa plan == 1989-cu ildə Mərkəzi Avropada vəziyyət "gərgin" qiymətləndirlirdi. Diktator hökumətlərinə baxmayaraq Şərq Bloku ölkələrinin vətəndaşları demoktratik seçkilər, söz azadlığı və sovet qoşunlarının ölkələrindən çıxarılmasını tələb edirdi. Qərbi Almaniya kimi bir sıra ölkələrdə sərt kommunizm qaydaları hökm sürsə də , Macarıstan kimi digər qrup ölkələrdə isə reformist bir yanaşma mövcud idi. Qorbaçovun yeni siyasəti ilə dəstəklənən reformist-kommunist ölkələrin liderləri dəyişikliyin zəruriliyini qəbul edirdi. Qeyri-hökumət təşkilatları və yeni siyasi partiyalar demokratik və çox partiyalı bir sistemə keçid mərhləsində mühüm rol oynadılar. Həmin il bir çox Mərkəzi Avropa ölkəsində siyasi sistemin dəyişdirilməsi ilə bağlı masa arxası müzakirələr aparıldı. Fevral ayında rəsmi müzakirələrə Varşavada start verildi və aprel ayının 4-ə "Polşa dəyirmi masa" sazişi imzalandı, bundan başqa 4 iyunda keçiriləcək seçkinin vaxtı da müəyyənləşdirildi. === Macarıstan hökuməti === 1989-cu ilin əvvəllərində Rumınya əhalisi Debreçen yaxınlığındakı Macar-Rumın sərhəddində yerləşən qaçqın düşərgələrinə toplanılırdı. 1989-cu ilin yaz aylarında 30–40 nəfərə yaxın vətəndaş Macarıstan hökumətindən sığınacaq istədi.
Panavropa pikniki

Digər lüğətlərdə

анти́христ забия́чливость квасцо́вый ко́ми-зыря́не намути́ть по-хи́трому суко́нце шизану́ться верста́ние ка́пелька легкоатле́т несогла́сный прогла́тываться сала́га сбира́ться эшафо́т American anaplasty drown holy clover jawbation leaf beet вуаль ожесточить раскраивать