PİLLƏ-PİLLƏ

zərf
1. Pillələri bir-bir çıxaraq və ya düşərək. Pilləkəni pillə-pillə çıxmaq.
2. Mərtəbə-mərtəbə.
Qayalıqlı dağın ətəyində pillə-pillə salınmış kəndin bomboz evləri ətrafdakı boz qayalıqdan seçilmirdi. M.Rzaquluzadə.

3. məc.Tədricən, yavaş-yavaş.
Ucalırıq pilləpillə; Boy atırıq qarış-qarış. B.Vahabzadə.

PİLLƏ
PİLLƏKƏN
OBASTAN VİKİ
Aerotermik pillə
AEROTERMİK PİLLƏ -(yun.thermos- isti) - havanın temperaturunun 10° düşməsini müşahidə etmək üçün qalxmaq lazım olduğunu metrlə göstə ən hündürlükdür.
Barik pillə
== Atmosferdə barik pillə == Yüksəkliyə doğru atmosfer təzyiqinin 1mm.c.st azalması üçün lazim olan hündürlük barik pillə adlanır. Troposferin aşağı təbəqəsində barik pillə 10m qəbul edilmişdir. Troposferin yuxarı qatlarında barik pillə artır və barik pillə 12m,15m və daha böyük olur. Barik pillənin köməkliyi ilə müxtəlif ərazilərin mütləq hündürlükləri təyin edilir. Yüksəkliyə doğru barik pillənin artması havanın sıxlığının az olması ilə əlaqədardır. Belə ki, 3000m hündürlükdə təzyiqin 1mm.c.st dəyişməsi üçün 15m,5000 metrdə isə 25m lazımdır və 1mm.c.st dəyişməsinə uyğun gələn hündürlük barik pillə adlanır. Bununla müxtəlif ərazilərin mütləq hündürlükləri təyin edilir. == Okean səthi üzərində barik pillə == Okean səthi (0m) üzərində olan atmosfer təzyiqi normal atmosfer təzyiqi əsas götürülür. Normal atmosfer təzyiqi 45 derecelik paraleldə,0 C temperaturda havanın 1sm2 səthə göstərdiyi təzyiq 760mm.c.st olaraq qəbul olunmuşdur. Atmosfer təzyiqi barometr cihazı ilə ölçülür.
Geometrik pillə
== Geometrik pillə == Geometrik pillə- yerin müəyyən dərinliyində yerləşən sabit illik temperatur təbəqəsindən ( izotermik təbəəqə) dərinliyə doğru getdikcə temperaturun 1 dərəcə artması üçün müşahidə edilən məsafəyə( metrlə) deyilir. Geotermik pillə relyefdən, süxurların istilik keçirmə qabiliyyətindən, vulkan ocaqlarına yaxınlığından, yeraltı suların sirkulyasiyasından və s-dən asılı olaraq dəyişir. Geotermik pillənin maksimal göstəricisi 137,8m olub ABŞ-nin Alabama ştatında, minimal kəmiyyəti isə 6,7m olmaqla Oreqon ştatında (ABŞ) qeydə alınmışdır, orta kəmiyyəti 33m-ə bərabərdir.
Geotermik pillə
Geotermik pillə- (ing. Geothermal step) Temperaturun 1 dərəcə artması üçün yer qabığı dərinliyinə şaquli xətt üzrə nə qədər enmək lazım olduğunu göstərən metr miqdarıdır.Geotermik pillənin orta kəmiyyəti 33 metrdir.Lakin süxurların istilik keçirməsindən,onların yatımının xarakterindən,relyefdən və s.səbəblərdən asılı olaraq geotermik pillə 27.7 metrlə (Hollandiya) 45.8 metr arasında (ABŞ) dəyişir.
Yarıq boyu pillə
Yarıq boyu pillə – (rus. уступ приразломный, ing. fault line scarp) bir-birindən qırılmalarla ayrılan müxtəlif süxur laylarında selektiv eroziya nəticəsində yaran­mış pillə. Ekzogen qüvvələr nəti­cəsində relyefdə əksini tapmış, tek­tonik qırılma. Denudasiya proses­ləri nəticəsində kəskin dəyişilmiş olur.

Digər lüğətlərdə

архидиа́конский железнодоро́жница завали́ть корчева́льный отолга́ться подва́рка стишо́нки удивля́ться атла́нт догла́дываться колора́дский неруши́мо парламентёрский подчёркнутость Гродно dynatron hot-blooded kalan refrangibility wearable клеить ледниковый непрестанный подшипниковый распушить