PİNQ-PONQ
PİNTİ
OBASTAN VİKİ
Pinqvin
Pinqvinlər (lat. Spheniscidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin pinqvinkimilər dəstəsinə aid heyvan fəsiləsi. Cənub qütbü, Yeni Zelandiya, Avstraliya, Cənubi Amerika, Cənubi Afrika və hətta Qalapaqos sahillərində yaşayırlar. Böyüklük baxımından 30 – 105 sm olurlar. 17-yə qədər növü bilinir. Ən iriləri olan İmperator pinqvinləri təxminən 45 kq ağırlığda olurlar. İsti bölgələrə doğru gedildikcə boyları kiçilər. Dənizlərdəki balıq və mürəkkəbböcəyi ilə qidalanarlar. Tükləri quş tüklərinə heç bənzəmir. Kürəkləri qara və ya boz, qarın hissələri ağ nazik tüklərlə örtülüdür.
Ağqanad pinqvin
Ağqanad pinqvin (lat. Eudyptula minor albosignata) — elədə böyük olmayan pinqvinlər 30 sm uzunluğa, yarın kq çəkiyə malik olurlar. Bu yarımnövün nümayəndələri Banks yarımadası və Motunau adasında yuva qururlar. Sayının 3750 cüt olması eehtimal edilir. == Təsnifat == Bir çox alimlər bu canlını Kiçik pinqvinlərin yarımnövü hesab edir. DNT analizləri sayəsində 2009-cu ildə "BirdLife International" bu canlını rəsmən Kiçik pinqvinlərin yarımnövü elan ettmişdir. == Yaşayış bölgəsi == Ağqanad pinqvinlər əsasən Yeni Zelandiyanın Kenterberi vilayətinin burun, mağara, küləkdən müdafiə olunan buxtalarda yaşayırlar. == Xüsusiyyətləri == Digər pinqvinlərdən fərqli olaraq gecə həyatı keçirirlər. Gündüzlər isə yuvalarında yatırlar. Gecələr dənizə çıxırlar.
Eynəkli pinqvin
Eynəkli pinqvin və ya Afrika pinqvini (lat. Spheniscus demersus) — Eynəkli pinqvinlər cinsinə daxil olan növ. == Xarici görünüş == Öz cinsinin ən böyük nümayəndəsidir. Uzunluğu 65–70 sm, çəkisi 3–5 kq təşkil edir. Öz cinsinin digər nümayəndələri kimi onunda önü ağ, arxası isə qara rəngdə olur. == Yayılması == Arealı Cənubi Afrika, Namibiya və yaxınlıqda yerləşən adaların sahillərində yayılmışdır. 1900-cü ildə populyasiyanın sayı 2 mln, 2015-ci ildə isə sayı 140–180 min baş olmuşdur. == Həyat tərzi == Bu növün nümayəndələri 20 km/s sürətlə suyun 100 m dərinliyinə üzə bilirlər. Suyun altında 2–3 dəqiqə qala bilirlər. Qida arxasınca 70–120 km dəniz daxilinə üzürlər.
Kiçik pinqvin
Kiçik pinqvin və ya Mavi pinqvin (lat. Eudyptula minor) — Kiçik pinqvinlər cinsinə daxil olan növ. Dünyada yaşayan pinqvinlər arasında ən kiçiyidir. == Xüsusiyyətləri == Uzunluğu 30–40 sm, çəkisi isə 1 kq olur. Arealı əsasən Cənubi Amerika və Yeni Zelandiyanın sahil ərazilərində yayılmışdır. Kiçik pinqvinlərin ümumi sayı 1 mln başdır. Dimdikləri tünd-boz, arxa nahiyəsi isə qara rəngdə olur. Kiçik pinqvinlər əsasən kiçik balıqlar, molyusk və bəzən isə osminoqla qidalanırlar. Kiçik pinqvinlər 3–30 metr, maksimal olaraq isə 60–70 metr üzə bilirlər. Yumurtaların inkubasiyasında hər iki valideyn iştirak edir.
Kökdimdik pinqvin
Kökdimdik pinqvin, Kökdimdik kəkilli pinqvin və ya Viktoriya pinqvini (lat. Eudyptes pachyrhynchus) — Kəkilli pinqvinlər cinsinə daxil olan növ. == Təsviri == Kökdimdik pinqvinlərin uzunluğu 55–60 sm, çəkisi isə 2–5 kq (orta 3 kq) təşkil edir. Tüklərinin uzunluğu 2,7 sm olur. Başı və bədəni qara rəngdə olur. Ön nahirəsi ağdır. == Yayılması == Yeni Zelandiyanın Stuart, Solander və Cənub adasında yayılmışlar. 1980-ci illərdə sayı 5 000–10 000 cüt olmuşdur. Hazırda isə sayları 1 000–2 500 cüt olaraq qiymətləndirilsədə artımı stabildir. == Həyat tərzi == Əsasən sahil ərazilərində ov edirlər.
Kəkilli pinqvin
Qayalıq pinqvini (kəkilli pinqvin) (lat. Eudyptes chrysocome) — pinqvinlər fəsiləsinə aid növ. == Xüsusiyyətləri == Pinqvinlər 55–62 sm uzunluğa, 2–3 kq təşkil edir. Əsasən Subantarktik qurşaqda, Tasmaniya və Odlu Torpaq ərazilərində yayılmışlar. Onları hətta Cənubi Amerika sahillərində belə görmək mümkündür. Bu pinqvinlərin ayaqları qısadır. Onlar bədənin arxasında yerləşir. Tükləri 2,9 sm uzunluğa malikdir. Başında parlaq-sarı rəngdə lələklər olur. Qanadları güçlü, ensiz olur və pərə bənzəyir.
Pinqvin (ada)
Pinqvin adası (ing. Penguin Island) — Cənubi Şetland adaları qrupuna daxil olan vulkanik ada. Aktiv stratovulkandır. == Tarixi == Ada ilk dəfə 1820-ci ildə britaniya dənizçiləri tərəfindən kəşf edilmişdir. Səhər çağı olnlar konusu 180 metr olan vulkan aşkarlamışdırlar. Püskürmə üç kraterdən qalxırdı. 1865 ildə püskürmə nəticəsində bir krater əmələ gəlmişdir. 1905-ci ildə isə növbəti püskürmə müşahidə edilmişdir. Bu püdkürmə 7 ball olaraq qiymətləndirilir. == İstinadlar == == Mənbə == Composite Antarctic Gazetteer.
Pinqvin (jurnal)
Penguen (azərb. Pinqvin‎) — Türkiyədə və Şimali Kipr Türk Respublikasında türk dilində nəşr olunan həftəlik yumoristik jurnal. Jurnal həftənin çərşənbə günü buraxılır. == Tarixi == "Ləman" jurnalından ayrılan Mətin Üstündağ, Bahadır Baruter, Səlcuq Ərdəm, Erdil Yaşaroğlu və dostları tərəfindən 2002-ci ilin sentyabrında təsis olunmuşdur. Saytı 2004-cü ilin avqustundan fəaliyyət göstərir. 2007-ci ilin avqustunda heyətindən Yiğit Özgür, Memo Tembelçizər, Oky, Ersin Qarabulud, Ümid Sarıqaya və Uğur Gürsoy yeni bir jurnal qurmaq üçün ayrılmışdırlar. Onalr sentyabr 2004-cü ildə "Yuxusuzlar" jurnalını çıxarmışdılar.
Böyük kəkilli pinqvin
Böyük kəkilli pinqvin (lat. Eudyptes sclateri) — Kəkilli pinqvinlər cinsinə daxil olan olan növ. Növün elmi adı britaniya zooloqu Filip Latli Skleyterin şərəfinə alandırılmışdır. == Təsviri == Bu orta ölçülü pinqvin 63–65 sm uzunluğa, 4–5 kq çəkiyə malik olur. Dişilər ölçü baxımından erkəklərdən geri qalırlar. Beli, başı və qanadı qara, sinəsi isə ağ rəngdə olur. == Yayılması == Əsasən Avstraliya və Yeni Zelandiyanın sahillərində yamayırlar. Baumti, Antipodov, Kempbel və Oklend adalarında yuva qururlar. Hazırda ümumi sayı 200 min baş olaraq qiymətləndirilir. Artımı stabildir.
Daş və pinqvin (cizgi filmi, 1995)
Daş və pinqvin (ing. The Pebble and the Penguin) - 1995-ci ildə "Don Bluth Entertainment" tərəfindən istehsal edilmiş qısametrajlı cizgi filmidir. == İstinadlar == == Xarici keçidlər == Daş və pinqvin — Internet Movie Database saytında.
Sarıgöz pinqvin
Sarıgöz pinqvin, və ya Möhtəşəm pinqvin, Antipodov pinqvini (lat. Megadyptes antipodes) — pinqvinlər fəsiləsinə, nəsli kəsilməyən Megadyptes cinsinə aid olan yeganə növ. Maori dilində Xoixo adlandırılır. == Xarici görünüş == Bu vcanlıların bədən quruluşu daha çox Kəkilli pinqvinlərə bənzəyir. İri fərdlərin boyu 70–75 sm, çəkisi 6–7 kq olur. Orta ömür müddəti 10–12 ildir. Bəslənmə şəraitində isə bu 20 ilə qədər uzana bilir. , Dişilərin böyük qismi artıq 2 yaşında yumurta qoyur. Xarici görünüş baxımından isə digər pinqivinlərə bənzəyirlər. Başları qızılı-sarı həm də qara tüklərlə örtülürlər.
Sners kəkilli pinqvin
Sners kəkilli pinqvin (lat. Eudyptes robustus) — Kəkilli pinqvinlər cinsinə daxil olan növ. Sners adalarının endemik canlısıdır. Onun arealı 3,3 km² təşkil edir. Bu isə bütün pinqvin növləri arasında ən kiçik areala malikdir. Bu kiçik ərazində cəmi 30 000 cüt sners kəkilli pinqvini yaşayır. Bu növə daxil yetkin nümayəndələrin uzunluğu 55 sm, çəkisi isə 4 kq-dır. 5–6 yaşında iki yumurta qoyurlar. Yumurtanın inkubasiya dövrü 32–35 gün sürür. 2,5 aydan sonra balalar sərbəst şəkildə dənizə çıxırlar.
Adeli pinqvini
Adeli pinqivini (ing. "Adélie penguin") (Pygoscelis adeliae), pinqvinlər (Spheniscidae) fəsiləsindən olan Antarktida mənşəli pinqivin növüdür. Boyu 45–75 sm aralığında, çəkisi təxminən 5 kiloqramdır. İmperator pinqivini ilə yanaşı Antarktida qitəsinin əsas hissəsində görülən tək pinqivin növüdür. Növün adı, fransız tədqiqatçı Cu les Dumontun həyat yoldaşı Adelidən alır. == Özəllikləri == Bu pinqvinin üst qisimi qara, alt qisimi ağ rəngdədir. Ağ göz çevrəsi və sarı ayaqlar xarakteristik xüsusiyyətidir. == Yaşayışları == Adeli pinqvinləri, sıxlıqla, koloniyalar halında yaşayır və çoxalırlar. Ross adası üzərində təxminən yarım milyon fərddən ibarət Adeli pinqvini koloniyası var. Yerlərinə çox bağlıdırlar.
Antarktika pinqvini
Antarktika pinqvini (lat. Pygoscelis antarctica) — Antarktika pinqvinləri cinsininə daxil olan pinqivin növü. == Areal == Bu növün yayılma arealı Antarktidanın Cənubi Amerikaya yaxın hissəsi, Cənubi Georgiya Buve və Balleni adalarıdır. Onlar hətta Folklend adalarına qədər gələ bilirlər. Onlara hətta Antarktikanın sularında üzən aysberqlərin üzərində belə rast gəlinir. Onların ümumi sayı 6,5–7,5 milyon baş olması düşünülür. == Xüsusiyyətləri == Yetkin antarktika pinqvinləri 60–70 sm, çəkiləri isə 4,5 kq təşkil edir. Bel hissəsi və başı boz (demək olar ki qarayaya çalır) olur. Ön hissəsi ağ rəngdədir. Boğaz və qulaq hussəsindən qara zolaq keçir.
Antarktika pinqvinləri
Antarktika pinqvinləri (lat. Pygoscelis) — Pinqvinkimilər dəstəsinə daxil olan pinqvin cinsi. Bu cinsə üç müasir dövrdə yaşayan və üç nəsli kəsilmiş növlər daxildir. Bu cinsə daxil növlər, İmperator pinqvinləri ilə dünyanın ən cənubunda yaşayan pinqvinlər hesab edilir. Hazırda yayılmış növlər: Adeli pinqvini, Pygoscelis adeliae Antarktika pinqvini, Pygoscelis antarctica Papua pinqvini, Pygoscelis papuaNəsli kəsilmiş növlər: Pygoscelis grandis (Çili) Pygoscelis calderensis (Çili) Pygoscelis tyreei (Yeni Zelandiya)Hazırda yayılmış növlər əsasən Antarktida sahilləri və Cənub okeanının adalarında yayılmışlar. Papua pinqvinlərini çoxlu sayda Kergelen və Folklend adalarında görünürlər. Bu cinsə daxil olan ən çox yayılmış növ Adeli pinqvinləridir.
Eynəkli pinqvinlər
Eynəkli pinqvinlər (lat. Spheniscus) — Pinqvinlər fəsiləsinə daxil olan növlər: Spheniscus demersus — Eynəkli pinqvin Spheniscus mendiculus — Qalapaqos pinqvini Spheniscus humboldti — Humbold pinqvini Spheniscus magellanicus — Magellan pinqviniBu cinsə daxil olan növlər rəng və ölçü baxımından bir-birinə bənzəyirlər. Eynəkli pinqvin — eynəkli pinqvinlər cinsinə daxil ən böyük nümayəndəsidir. Bu növün nümayəndələri Afrikanın cənub sahillərində yayılmışdır. Magellan və Humbold pinqvinləri nisbətən kiçik ölçülərə malik olurlar. Eynəkli pinqvinlər yuvaları sahilə yaxın ərazilərdə qum üzərində qoyurlar. Magellan pinqvinləri Cənubi Amerikanın cənub sahillərində yayılmışdır. Onlar digər növlərdən fərqli olaraq yuvaları sahildən aralıda meşəlikdə qururlar. Qalapaqos pinqvini isə ekvatordan bir qədər aralıda yayılırlar.
Humbold pinqvini
Humbold pinqvini və ya Peruan pinqvini (lat. Spheniscus humboldti) — Eynəkli pinqvinlər cinsinə aid olan növ. == Tarixi == Peruan pinqvinləri haqqında ilk dəfə konkistador Pedro Pisarro məlumat vermişdir. == Ümumi məlumat == Humbold pinqvininin bel və baş nahiyəsi qara, qimdikləri qara rəngli olub qırmızı sonluqludur. Yetkin fərdlərin quruda düşməni yoxdur. Dənizdə isə dəniz şirləri, dəniz bəbirləri və osalar əsas düşmənləridir. Yumurtalar və kiçik quşlar üçün əsas təhlükələr isə fırtınaquşları və qağayılardır. == Yayılması == Humbold pinqvini əsasən Çili və Perunun 8° — 34 °C. e. arasında yerləşən sahilboyu ərazilərdə yayılmışlar. Buradan soyuq Peru cərəyanı keçir.
Kral pinqvini
Kral pinqvini (lat. Aptenodytes patagonicus Miller,JF, 1778) — uçmaq bacarığı olmayan pinqvinlər fəsiləsinə aid quş növü. == Ümumi xüsiyyətlər == Kral pinqvini imperator pinqvininə bənzəyir. Ancaq ölçü baxımındam ondan kiçik və parlaq rənglərə sahibdir. Bədənin uzunluğu 91 sm — 1 metr arasında dəyişir. İri fərdlər boz rəngli belə sahibdirlər. Balalar qonur rəngə sahil olurlar. Böyür nahiyəsi ağdır. == Yayılması == Kral pinqvinləri Odlu Toppaq, Cənubi Georgiya, Cənubi Sandviç adaları, Prins-Eduard, Kroze, Kergelen, Herd, Makkuori adalarında yayılmışdır. Kral pinqvinlərinin dünyada sayı 1 milyon başdır.
Kəkilli pinqvinlər
Kəkilli pinqvinlər (lat. Eudyptes) — cinsə ümumilikdə altı növ daxildir. Onların ümumi xüsusiyyəti kəkillərinin olmasıdır. Ümumi ölçüləri 50–70 sm olur. Kəkilli pinqvin (Eudyptes chrysocome) — (bəzən atlantik və hind-sakit okean yarımnövləri) Şimal kəkilli pinqvini (Eudyptes moseleyi) Kökdimdik pinqvin (Eudyptes pachyrhynchus) və ya Viktoriya pinqvini Sners kəkilli pinqvin (Eudyptes robustus) Şleqeli pinqvini (Eudyptes schlegeli) Böyük kəkilli pinqvin (Eudyptes sclateri) Makaronlar pinqvini (Eudyptes chrysolophus)Bəzən bu cinsə Çatem pinqvini (Eudyptes sp.) daxil edilir. Bu növün nümayəndələrinin XIX əsrin sonlarında nəsli kəsilmişdir.
Madaqaskar pinqvinləri (animasiya, 2014)
Madagaskar pinqvinləri (ing. Penguins of Madagascar) — 2014 ABŞ animasiya komediya-macəra filmidir. DreamWorks Animation tərəfindən hazırlanmışdır. == Məzmun == Sevimli pinqvinlər Şkipper, Kowalski, Riko və Privayt, güclərini Dr. Octavius Braynın dünyanı yox etmə planlarını dayandırmaq üçün birləşdirir. Onlara "Şimal Küləyi" adlı yeraltı təşkilatı da kömək edəcək.
Madaqaskar pinqvinləri (cizgi filmi, 2014)
Madagaskar pinqvinləri (ing. Penguins of Madagascar) — 2014 ABŞ animasiya komediya-macəra filmidir. DreamWorks Animation tərəfindən hazırlanmışdır. == Məzmun == Sevimli pinqvinlər Şkipper, Kowalski, Riko və Privayt, güclərini Dr. Octavius Braynın dünyanı yox etmə planlarını dayandırmaq üçün birləşdirir. Onlara "Şimal Küləyi" adlı yeraltı təşkilatı da kömək edəcək.
Magellan pinqvini
Magellan pinqvini (lat. Spheniscus magellanicus) — Eynəkli pinqvinlər cinsinə daxil olan növ. Növ Fernan Magellanın şərəfinə adlandırılmışdır. O, pinqvinlərin yaşama arelını kəşf etmişdir. == Arelı == Bu canlıların əsas yayılma arealı Pataqoniya sahilləri, Odlu Torpaq arxipelaqı, Xuan Fernandez adaları və Folklend adalarıdır. Bəzi fərdlər hətta Rio-de-Janeyro və Perunun cənub sahillərində müşahidə edilmişdir. Yumurtaya hər iki valideyn 40 gün müddəti ərzində nəzarət edir. Dişi adətən 1 və ya iki yumurta qoyur. Bu növə daxil olan fərdlərin ümumi sayi 1,8 milyon baş olması ehtimal edilir == Xarici görüşü == Yetkin xərdlər 70–80 sm uzunluğa, 5–6 kq çəkiyə malik olurlar. Arxa hissəsi qara, ön hissəsi isə ağ rəngdə olur.
Makaronlar pinqvini
Makaronlar pinqvini (Eudyptes chrysolophus) — Subantarktik iqlimdə yerləşən Antarktida yarımadasında tapılan pinqvin növləridir. == Adlandırılması == Rusdilli elmi ədəbiyyatda "Qızıl saçlı pinqvin" adı qəbul edilir.. İngilis dilində Macaroni Penguin adı istifadə olunur. Adı makarondan gəlir - başlarına qeyri-adi saç düzümü taxan 18-ci əsrin ingilis zənciləri. Rus dilinə tərcümələrdə bu pinqvinlər tez-tez "Makaron pinqvinləri" (böyük hərflə) adlanır, bəlkə də "Makaron"un bir alimin soyadı və ya Macquarie pinqvinləri ilə bənzətdiyi coğrafi ad olduğunu nəzərə alsaq. == Təsviri == Qızıl saçlı pinqvinin görünüşü Eudyptes schlegeli-yə bənzəyir, əvvəllər onlar bir növə birləşdirilib iki alt növə bölünürdülər. Ancaq bugün bunların iki fərqli növ olduğuna inanılır. Bütün pinqvinlərə xas olduğu kimi, demək olar ki, qara başı və ağ qarnı olan tünd dorsal tərəfə malik olmaqla, gözlərin üstündə qızılı-sarı lələk tutamlarının olması ilə fərqlənirlər. Qızıl saçlı pinqvinlərin bədən uzunluğu 65-76 sm, çəkisi isə 5 kq-dan bir qədər çoxdur. == Yayılması == Yalnız eyniadlı adada böyüyən Macquarie pinqvinlərindən fərqli olaraq, qızıl saçlı pinqvinlər Atlantik və Hind okeanlarının cənubundakı koloniyalarda geniş yayılmışdır.
Mister Popperin Pinqvinləri (film, 2011)
Mister Popperin Pinqvinləri 2011-ci il Amerika komediya filmidir. == Məzmun == Mister Popperin oğlu Tom Popperə hediyyə olaraq göndərilən pinqvinlər Tom Popperə çətin anlar yaşadır. == Rollarda == Cim Kerri — Tom Popper Karla Qucino — Almanda Ofeliya Lovibond — Pippi Medlin Kerrol — Ceni Popper Ancela Lensberi — Mrs.
Papua pinqvini
Papua pinqvini (lat. Pygoscelis papua) — Antarktika pinqvinləri cinsinə (Pygoscelis) Pinqvinlər fəsiləsinə aid olan növ. Adeli pinqvini və antarktika pinqvini ilə qohumdur. == Ümumi məlumat == Ölçü baxımından İmperator pinqvini və Kral pinqvinindən sonra ən iri pinqvin növü hesab edilir. Erkəklər 9 kq, dişilər isə 7,5 kq olur. Yetkin fərdlərin hündürlüyü 75–90 sm-dir. Suyun altında üzmə sürətləri 36 km/s olur ki, bu da bütün pinqvinlər arasında ən yüksək göstəricidir. Bu növün nümayəndələri əsasən kril və kiçik balıqlarla qidalanırlar. Arxa hissəsi qara və ya tünd-boz rəngdə olur. Ön hissəsi isə ağ rəngdə olur.
Pinqvinkimilər
Pinqvinkimilər (lat. Sphenisciformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi.
Qalapaqos pinqvini
Qalapaqos pinqvini (lat. Spheniscus mendiculus) — Eynəkli pinqvinlər cinsinə daxil olan növ. Qalapaqos pinqvinlərinin əsas xüsusiyyətləri ondadır ki, onlar nə Antarktik və subantarktik qurşağın adalarında nə də mülayim bölgədə yaşayırlar. Ekvatordan bir necə 10 km cənubda yayılmışlar. Onların yayılma arealında havanın temperaturu +18–28°С, suyun temperaturu isə +22–24 °С arsında dəyişir. Bu canlıların 90 % Fernandina və İsabela adalarında yayılmışdır.. Yetkin fərdlərin uzunluğu 50 sm, çəkiləri isə 2,5 kq təşkil edir. Qida rasionunu kiçik balıq və xərçəngkimilər təşkil edir. Bel və baş nahiyələri qara, sinəsi ağ rəngdə olur. Göz və dikdiyin ətrafları sarı təngə çalır.

Digər lüğətlərdə

бесполе́зно законопа́чивание мя́конький недола́вливать прямо́й загрунто́вывание мино́рно отъезжа́ющая фи́зико-математи́ческий чемода́нное настроение че́рпанье опушка banns Jason purple-red rauchen verboten safety grid shearwater tsar вздорить выпорхнуть грузить сабантуй титановый цветомузыка