PİRİT

yun. pyrites lithos hərf. odçıxaran daş; pyr – od; adı piritin zərbə təsirindən qığılcım verməsi ilə əlaqədardır

PİRİ
PİROGEN
OBASTAN VİKİ
Pirit
Pirit (kükürd kolçedanı, dəmir kolçedanı) — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Növ müxtəliflikləri == Kobaltpirit, nikelli pirit, mərgümüşlü pirit. == Xassələri == Rəng – açıq bürüncü-sarı, tez-tez oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – qara; Parıltı – güclü metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,9-5,2; S – 6-6,5; Ayrılma – {100} və {111} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvari; Başqa xassələr – zəif elektrik keçiricisidir; termoelektrik xassəsi var; bəzən detektor xassələri təzahür edir; Morfologiya – kristallar: heksaedrik, pentaqon-dodekaedrik, hərdənbir oktaedrik, bəzən burulmuş; heksaedr üzləri üzrə kobud, başqa üzlər üzrə isə nazik ştrixlərin olması ilə səciyyələnir; İkiləşmə: {110} və {111} üzrə təmas və qarşılıqlı nüfuzetmə; Mineral aqreqatları: bütöv dənəvər kütlələr, müxtəlif süxurlarda püruzlar, böyrək- və salxımvari aqreqatlar; konkresiyalar, sekresiyalar, stalaktitlər, bəzən – druzalar, pirrotin, maqnetit, hematit və üzvi qalıqlar üzrə psevdomorfozalar, markazit üzrə paramorfozalar, isti bulaqların çöküntülərində qabıq, qaysaq və nazik təbəqələr. == Mənşəyi və yayılması == Ən geniş yayılmış sulfid olub, müxtəlif genetik tipli filiz və süxurlarda rast gəlir. Piritin ən iri yığınları hidrotermal-çökmə və hidrotermal-metasomatik kükürd kolçedanı, mis-kolçedan və kolçedan-polimetal obyektlərində yerləşir. Kobaltpirit isə geniş miqyasda Mərkəzi Afrikanın stratiform tipli mis yataqlarında yayılmışdır. Skarnlar və maqnetit filizləri üzrə inkişaf edən sulfidlərlə sıx assosiasiyada kontakt-metasomatik yataqlarda rast gəlir. Daş kömürlər içərisində, həmçinin çökmə mənşəli dəmir, manqan və alüminium filizlərində və çökmə süxurlarda qeyd olunur. Aksessor mineral kimi püskürmə süxurlarda müşahidə edilir.
Piritramid
Piritramid (1-(3-tsiano-3,3-difenilpropil)-[1,4 -bipiperidin]-4-karboksamid; sinonimi: Dipidolor, Piridolan, Pirium) μ-reseptor aqonist sintetik opioid, cərrahi əməliyyatlar zamanı və xüsusən əməliyyat sonrakı ağrılara qarşı istifadə olunan güclü və sürətli təsirə malik narkotik ağrıkəsici. Piritramid 1960-cı ildə Paul Yanssen tərəfindən sintez olunaraq, 4- aminopiperidin törəməsi patenti altında klinikada tətbiq olunmağa başlanılmışdır. Preparat Avropa qitəsində xüsusilə Almaniyada geniş tətbiqini tapmış olsa da İngiltərə-Amerika dil arealında az tanınır. Analgetik qüvvəsi 0,7 olub, 15-20 mq pritramid təxminən 10-15 mq morfin ekvivalentindədir. Ürəkbulanma, qusma və tənəffüsün depressiyası kimi əlavə təsirləri morfinlə müqayisədə çox aşağıdır. Piritramid Almaniya və Avstriyada Dipidolor adı altında istehsal və istehlak olunur. Piritramid vena daxilinə, dəri altına və əzələ daxilinə inyeksiya olunur. dəri altına inyeksiya üçün birdəfəlik terapevtik dozası böyüklərdə 15-30 mq, vena daxilinə isə 7,5-15 mq olmaqla təsir müddəti 5-8 saatdır. Zərdabda yarım parçalanma müddəti 4-10 saatdır. Preparat tamamilə qaraciyərdə metobolizmə uğrayır, cüzvi bir hissəsi isə böyrəklərlə xaric olunur.

Digər lüğətlərdə

артри́т возмести́ться ге́тманщина дри́блинговый кабине́тский картели́ровать навали́ться наду́мать перевёрстываться баге́товый имморали́ст наба́тный по-ви́димому amenorrhea apologue glassteel ontogenesis souther tonally trust fund ungulate зудить нежизнеспособный обносить покорить