Pirrol
Pirrol (C4H5N) – beşüzvlü bir azot atomundan ibarət heterotsiklik aromatik birləşmədir.
Zəif turşu xassəsinə malikdir.Sümük yağında (heyvan mənşəli sürtkü yağı), eləcə də daşkömür qatranında olur . Pirrol həlqələri hemoqlabin tərkibində də vardır.
Qarışıq pirrollar Paal-Knorr reaksiyasına əsasən alınır. Yəni 1,4 diketonların amonyakla və ya aminlərlə reaksiyası nəticəsində alınır.Laboratoriyada ammonium duzlarının turş (qalaktozanın oksidləşməsindən asanlıqla alınır) mühitdə pirolizindən alınır:
Rəngsiz, xloform iyli, havada tündləşən , yüngül hidroskopik , suda qismən, lakin üzvi həlledicilərdə yaxşı həll olan maddədir.
Qələvi metallar və onların amid duzları ilə maye ammonim mühitində reaksiyaya daxil olur. Qrinyar reaktivləri ilə analoji reaksiyalar baş verir. Nəticədə N-maqnezium duzları əmələ gəlir.
RX+Mg → RMgX
Pirrol zəif turş –NH- (pKa17,5 suda) xassəyə malikdir.
Hidratlaşma nəticəsində pirolidin əmələ gəlir.