PİRƏHMƏD

tərifə layiq, müqəddəs ocaq; müqəddəs Əhməd; Əhmədin ocağı.
PİRƏDDİN
PİRƏLİ
OBASTAN VİKİ
Məlik Namazəli bəy Pirəhmədli-Dizaği
Məlik Namazəli bəy Şəmil bəy oğlu Pirəhmədli (1735) — Qarabağ bəylərindən biri, Xırdapara-Dizaq mahalının naibi, məlik. == Həyatı == Məlik Namazəli bəy Şəmil bəy oğlu 1735-ci ildə Qarabağın Dizaq nahiyəsinin Pirəhmədli kəndində dünyaya göz açmışdı. Mükəmməl mədrəsə təhsili almışdı. Xanlığın ictimai-siyasi yaşamında fəal iştirak etmişdi. İbrahimxəlil xan Sarıcalı-Cavanşir onu yeni yaranmış Xırdapara-Dizaq mahalına naib, məlik təyin etmişdi. Savaş zamanı mahalın piyada tüfəngçilərinə başçılıq edirdi. Onun törəmələri Məliknamazəliyev soyadını daşıyırlar. Məlik Namazəli bəyin Rəhim bəy adlı oğlu vardı. == Mənbə == M.İ. Əmrahov, Ə. Çingizoğlu, H.İ.Həsənov. Qarabağ xanlığı.
Pirəhmədli
Pirəhmədli (Füzuli)
Pirəhmədli (Füzuli)
Pirəhmədli – Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Pirəhmədli kəndi öz adını məşhur türkman əmiri Pir Əhməddən alıb. Kənd Səfəvilər dövləti dönəmində Qarabağ əyalətinin Dizaq nahiyəsinə aid idi. Qarabağ xanlığına bağlı Xırdapara-Dizaq mahalının başkəndi bir sürə Pirəhmədli şenliyi оlub. XVIII yüzildə mahalın naibi bu kənddə əyləşirdi. Sоnralar bu kəndə «Xanlıq Pirəhmədli» deyildi. 1727-ci ilə aid Оsmanlı qaynağında Pirəhmədli kəndindən bəhs оlunur. Həmin bilgini yazımıza köçürürük. Dizaq nahiyəsinə tabe оlan Pirəhmədli kəndi Kənd Əriş (Arış) kəndinin yaxınlığında yerləşir. Kəndin gəliri 9.600 ağça idi.
Pirəhmədli (Kəleybər)
Pirəhmədli (fars. پيراحمدلو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 95 nəfər yaşayır (21 ailə).
Pirəhmədli (Tuzxurmatu)
Pirəhmədli — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasında kənd. Kəndin əhalisini qədim Bayat boyudan törəmiş etnik türkmanlar təşkil edir.
Yal Pirəhmədli
Yal Pirəhmədli – Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Yal Pirəhmədli kəndi Füzuli rayonunda, Qarabağ silsiləsinin ətəyində yerləşir. Kənd rayon mərkəzindən 9 km məsafədədir. Əhalisi əsasən üzümçülük və heyvandarlıqla məşğul olurdu. Kənddə məktəb, klub və s. vardı. Bu yaşayış məntəqəsi 1993-cü ilin avqustunda ermənilər tərəfindən işğal olunub. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.. == Tarixi == Yal Pirəhmədli toponimi yal coğrafi terminindən və pirəhmədli etnonimindən ibarətdir. Pirəhmədli həmin kənddə məskunlaşmış nəslin adıdır.
ма́ечка мелодеклама́тор но́рный остя́цкий пережени́ть зачина́ть извле́чься манёвренность нали́чка немину́емо обво́з окамене́ние реме́сленнический ты́льный упру́же эмиграцио́нный моташиться муссон шихоботь caddy explosion debris Eternal City foundation-school psych-out screw-plate