PİRƏLİ

Alının odu, Əlinin ocağı.
PİRƏHMƏD
PİRİ
OBASTAN VİKİ
Pirəli
Pirəli (Urmiya)
Böyük Pirəli
Böyük Pirəli, Böyük Pirəlli — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Böyük Pirəlli kəndi mərkəzdən 9 km. cənub-qərbdə Qəbələ-Ağdaş şose yolunun kənarında Topalançayın sahilində (Türyan çayın qolu) Alazan –Həftəran vadisində yerləşir.Toponimikada yazılıb ki, Pirəli adında şəxsin adıyla bağlıdır, əslində tarixi adı Pirəlilidir. Söz təhrifə uğrayaraq indiki halına düşüb. Sosial məsələlər öz həllini tapıb. Mavi yanacaqdan istifadə olunur, işıqları daimidir.Fındıq bağlarından, taxıldan gəlir götürürlər. 700 başdan çox iri buynuzlu mal-qara və 800 başa yaxın qoyun-keçi saxlayan kənd əhli təsərrüfatlarını artıraraq yaxşı yaşayış qurublar. == Tanınmış Şəxsiyyətləri == Səbzəliyev Elnar İlham oğlu - İkinci Qarabağ Müharibəsi iştirakçısı . Azərbaycan respublikasının prezidenti İlham Əliyevin 24 iyun 2021 - ci il tarixli sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunmuşdur == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Böyük Pirəlli oyk., mür.
Kiçik Pirəli
Kiçik Pirəli və ya Kiçik Pirəlli — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafi məlumatlar == Kiçik Pirəlli kəndi mərkəzdən 9 km. cənub-qərbdə Qəbələ-Ağdaş şose yolunun kənarında Topalançayın sahilində (Türyan çayın qolu) Alazan –Həftəran vadisində yerləşir.Toponimikada yazılıb ki, Pirəli adında şəxsin adıyla bağlıdır, əslində tarixi adı Pirəlilidir. Söz təhrifə uğrayaraq indiki halına düşüb.Sosial məsələlər öz həllini tapıb. Mavi yanacaqdan istifadə olunur, işıqları daimidir.Fındıq bağlarından, taxıldan gəlir götürürlər. 700 başdan çox iri buynuzlu mal-qara və 800 başa yaxın qoyun-keçi saxlayan kənd əhali təsərrüfatlarını artıraraq yaxşı yaşayış qurublar. == Toponimikası == Kiçik Pirəlli oyk, mür. Qəbələ r-nunun Böyük Pirəli i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. XIX əsrdə keçmiş Qədim Pirelili kəndindən ayrılmış ailələr yeni yaşayış məntəqəsi yaratmış və onu Cocuq Pirəlili adlandırmışdılar.
Pirəli (Urmiya)
Pirəli (fars. پیرعلی‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 370 nəfər yaşayır (96 ailə).
Böyük Pirəli bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kiçik Pirəli bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Pirəli bəy Baharlı
Pirəli bəy Baharlı (XV əsr – 1480) — Qaraqoyunlu əmiri. Əlişəkər bəy Baharlının oğlu. == Həyatı == Pirəli bəy Baharlı Qaraqoyunlu hökmdarı Cahanşahın əmiri olmuş, onun hərbi səfərlərində iştirak etmişdir. O, Cahanşahın ordusunda Ağqoyunlu Uzun Həsənə qarşı döyüşmüş, müxtəlif illərdə (1457; 1467) iki dəfə Uzun Həsənə əsir düşmüşdür. Pirəli bəy Baharlı Qaraqoyunlu şahzadələri Həsənəli bəyin, Pirbudaq bəyin qiyamlarının yatırılmasında iştirak etmişdir. O, Cahanşahın öldürülməsindən sonra 1467 ildə Muş düzündə baş vermiş döyüşdə Uzun Həsənə əsir düşsə də azad ola bilmişdir. Pirəli bəy Baharlı Cahanşahdan sonra onun kor edilmiş oğlu Yusif Mirzəni taxta çıxarmış, bir neçə döyüşə rəhbərlik etmişdir. Lur-i kuçek hakiminə qələbə çalmış, lakin Uzun Həsənin oğlu Uğurlu Məhəmməd tərəfindən məğlub edilmişdir. Qaraqoyunlu dövlətinin süqutundan sonra atası Əlişəkər bəy Baharlının başçılığı altında Pirəli bəy qardaşları, həmtayfaları ilə birlikdə Mavəraünnəhr hakimi Sultan Əbu Səidin yanına getmişdir. Sultan Əbu Səidin Uzun Həsənlə döyüşdə məğlubiyyətindən və öldürülməsindən sonra da Pirəli bəy qardaşları ilə teymurilərin yanında qalmış, Sultan Mahmud Mirzənin, Əbu Bəkr Mirzənin, Hüseyn Baykaranın müttəfiq olmuşdular.
Pirəlili (Meşkinşəhr)
Pirəlili (fars. پيرعليلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 68 nəfər yaşayır (16 ailə).
Ruslan Pirəliyev
Ruslan Pirəliyev (d. 5 dekabr 1994) — Azərbaycanlı uşu sandaçı. Ruslan Pirəliyev, 2013-cü ildə baş tutan III İslam Həmrəyliyi Oyunlarında gümüş medal, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında isə bürünc medal qazanıb. == Karyerası == Ruslan Pirəliyev 2013-cü ildə Azərbaycan bayrağı altında III İslam Həmrəyliyi Oyunlarına qatıldı. 65 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Ruslan Pirəliyev, 1/8 final mərhələsində Pakistan idmançısı Obaidullah üzərində 2:0 hesablı, 1/4 final mərhələsində Liviya idmançısı Hajj Çistian üzərində 2:0 hesablı, 1/2 final mərhələsində isə Türkmənistan idmançısı Jumaniyazov Qoçmirat üzərində 2:1 hesablı qələbə qazandı və yarışların həlledici, final görüşünə vəsiqə qazandı. Final görüşündə isə o, İran idmançısı Mohsen Məhəmmədsəifiyə 0:2 hesabı ilə məğlub oldu və və III İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu. Ruslan Pirəliyev 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. 65 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Ruslan Pirəliyev, 1/4 final mərhələsində Pakistan idmançısı Abdullah üzərində 2:1 hesablı qələbə qazandı və yarışların yarım-final görüşünə vəsiqə qazandı. 1/2 final mərhələsinin görüşündə isə o, İran idmançısı Erfan Ahanqariyana 0:2 hesabı ilə məğlub oldu və və IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib oldu.
крео́лы неравноси́льность обнища́ть холости́ться ...бра́чие ли́тник отчленя́ться реалисти́чески среднекали́берный столь уткну́ть ячме́нный провст autogamy Cameroon clearance decimalize in-breeding limeade outrigged phyll- popularity sweetshop unshakeable конфигурация