PİS

sif.
1. Mənfi keyfiyyət və ya xüsusiyyətlərə malik, verilən tələbləri təmin etməyən, istənilən kimi olmayan, mənfi təsir bağışlayan; yaman, fəna (yaxşı əksi). Pis xörək. Pis xətt. Pis hava.
// Öz işini yaxşı bilməyən, təcrübəsiz. Pis usta. Pis təşkilatçı.
// Ətrafdakılara yaxşı təsir bağışlamayan; kobud, qaba. Pis xasiyyət.
[Sənəm:] İndi mən nə deyirəm ki, pis söz demirəm ki?! Ü.Hacıbəyov.

2. Bəd, alçaq, rəzil, şərəfsiz, namərd. Pis adam. Pis qonşu.
[Əşrəf Zeynala:] Xülasə, pis övlad gərək ortalıqdan götürülsün. Çəmənzəminli.

// Qeyri-əxlaqi, nalayiq, yaramaz, eyibli, nöqsanlı. Pis hərəkət. Pis (z.) danışmaq. Özünü pis (z.) aparmaq.
// İs. mənasında. Pis adam.
Üz vermə nadana, sirr vermə pisə; Axır qəlbin ya inciyə, ya küsə. Xəstə Qasım.

3. Əzici, üzücü, sıxıcı, ağır, mənhus, xoşagəlməyən. Pis yuxu görmək.
– Maralın vahiməsi Cumanı bəzən min cür pis fikrə, şübhəyə salırdı. Ə.Əbülhəsən.

// Mənfi.
Xəbər də, deyəsən, pis xəbər idi? Mir Cəlal.
Ümid pis cavabı xəyalına gətirmək istəmirdi. B.Bayramov.

◊ Pis ağız – söyüşkən, ağzıyava, ağzıpərtöv, hərzə adam haqqında. Çox pis ağzı var.
Pis ağzını açma! Pis göz – bir şeyi gördükdə ona xətər yetirən, onu gözə gətirən adam haqqında.
Pis göz sənə dəyməz, gözəlim, xoş nəzərim var. Ə.Vahid.

Pisinə gəlmək – xoşuna gəlməmək, acığına gəlmək.
[Musa:] Doğrusu, mənim də pisimə gəldi, getmədim. Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • PİS PİS, BƏD, YAMAN (müxtəlif mənalarda) Of bu məstin nə fəlakətli, yaman haləti var; Nə kərih mənzəri, bəd surəti, pis adəti var (A
  • PİS çirkin — eybəcər — kifir — iyrənc
  • PİS xarab — bəd

Antonimlər (əks mənalı sözlər)

  • PİS PİS – YAXŞI Qoymayaq yaxşını pisləsin pislər (R.Rza)
PİROTEXNİKA
PİS-PİS

Digər lüğətlərdə