PİY

Bu, fars dilində pih formasında işlədilir, bizdə semiz kəlməsindən istifadə olunub (sümürmək də bununla qohumdur). Piy, semiz, салo (rusca) sözləri tarixən “ört­mək” anlamı ilə bağlı olub. Böyrəyin üstü həmişə piylə örtülü olur (yağ içində böy­rək kimi bəslənib deyirik). Rus dilindəki салo və садиться sözləri də kök­daşdır, ola bilsin ki, böyrək, əslində piylək kimi olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

PİŞTAXTA
PİYADA
OBASTAN VİKİ
Antonin Piy
Antonin Piy (19 sentyabr 86 – 7 mart 161) — XV Roma imperatoru. Tit Eliy Sezar Antonin tarixdə Antonin Piy kimi tanınan (lat.Titus Aurelius Fulvius Boionius Arrius Antoninus Pius) (* 19 sentyabr 86 Lanuviya; †7 mart 161 Lorium) sayca dördüncü evladlığa götürülən XV Roma imperatorudur. 19 sentyabr 86-cı ildə Lanuviyada sahibkar ailəsində doğulmuş, hüquqşünas təhsilli Piy tezliklə vəzifəyə çəkilərək Adrianın zamanında maliyyə və vergi hüququ üzrə prokonsul təyin edilmiş və Adrianın dövlət idarəçiliyi şurasına üzv seçilmişdir. Hələ Asiya üzrə maliyyə və vergi prokonsulu olarkən özünü namuslu (satın alınmaz) bir məmur kimi göstərmişdir.
II Piy
II Piy (lat. Enea Silvio Piccolomini;18 oktyabr 1405, Pyentsa, Siena Respublikası[d] – ən tezi 14 avqust 1464 və ən geci 15 avqust 1464 və ya 1464, Ankona, Papa dövləti) — Roma papası.
IX Piy
IX Piy (Covanni Mariya Mastai-Ferretti, 13 may 1792 - 7 fevral 1878) - Roma Papası (1846-78), pontifikatı tarixdə ən uzun olmuşdur (32 ilə yaxın). 1827 ildə Spoleto arxiyepiskopu olmuş, 1840 ildə XVI Qriqori onu kardinal etdi. Birinci Vatikan məclisini çağırmış, 1854 il bullasında Bakirə Məryəmin qüsursuz döllənməsi haqqında ehkam bəyan etdi. 2000 ildə IX Piy bəxtiyar elan edilmişdir.
Piy qapıları
Porta Pia (lat. Porta Pia) — Romanın Avrelian divarının şimal-şərq tərəfindəki qapılar. Nomentan yolunda yerləşən bu qapıları Mediçi ailəsindən olan Roma papası IV Piy tikdirmişdi. Qapılar sökülmüş Nomentan qapılarının (lat. Porta Nomentana) yerində ucaldılıb. Vazariyə inansaq, bu qapılar Mikelanceloya aid sonuncu memarlıq proyekti olmuşdular. Mikelancelo qapıların layihəsi üçün 3 variant təqdim etmişdi və pontifik, onlardan ən ucuzunu seçərək sifarişi təsdiqləmişdi. 1561–1565-ci illərdə memar Cakomo del Dukanın nəzarəti altında tikilən fasad, hətta manyerizm üçün belə həddən artıq olan qeyri tipik detallarla bəzənib. Buna görə də onu "əbədi şəhərin" girişinin üzərində teatr pərdəsinə bənzədirlər. Təəssüf ki, qapılar üzərində işin sonunu Mikelancelo görə bilməmişdi.
VIII Piy
VIII Piy (lat. Francesco Saverio Castiglioni;20 noyabr 1761[…] – 30 noyabr 1830[…], Roma) - Roma papası.
VII Piy
VII Piy (Luici Barnaba Çiaramonti, 14 avqust 1724 - 20 avqust 1823) - Roma Papası (1800-23). Əvvəldə benediktçi olmuş, VI Piy ona abbat və kardinal rütbələri verdi. Napoleon hökuməti ilə 1801 il sazişi bağlamış, 1804 ildə taxta çıxmış Napoleona xeyir-dua verdi. Buna baxmayaraq Napoleon Papa dövlətlərini Fransa İmperiyasının hissəsi elan etmiş, Piyi əvvəlcə Savonada, sonra Fontenbloda əsir saxlamışdı. Kilsənin ənənəvi imtiyazlarını saxlamaq üçün Napoleonla mübarizə aparmış Piy onun süqutundan sonra həmin məqsədinə çatdı. Fransız işğalı dövrünün qanunvericiliyini ləğv edərkən, yezuitlər ordenini bərpa etdi.
VI Piy
VI Piy (lat. Giannangelo Braschi;25 dekabr 1717[…], Çezena, Papa dövləti – 29 avqust 1799[…], Valans, Birinci Fransa Respublikası) — Roma papası.
XII Piy
XII Piy (Eucenio Paçelli; 2 mart 1876, Roma - 9 oktyabr 1958) - Roma Papası (1938-58). Sələfin antikommunist siyasətini gücləndirdi. 1949 il "Munificentissimus Deus" apostol konstitusiyasında Bakirə Məryəmin meracı haqqında ehkam təsis etdi. "Divino Afflante Spiritu" (1943) və "Humani Generis" (1950) ensiklikalarında Bibliya mətnlərinin daha diqqətli yozmaları haqqında arzu irəli sürmüşdür. 1899 ildə keşiş, sonra kanonik hüququ və kilsə diplomatiyası professoru olmuşdur. 1904 ildən sonra arxiyepiskop Pyetro Qasparriyə kanonik hüququnun yeni kodifikasiyasında kömək etmişdir (1917 ildə dərc olunmuşdur). 1914 ildə Qasparrini fövqəladə kilsə işləri papa departamentinin katibi vəzifəsində əvəz etmiş, Bavariyaya apostol nunsisi, 1920 ildə isə Almaniyaya birinci papa nunsisi təyin olunmuşdur. 1924 və 1929 ildə Paçelli Vatikan və iki alman dövlətlər (Prussiya və Bavariya) arasında sazişlər əldə etdi. Bundan sonra o, Romaya çağırılmış kardinal və Müqəddəs Taxtın dövlət katibi təyin edilmişdir. Bu vəzifələrində o, XI Piyin siyasəti keçirmişdi.
XI Piy
XI Piy (Ambrocio Damiano Akille Ratti, 31 may 1857 - 10 fevral 1939, Roma) — Roma Papası (1922–1939). Lateran sazişləri bağlamış, bir neçə sosial ensiklika buraxdı. "Quas Primas" ensiklikasında Kral Məsiha bayramını təsis etdi. 1882–1888-ci illərdə Milandakı seminariyada doqmatik ilahiyyatın professoru, sonra Vatikan kitabxanası prefekti (1911–1918) olmuşdur. Növbəti ildə Polşada papa nunsisi, 1921-ci ildə isə kardinal və Milan arxiyepiskopu təyin edilmişdir.
X Piy
X Piy (İtalyanca: Giuseppe Melchiorre Sarto) (d. 2 iyun 1835, Venetia, Avstriya imperiyası - 20 avqust 1914, Vatikan) - 4 avqust 1903 və 20 avqust 1914 tarixləri arasında Roma-Katolik Kİlsəsinə başçılıq edən 257. Roma Papasıdır. == Ailəsi == Giuseppe Melchiorre Sarto 2 iyun 1835 tarixində Avstriya imperiyası sərhədləri daxilində yerləşən, İtaliyanın şimalındakı Venetia bölgəsində dünyaya gəlmişdir. O, kənd poçtalyonu olan Giovanni Battista Sarto (1792–1852) və evdar qadın Marqarita Sansonun (1813–1894) 10 övladından ikincisi idi. 3 iyun 1835 tarixində vəftiz olunan Giuseppe yoxsul bir ailədə böyüsə də, mükəmməl təhsil almışdır.Giuseppe`nin 3 qardaşı və 3 bacısı var idi. Ancaq gələcəkdə yüksəldiyi vəzifələrə baxmayaraq ailə fərdlərinə qarşı heç bir imtiyaz görməmişdir. Qardaşlarından biri yaşadıqları bölgənin kənd poçtalyonu, digər qardaşının oğlu isə kənd keşişi olaraq yaşadı. Bacıları isə heç vaxt evlənməmiş və kilsədə rahibə olaraq yaşamışdır. == Papalıqdan öncə == Papa XIII Lev tərəfindən 10 noyabr 1884 tarixində Mantu Kilsəsinə baş keşiş, 12 iyun 1893 tarixində kardinal, 3 gün sonra isə Venesiya Patriarxlığına təyin edildi.
Piy vəzisi
Dəri vəziləri də epidermisin epiteli hüceyrələrinin dəri əsasına və dərialtı qata çıxması nəticəsində əmələ gəlir.Dəri vəziləri morfoloji cəhətcə yumaqcıqlı və alveollu vəzilərə bölünür. Yumaqcıqlı vəzilər borulu vəzilərdən olub,uclarında yumaqları var.Bunlara;1.Tər vəziləri 2.Kirpik vəziləri 3.Qulaq kiri vəziləri və s.aiddir.Alveollu vəzilərə piy vəziləri daxildir.Piy vəziləri sadə və şaxəli alveollu vəzilərdən olub, xüsusi dəridə yerləşir, axacaqları vasitəsilə xaricə tük kisəciklərinə acılır.Piy vəzilərinə bədənimizin bir çox nahiyyələrində-göz qapaqlarında,dodaqların haşiyəsində,burun dəhlizində,süd vəziləri ətrafında və s.təsadüf edilir.Tük kisəcikləri ilə rabitədə olan piy vəziləri xarici tük kökü yatağı epitelindən,epidermis-epitelindən inkişaf edir və xüsusi dəriyə daxil olur.Piy vəziləri,ifraz etdikləri yağlar tükləri və dərini yağlayır,onların tamlığını qoruyur.Qocalıqda piy vəziləri atrofiyaya uğradığına ,miqdarca azaldığına görə və tüklər quru olur, kobudlaşır və parıltısını itirir.Piy vəzilərinin ifraz etdiyi yağlar dəriüstlüyünü və tükləri yumşaldır.Baş,üz və bel nahiyəsində onların miqdarı daha çox olur.Sutka ərzində piy vəziləri 20q-dək dəri piyi ifraz edir. Apokrin vəziləri derma örtüyünün bəzi sahələrində olur ki,onlar da spesifik qoxulu maddələr ifraz edirlər.Apokrin vəzilərinin sekretor fəaliyyəti insanın cinsi yetişkənliyi dövründə başlanır,qocalıq yaşlarında bu vəzilərin fəaliyyəti zəifləyir.
Qaraciyərin piy infiltrasiyası
Yağların, yağa bənzər maddələrin mübadiləsində qaraciyərin çox böyük rolu vardır. Qaraciyərdə əmələ gəlmiş fosfolipidlər başqa toxumalara neytral yağlara nisbətən asan daşınır və triqliseridlərin sintezinə sərf edilir. Fosfolipidlərin sintezinin pozulması lipidlərin qaraciyərdən digər orqanlara daşınmasını çətinləşdirir. Bu isə qaraciyərin piy infiltrasiyası və ya distrofiyası adlanan patoloji halın əmələ gəlməsinə səbəb olur. Normal halda qaraciyərin ümumi çəkisinin 5 %-ni yağlar təşkil edir. Lakin piy infiltrasiyası zamanı onların miqdarı 40-60 %-ə çatır. Piy infiltrasiyası qaraciyərin bütün əsas funksiyasını zəiflədən patoloji prosesdir. Lesitinlərin miqdarının artması bu prosesin qarşısını alır.
205-ci Şamaxı piyada alayı
205-ci Şamaxı piyada alayı — Rusiya İmperator Ordusunun piyada alayı. Alay 20 sentyabr 1889-cu ildə Yelizavetpol (indiki Gəncə) şəhərində yaradılmışdır. == Alayın təşkili == Alay Yelizavetpolda 1890-cı il sentyabrın 1-də Şamaxı, Salyan, Nuxa, Sığnax və Düşeti komandalarından ibarət iki batalyondan yaradılmış və Şamaxı ehtiyat piyada (kadr) alayı adlandırılmışdır. 1891-ci il noyabrın 17-də alaya sadə bayraq verildi. Alayın müxtəlif vaxtlarda sələfləri mövcud olmuşdur: Şamaxı invalid komandası - 1858-ci ildə yaradılmışdır. Ananur rayonu invalid komandası - 1816-cı ildə yaradılmışdır; 1821-ci ildə Duşeti adlandırıldı və 1864-cü ildə Duşeti yerli komandası adlandırıldı. Məcəli yerli komandası - 1874-cü ildə yaradılmışdır; 1883-cü ildə Salyan yerli komandasına çevrildi. Nuxa qəza komandası - 1868-ci ildə yaradılmışdır. Sığnaq qəzası invalid komandası - 1816-cı ildə yaradılmışdır.1908-ci il dekabrın 30-da Şamaxı alayı ləğv edilmiş 1-ci və 2-ci Koven qalası piyada alaylarının tərkibindən 7, 8, 9 və 10-cu alayları da əlavə etməklə, dörd tabor alayına çevrildi və 261-ci Şamaxı eytiyyat alayı adlandırıldı. 20 fevral 1910-cu ildə alayın sayı 205-ə dəyişdirildi və alayın özü ehtiyatdan nizami döyüş qüvvələrinin sırasına daxil edildi.
250-ci Piyada Diviziyası
Mavi diviziya (isp. Divisíon Azul, alm. Blaue Division) və ya Vermaxtın 250-ci İspan könüllüləri diviziyası (alm. 250. Einheit spanischer Freiwilliger) – İkinci dünya müharibəsi illərində alman ordusunun tərkibində SSRİ-yə qarşı həyata keçirilən hərbi əməliyyatlarda iştirak edən ispan könüllülərindən ibarət hərbi birləşmə. "Mavi diviziya" Falanqanın üzvlərindən, İspaniyada 1936-1939-cu illər vətəndaş müharibəsinin veteranlarından və ispan ordusunun əsgərlərindən təşkil olunmuşdu. == Yaranması == Fransisko Franko İspaniyanı İkinci dünya müharibəsindən kənarda saxlamaqla özünün hələ yeni olan hakimiyyətini möhkəmləndirmək və ölkəsinin təhlükəsizliyini təmin etməyi düşünsə də, vətəndaş müharibəsi dövründə Hitlerin göndərdiyi "Kondor Legionu"nun ona göstərdiyi yardımın əvəzini çıxmaq məcburiyyətində qaldı. Bu səbəbdən o, yalnız Sovet İttifaqına qarşı aparılan əməliyyatlarda iştirak etmək şərtilə, ispan könüllülərinin Vermaxtın tərkibində döyüşmələrinə razı oldu. 24 iyun 1941-ci ildə Hitler ispan könüllülərinin göndərilməsi təklifini dəstəklədi və həmin il iyulun 13-də cəmi 18 104 nəfərdən (2 612 zabit və 15 492 əsgər) ibarət ispan könüllü diviziyası Almaniyanın Qrafenvör şəhərinə yollandı. Burada, 5 həftəlik hərbi hazırlıqdan sonra, 250-ci Piyada diviziyası adı altında alman ordusunun tərkibinə qatıldı.
258 №-li piyada döyüş maşınının ekipajı (film, 2014)
258 №-li piyada döyüş maşınının ekipajı tammetrajlı sənədli filmi rejissor Elcan Məmmədov tərəfindən 2014-ci ildə çəkilmişdir. Film Nəcəf Nəcəfov Fondunun istehsalıdır.Film 1993-cü il iyunun 12-də Azərbaycanın Ağdam rayonunun Mərzili kəndi uğrunda döyüşlərdə məşhur erməni terrorçusu Monte Melkonyanı məhv etmiş ekipaj üzvlərindən – 258 nömrəli Piyada Döyüş Maşınının ekipajından bəhs edir. == Məzmun == Film 1993-cü il iyunun 12-də Azərbaycanın Ağdam rayonunun Mərzili kəndi uğrunda döyüşlərdə məşhur erməni terrorçusu Monte Melkonyanı məhv etmiş ekipaj üzvlərindən – 258 nömrəli Piyada Döyüş Maşınının ekipajından bəhs edir. Film müəllifləri sənədlər,şahidlərin,hadisələrin həyatda olan iştirakçılarının ifadələri əsasında döyüş əməliyyatlarının xronologiyasını bərpa ediblər.Film Melkonyanın məhz həmin vaxt və həmin yerdə öldürüldüyünü əsaslı şəkildə sübut edərək,bütün digər iddiaların yalan olduğunu üzə çıxarır. Film "ASALA" terror təşkilatının başçılarından birini kimin və harada məhv etdiyi haqqında uzun mübahisələrə nöqtə qoyur.
ABŞ dəniz piyadaları korpusu
ABŞ-nin dəniz piyada korpusu (ing. United States Marine Corps (USMC)) ABŞ hərbi qüvvələrinin hissələrindən biridir. Hərbi-dəniz qüvvələrlə yanaşı amerikalı dəniz piyada korpusu ABŞ-nin hərbi-dəniz qüvvələr Departamenti görə əməliyyat aparılır. 2005-ci ildə korpus cəmi 210,000 əsgərlərindən ibarət olmuşdur. == Təşkilat == Korpusunun başçılıqı qoşulmuş döyüşçü komandirlər edirlər. Korpusunun baş zabiti dəniz piyada korpusunun komendanti (Commandant of the Marine Corps) adlanır. == Tarix == Amerika Birləşmiş Ştatları-ın dəniz piyada korpusu əvvəlcə Kontinental dəniz piyada kimi 1775-ci ilin noyabr ayının 10-da yaradılmışdır. İkinci dünya müharibəsində amerikalı dəniz piyada korpusu Sakit okean teatrında mühüm rol oynamışdır.
ABŞ dəniz piyadası
ABŞ-nin dəniz piyada korpusu (ing. United States Marine Corps (USMC)) ABŞ hərbi qüvvələrinin hissələrindən biridir. Hərbi-dəniz qüvvələrlə yanaşı amerikalı dəniz piyada korpusu ABŞ-nin hərbi-dəniz qüvvələr Departamenti görə əməliyyat aparılır. 2005-ci ildə korpus cəmi 210,000 əsgərlərindən ibarət olmuşdur. == Təşkilat == Korpusunun başçılıqı qoşulmuş döyüşçü komandirlər edirlər. Korpusunun baş zabiti dəniz piyada korpusunun komendanti (Commandant of the Marine Corps) adlanır. == Tarix == Amerika Birləşmiş Ştatları-ın dəniz piyada korpusu əvvəlcə Kontinental dəniz piyada kimi 1775-ci ilin noyabr ayının 10-da yaradılmışdır. İkinci dünya müharibəsində amerikalı dəniz piyada korpusu Sakit okean teatrında mühüm rol oynamışdır.
ABŞ dəniz piyadası korpusu
ABŞ-nin dəniz piyada korpusu (ing. United States Marine Corps (USMC)) ABŞ hərbi qüvvələrinin hissələrindən biridir. Hərbi-dəniz qüvvələrlə yanaşı amerikalı dəniz piyada korpusu ABŞ-nin hərbi-dəniz qüvvələr Departamenti görə əməliyyat aparılır. 2005-ci ildə korpus cəmi 210,000 əsgərlərindən ibarət olmuşdur. == Təşkilat == Korpusunun başçılıqı qoşulmuş döyüşçü komandirlər edirlər. Korpusunun baş zabiti dəniz piyada korpusunun komendanti (Commandant of the Marine Corps) adlanır. == Tarix == Amerika Birləşmiş Ştatları-ın dəniz piyada korpusu əvvəlcə Kontinental dəniz piyada kimi 1775-ci ilin noyabr ayının 10-da yaradılmışdır. İkinci dünya müharibəsində amerikalı dəniz piyada korpusu Sakit okean teatrında mühüm rol oynamışdır.
Anıl Piyancı
Anıl Piyancı (17 iyul 1990, Qarşıyaxa, İzmir ili) == Həyatı == Anıl Piyancı 17 iyul 1990 İzmir, Karşıyakada doğulan rep sənətkarıdır. Anadolu Universitetində beynəlxalq münasibətlərini oxuyan musiqi karyerasına çox gənc yaşda başlamış və bir çox proyektdə yer almışdır. 2007-ci ildə Yeşil Oda adlı bir studio qurmuşdur. Hal-hazırda da işlərini bu studioda davam etdirir. Rep vokalistliyindən başqa prodüser də olan olan sənətkarın Yeşil Oda studiosu nəzdində bir çox yeraltı sənətkarın albomlarında imzası vardır.Piyancı rep və hip-hop tərzindəki musiqilərə olan marağını kiçik yaşda kəşf etmiş, bu sahədə istedadlı olduğunu düşünərək ilk sözlərini 13–14 yaşlarında yazmağa başlamışdır. 14 yaşında ilk səsyazmasını edən rap sənətkarı eyni zamanda hip-hopun başqa bir qolu olan qrafitti sənəti ilə də illərlə məşğul olmuşdur. Bu dövrdən sonra özünü tamamilə musiqiyə həsr etməyə qərar vermiş, yeraltı rep dünyasında ulduzu parıldayan və fanları qısa müddətdə artan rep sənətkarlarında olmağı bacarmışdır. Bir çox təşkilatda yer alaraq adını eşitdirən Piyancı rep dünyasının vacib adlarıyla birlikdə işləyib MC-lik etmişdir. 2006-cı ildən bu tərəfə albom işlərini davam etdirməkdə və çıxartdığı albomların videolarını internetdə yayımlamaqdadır. == Karyerası == Piyancı 16 yaşında Yeşil Oda adlı ilk hip-hop studiosunu yaratmışdır.
Azərbaycan Dəniz Piyadaları
Azərbaycan Dəniz Piyadaları və ya Dəniz Piyada Taburu — Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsidir. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin desant hücumu eskadronunun döyüş əməliyyatlarında xidmət edir. Əsas təlim bazası Bakı buxtasında yerləşən Böyük Zirə adasındadır. == Tarix == Birinci Qarabağ müharibəsində cəbhə xəttində əlavə qoşunlara ehtiyac olduğuna görə Hərbi Dəniz Qüvvələrinin dəniz və quru hissələrinin heyətindən dəniz alayı qurulur. Alay düşmənin Ağdamdakı hücumunun qarşısını almaq üçün 19 aprel 1994-cü ildə cəbhəyə göndərilir və döyüş tapşırığını uğurla başa vuraraq 25 iyulda geri dönür. ABŞ Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti bölüyün döyüş fəaliyyəti ilə tanış olmaq üçün 2009-cu il sentyabrın 15-dən 18-dək Bakıda olmuşdur. Bir sıra xarici ölkələrlə də təcrübə mübadiləsi aparılır. == İkinci Qarabağ müharibəsi == Hərbi Dəniz Qüvvələri üzvləri 2020-ci ildə İkinci Qarabağ müharibəsi dövründə döyüşlərdə iştirak etmişdir. Dəniz piyadaları Qubadlı rayonunun azad edilməsində iştirak edir. 2020-ci ilin dekabrın 10-da Azadlıq meydanında keçirilən Qələbə Paradında digər hərbçilərlə birlikdə fəxri keçid edir.
Birinci Piyada Diviziyası (AXC)
Birinci Piyada Diviziyası — Azərbaycan ordusunun tərkibində hərbi birləşmə. == Haqqında == Əsası 1917-ci ilin sonlarında qoyulmuşdu. Diviziyanın formalaşması onun komandiri general-mayor Xəlil bəy Talışinskinin rəhbərliyi ilə aparılırdı. Birinci diviziyanın strukruru Əlahiddə Azərbaycan korpusunun tərkibində də saxlanmışdı. Lakin Azərbaycan hərbi hissələrinin formalaşması zəruri tələblərə cavab vermədiyindən Qafqaz İslam Ordusu komandanının 1918-ci il 13 avqust tarixli əmri ilə Əlahiddə Azərbaycan korpusunun və piyada diviziyalarının qərargahları ləğv olundu, piyada diviziyalarına daxil olan hərbi hissələr isə birbaşa Qafqaz İslam Ordusu komandanına tabe edildi. Bakının azad olunması uğrunda döyüş (1918, 15 sentyabr) uğurla nəticələndikdən sonra piyada diviziyalarının və Azərbaycan korpusu qərargahlarının bərpasına başlandı. Qafqaz İslam Ordusu komandanının 1918-ci il 23 sentyabr tarixli əmri ilə polkovnik Cəmil Cahid bəy diviziyanın komandiri təyin edildi və 1-ci, 2-ci və 3-cü piyada alayları bu diviziyanın tərkibinə qatıldı. Diviziyanın təşkilini sürətləndirmək üçün 5-ci Qafqaz firqəsinin 9-cu piyada alayı da bu diviziyanın tərkibinə daxil edildi. Alayın taborları 1-ci, 2-ci və 3-cü piyada alaylarının əsasını təşkil etdi. Türk hərbi qüvvələri 1918-ci il noyabrın ortalarından Azərbaycanı tərk edəndə, qərargahı Qarabağda olan Birinci piyada diviziyasına general-mayor İbrahim ağa Usubov komandir təyin olundu.
Dorçə Piyaz
Dürçə Piyaz – İranın İsfahan ostanının Xomeynişəhr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 43,183 nəfər və 12,038 ailədən ibarət idi.
Dürçə Piyaz
Dürçə Piyaz – İranın İsfahan ostanının Xomeynişəhr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 43,183 nəfər və 12,038 ailədən ibarət idi.
Dəniz Piyadasına Hərbi Abidə
Dəniz Piyadasına Hərbi Abidə (yaxud İvodzima Memorialı) Virciniyadakı Arlinqton milli qəbiristanı yanında yerləşir, tuncdandır. 1775-ci ildən etibarən ölkəni müdafiə etmiş ABŞ-nin bütün həlak olmuş dəniz piyadaçılarına həsr olunmuşdur. 1954-cü il noyabrın 10-da açılmışdır. Heykəltəraş - Feliks de Ueldon. Abidə altı dəniz piyadaçını təsvir edir (hündürlüyü 10 metr). 1961-ci ildən, Con Kennedi fərmanına əsasən, abidəsində 24 saat ərzində ABŞ bayrağı yellənir. Bayraq ağacı hündürlüyü 20 metrdir.
Dəniz piyadaları
Dəniz piyadası — dənizdən və ya qurudan digər qoşun birləşmələrinə dəstək vermək üzrə ixtisaslaşmış hərbi korpus. Bu hərbi birləşmə bir çox ölkədə dəniz qüvvələrinə bağlı olsa da, bəzi ölkələrdə o cümlədən, Troupes de marine (Fransız dəniz piyadaları) və Givati briqadası (İsrail dəniz piyadaları) quru qoşunlarına tabedir. ABŞ dəniz piyadaları korpusu isə ABŞ Silahlı Qüvvələrinin müstəqil qoludur.
Dəniz piyadası
Dəniz piyadası — dənizdən və ya qurudan digər qoşun birləşmələrinə dəstək vermək üzrə ixtisaslaşmış hərbi korpus. Bu hərbi birləşmə bir çox ölkədə dəniz qüvvələrinə bağlı olsa da, bəzi ölkələrdə o cümlədən, Troupes de marine (Fransız dəniz piyadaları) və Givati briqadası (İsrail dəniz piyadaları) quru qoşunlarına tabedir. ABŞ dəniz piyadaları korpusu isə ABŞ Silahlı Qüvvələrinin müstəqil qoludur.
Keçid piyadası (şahmat)
Keçid piyadası — Şahmat termini Qarşısında rəqibin maneə törədən piyadası olmayan piyada. == Debütdə tətbiqi == Rus görüşü (şahmat): 1.e4 e5 2.Af3 Af6 3.d4 ed 4.e5 Кe4 5.V:d4 d5 (diaqrama bax) 6.ed.
Mexanikləşdirilmiş Piyada
Mexanikləşdirilmiş piyada — zirehli transportyor və ya piyadanın döyüş maşını ilə təmin edilən piyada qoşunlarıdır. Motorlu piyadalardan fərqi odur ki, onların nəqliyyat vasitələri düşmən atəşinə qarşı zirehlidir.
Motorlu piyada
Motorlu piyada — daşınması motorlu nəqliyyat vasitələri ilə təmin olunan piyada qoşunlarıdır. “Çevik piyada” kimi də tanınırlar. Belə bölmələrdə yalnız piyada deyil, birliyin hər cür ləvazimatları da bu cür nəqliyyat vasitələri ilə daşınır. Motorlu piyadaların mexanikləşdirilmiş Piyada heyətindən fərqi nəqliyyat vasitələrinin zirehli olmaması və təkərli nəqliyyat vasitələrindən istifadə etmələridir. Motorlu piyada qüvvələrində istifadə olunan nəqliyyat vasitələri, daha güclü mühərrik, qalın və daha geniş təkər kimi cəhətləri ilə fərqlənən mülki nəqliyyat vasitələrinə bənzər modellərdir. Hərbi hissələrin bu şəkildə motorlu nəqliyyat vasitələri ilə təchiz edilməsi xüsusilə piyada qoşunları kimi elementlər üçün son dərəcə təsirli bir hərəkət təmin edir. Qoşunların cəbhəyə köçürülməsi, yerdəyişməsi, ehtiyat qoşunların lazımi cəbhələrə köçürülməsi motorlu nəqliyyat vasitələri ilə daha sürətli edilə bilər. Bundan əlavə, tədarükün daşınması sürətlənir. Bütün bu üstünlüklərinə baxmayaraq, belə bir motorlaşdırılmış hərbi birliklər münaqişələrdə bir üstünlük təmin etmirlər. Nəqliyyat vasitələrinin zirehsiz olması o deməkdir ki, hətta yüngül silahların da hücumlarına qarşı son dərəcədə həssasdırlar.
Piyada
Piyada — nəqliyyat vasitəsindən kənarda olan yol hərəkət sisteminin iştirakçısı. Piyada kimi əlil arabasında olan şəxs, velosiped, moped, motosikl, xizək sürənlər, uşaq və əlil arabası aparan şəxslər başa düşülür. Fars mənşəli olan piyada kəlməsi qədim türk dilində (Orxon abidələri) yadaq olaraq qeydə alınıbmış. Günümüzdə bəzi bölgələrdə (Dərbənd, Qazax, Ordubad, Borçalı) yayaq kəlməsindən piyada mənasında istifadə edilir. Yol hərəkət qaydalarında piyadaların da vəzifələri müəyyən edilir. Yol infrastrukturunda piyadaların hərəkəti üçün piyada yolları, piyada keçidləri, işıqforlar və yeraltı keçidlər nəzərdə tutulur.
Qoşalaşmış piyada (şahmat)
Qoşalaşmış piyada — Şahmat termini Bir tərəfin iki (üç) piyadasının bir şaquli xətt üzərində dayandığı piyadalar.
Qışlaq-i Piyazi (Azərşəhr)
Qışlaq-i Piyazi (fars. قشلاق پيازي‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 732 nəfər yaşayır (179 ailə).
Ronael Piyerre-Qabriel
Ronael Piyerre-Qabriel (13 iyun 1998-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Piyerre-Qabriel Sent-Etyen AS akademiyası vasitəsilə inkişaf etmişdir. O, Liqa 1-də debütünü Sent-Etyen klubu ilə 29 noyabr 2015-ci ildə Genqam klubuna qarşı oyunda etmişdir. O, görüşə ilk on birlikdə start vermiş və 61-ci dəqiqədə Pyer-İves Polomat ilə əvəz olunmuşdur.

Digər lüğətlərdə

антиглобали́ст кореши́ть обшелуши́ться ора́ло пари́льня перемно́жить психофизи́ческий тать шарива́ри ве́рхняя палата взро́слый гамадри́л крест поме́риться притаи́ться уйгу́рский духан estop flour-dresser grandchild hereditist overground shell hole выполнить скользить