PİÇ

[fars.] сущ. винт; ** piçini burmaq винт тӀарамарун, гъил-кӀвач кӀватӀун, вичин кефиниз кӀандайвал ахъай тавун (аял).
PİASTR
PİÇBURAN
OBASTAN VİKİ
Şahzadə Piç
Şahzadə Piç (yap. ピーチ姫, ing. Princess Peach Toadstool) – Mario oyun seriyalarının personajıdır. Şiqeru Miyemoto tərəfindən "Nintendo" kompaniyası üçün yaradılmışdır. İlk dəfə 1985-ci ildə Super Mario Bros. videooyunu üçün yaradılmışdır. Şahzadə Piç "Xanım dardadır" kimi tanınır. Şahzadə Piç krallıqda yaşayır. Paltarı həmişə çəhrayı olur. Onun 25 yaşı var.
Şahzadə Piç (oyun personajı)
Şahzadə Piç (yap. ピーチ姫, ing. Princess Peach Toadstool) – Mario oyun seriyalarının personajıdır. Şiqeru Miyemoto tərəfindən "Nintendo" kompaniyası üçün yaradılmışdır. İlk dəfə 1985-ci ildə Super Mario Bros. videooyunu üçün yaradılmışdır. Şahzadə Piç "Xanım dardadır" kimi tanınır. Şahzadə Piç krallıqda yaşayır. Paltarı həmişə çəhrayı olur. Onun 25 yaşı var.
Askoli Piçeno
Askoli Piçeno (it. Ascoli Piceno) — İtaliyanın Marke regionunda şəhər.
Aşıq Abbas Piçənisli
Aşıq Abbas Piçənisli (XIX əsrin son rübü—XX əsrin birinci rübü) (— aşıq, XX əsrin əvvəllərində Zəngəzur mahalında daşnaksütyun və erməni terrorizmi hərəkatına qarşı mübarizənin fəal iştirakçısı. == Həyat və yaradıcılığı == Aşıq Abbas Piçənislinin ata babası, XVII–XVII əsrlərdə Diyərbəkir vilayətindən köçüb gəlmiş tayfalar olmuşdur. Əsas məşğuliyyətlərindən biri misgərlik olduğuna görə onlara "misçilər" də deyiblər. Aşıq Abbas Zəngəzur mahalının Hacısamlı nahiyəsinin, indiki Laçın rayonunun Piçənis kəndində anadan olmuşdur. Aşıq Abbas Piçənisli həm də Əlipaşa bəy Sultanov və Sultan bəy Sultanovun yaxın məsləhətçisi olmuş, məclislərinin başında əyləşmişdir. == Mənbə == QARA NAMAZOV, "Aşıqlar (Bioqrafik məlumat kitabı)". AMEA Folklor İnstitutu, 1-ci kitab, Bakı-2004, səh. 20; Eloğlu Səlahəddin, "Zəngəzur hadisələri", Bakı-1992.
Maçu Piçu
Maçu Piçu (keçua Machu Pikchu - Qoca Zirvə, isp. Machu Picchu) — Antik İnk şəhəri. Bəzən "inklərin itirilmiş şəhəri" də adlandırılır. Qədim şəhərcik yer üzündən silinmiş qədim inklərin rəmzi hesab olunur. Dəniz səviyyəsindən 2,430 metr yüksəklikdə yerləşir. Şəhər mərkəzi And platosundan başlayaraq Amazon meşələrinin Urubamba çayına qədər uzanmaqdadır. Bu şəhər dağlarda müqəddəs məkan kimi hazırlanmışdır, inklərin rəhbəri Paçakutek tərəfindən imperiyanın zəbt olunmasının 100 illik yubuleyinə həsr edilmişdir. Şəhərçik XV əsrin 50-ci illərində son ink imperatoru Paçakutek tərəfindən salınmış və 100 il bundan sonra bu ölkəni fəth etmiş İspan konkiskodorlarından gizli saxlanılırmış. Təxminən 1532–ci ilədək mövcud olmuşdur, hansı ki bu dövrlər ərzində ispanlar inklərin ərazisinə zorla daxil olmağa başlamışdır. Nəticədə 1532–ci ildə həmin ərazinin sakinləri yox olmuşdur.
Piçilemu
Piçilemu (isp. Pichilemu) — Çilidə şəhər. Çilinin eyni adlı inzibati vilayətinin mərkəzi. Əhalisi 9027 nəfərdir (2002). Çilinin Kardonal-Koro və O’Hiqqins vilayətinə daxildir. Ərazi — 749,1 km², əhalisi — 13887 (2007), əhali sıxlığı — 18,54 nəfər/km²-dir.
Piçiçi Mükafatı
Piçiçi mükafatı İspaniyanın yerli idman nəşri sayılan "Marca" tərəfindən, hər mövsüm La Liqada ən çox qol vuran oyunçuya təqdim edilən mükafatdır. Bu mükafat "Atletik Bilbao" klubunun oyunçusu olmuş Rafael "Piçiçi" Morenonun adına adlandırılandan sonra 1952/53 mövsümündən etibarən hər il qalib oyunçuya təqdim edilir. Piçiçi mükafatı İspaniya Futbol Federasiyası tərəfindən rəsmi olaraq tanınmayıb. Mükafat "Marca" nəşrinin subyektiv meyarlarına əsasən müəyyən olunur.
Piçənis
Piçənis — Azərbaycan Respublikasının Laçın rayonu Piçənis kənd inzibati ərazi dairəsində kənd. Piçənis kəndinin adının peçeneq türk tayfaları zəminində yarandığına inanılır. Kənd yaxınlığında Piçənisin düzü, Piçənisçay adları da bu gün yaşamaqdadır. Piçənis XIX əsrin ortalarında kürdmənşəli Qasımuşağı tayfası tərəfindən yaradılmışdır. Kənd erməni-müsəlman qırğınları və Azərbaycan-Ermənistan müharibəsi zamanı döyüş bölgələrindən biri olmuşdur. Piçənis 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. Peiçənisdə bir orta məktəb, mədəniyyət ev, musiqi məktəbi, poçt şöbəsi, tibb məntəqəsi, uşaq bağçası, kitabxana, mağaza, qədim məscid və Qafqaz Albaniyasına məxsus qədim kilsə var. Kəndin yaxınlığında su dəyirmanı, çayın üzərində salınmış Çiçəyin körpüsü adlı tarixi abidə də vardır. Piçənis kəndi Laçın şəhərinin şimal-qərb istiqamətində 45 km məsafədə yerləşir.
Piçənis məscidi
Piçənis məscidi — Azərbaycanın Laçın rayonunda yerləşən Piçənis kəndində məscid, tarixi-dini abidə. Məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş yerli əhəmiyyətli tarix-memarlıq abidələr siyahısındadır. Piçənis 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra məscid vandalizmə məruz qalmışdır.
Piçənisçay
Piçənisçay — Azərbaycanın Laçın rayonunda çay. Şəlvəçayın sol qoludur. Mıxtökən silsiləsindən başlanır. Uzunluğu 29 kilometr, hövzəsinin sahəsi isə 198 km2-dir.
Sundar Piçay
Piçay Sundararajan, ən çox tanınan adı ilə Sundar Piçay (10 iyul 1972, Maduray[d], Tamilnad) — hind əsilli amerikan biznes meneceri. O, Alphabet və onun törəmə şirkəti Google-un baş icraçı direktorudur (CEO). Piçay karyerasına materialşünas olaraq başlayıb. McKinsey & Company menecment konsaltinq firmasında qısa müddətdə işlədikdən sonra 2004-cü ildə Google-a qoşuldu və burada Google Chrome və ChromeOS daxil olmaqla, Google-un müştəri proqram məhsulları dəsti üçün məhsulun idarə edilməsi və innovasiya səylərinə rəhbərlik edirdi, həmçinin Google Drive-da böyük məsuliyyət daşıyırdı. Bundan əlavə, o, Gmail və Google Maps kimi digər proqramların tərtibatına nəzarət etməyə davam edirdi. 2010-cu ildə Piçay həmçinin Google-un yeni video kodeksi olan VP8-in açıq mənbə olduğunu elan etdi və yeni video formatı olan WebM-i təqdim etdi. Chromebook 2012-ci ildə buraxıldı. 2013-cü ildə Piçay Android-i öz nəzarət etdiyi Google məhsulları siyahısına əlavə etdi. Piçay, əvvəllər CEO Larri Peyc tərəfindən baş məhsul rəhbəri təyin edildikdən sonra 10 avqust 2015-ci ildə Google-un növbəti CEO-su olmaq üçün seçildi. 24 oktyabr 2015-ci ildə Google şirkətlər ailəsi üçün yeni holdinq şirkəti olan Alphabet-in formalaşması başa çatdıqdan sonra yeni vəzifəyə qədəm qoydu.

Digər lüğətlərdə