PİSTƏR
PİŞANİ
OBASTAN VİKİ
Adi pişik ilanı
Adi pişik ilanı (lat. Telescopus fallax) — Suilanıkimilər fəsiləsinə aid növ. Bədəninin uzunluğu 60–70 sm, maksimal uzunluğu — 100 sm-dir. Bədəninin aşağı nahiyəsi ağ rəngdə olur. Əsasən daşlı yaylıqlarda, otluqlar və kolluqlarda, yarımsəhrada və dağ meşələrində yayılır. Onlara 1700–1800 metr yüksəkliklərdə belə rast gəlinir. Onlar gecə və gündüz radələlərində aktiv olur. İsti yay ayları isə ancaq gecə saatları aktiv olur. Ağaclara və ev damlarına rahat çıxa bilirlər. Əsasən kərtənkələlər, gəmiricilər və quşlarla qidalanırlar.
Adi pişiknanəsi
Adi pişiknanəsi (lat. Nepeta cataria) - dalamazkimilər fəsiləsinin pişiknanəsi cinsinə aid bitki növü. == Sinonim == Calamintha albiflora Vaniot Cataria tomentosa Gilib. [Invalid] Cataria vulgaris Gaterau Glechoma cataria (L.) Kuntze Glechoma macrura (Ledeb. ex Spreng.) Kuntze Nepeta americana Vitman [Illegitimate] Nepeta bodinieri Vaniot Nepeta cataria var. citriodora (Dumort.) Lej. Nepeta ceretana Sennen Nepeta citriodora Dumort. Nepeta laurentii Sennen Nepeta macrura Ledeb. ex Spreng. Nepeta minor Mill.
Amur meşə pişiyi
Amur meşə pişiyi (Uzaq Şərq meşə pişiyi (Felis euptilura)) — pişiklər fəsiləsindən məməli heyvan. == Haqqında == Cənubi Afrika xallı pişikləri yarımcinsinin Rusiya faunasındakı yeganə nümayəndəsi. Ev pişiyindən iri (bədəninin uz. 90 sm-ədək; quyruğunun uz. 37 sm-ədək), rəngi kürəndir. Şərqi Asiyada, Rusiyada – ən çox Primorye və Xabarovsk diyarı və Amur vilayətinin cənub rayonlarında yayılmışdır. Alçaq dağların enliyarpaqlı (daha az iynəyarpaqlı-enliyarpaqlı) meşələrində yaşayır. Əsasən, kollu cəngəlliklərdə çox olur. Gecə həyatı keçirir, bəzən gündüz ova çıxır. Sığınacaqlarını ağacların koğuşlarında və qayaların yarğanlarında qurur.
And pişiyi
And pişiyi (lat. Leopardus jacobita) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü. Pişiklər fəsiləsinin Cənubi Amerikada yaşayan növüdür. Onun And dağlarının nisbətən əlçatmaz yerlərində yaşaması səbəbindən haqqında çox az elmi məlumat əldə edilmişdir. Məsələn, And pişiyinin yalnız 2000-ci ildən sonra videogörüntüləri əldə edilmişdir.
Asiya pişiyi
Asiya pişiyi (lat. Prionailurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi.
Asiya qızılı pişiyi
Asiya qızılı pişiyi (lat. Pardofelis temminckii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pardofelis cinsinə aid heyvan növü.
Axund Əbdülcabbar Pişnamazzadə Şəkuyi
Axund Əbdülcabbar Zeynalabdin oğlu Pişnamazzadə — İslam alimi == Həyatı == Həzrət Əli məscidi məşhur mollaları ilə tanınmışdır.Onlardan biri də Axund Əbdülcabbar Zeynalabdin oğlu Pişnamazzadə olmuşdur. O, təhsilini Nəcəfül-əşrəldə almış və "Misbahui-Hərəmeyn" kitabını yazmışdır. Qəbri Şəkidə İmam Əli məscidinin ön tərəfindədir. == Əsərləri == "Kitabi-müsbahül-hərəmeyn" Tiflis: [s. n.], 1904 (1322 h.).- 478 s.
Balineziya pişiyi
Balineziya pişiyi — yarımuzuntüklü pişik cinsi. == Təsviri == 20-ci əsrin ortalarında ABŞ-də Siam pişiyinin mutasiyası nəticəsində alınmışdır. Bədən hissəsi uzun, çevik, əzələli, girdə kiçik pəncəli ayaqları hündürdür. Üçbucaq şəkilli, düz profilli və iri enli qulaqlı başı uzun sovdur. Gözləri tünd-mavidir. Tükü ipək kimi hamar, tükarası tiftiyi seyrəkdir. Rəngi Siam tiplidir, balaları ağ rəngdə doğulur. Adamayovuşan və istiqanlıdır. == Tarixi == Balineziya pişiyi ifadəsi əslində olaraq Bali və İndoneziya sözlərinin birləşməsindən yaranmamışdır. Onun tarixi Siam pişiklərinin adı ilə bağlıdır.
Balıqtutan pişik
Balıqtutan pişik (lat. Prionailurus viverrinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin asiya pişiyi cinsinə aid heyvan növü.
Barxan pişiyi
Barxan pişiyi, qum pişiyi və ya səhra pişiyi (lat. Felis margarita) — pişik cinsinə aid heyvan növü. == Bədən quruluşu == Qum pişiyi ev pişiyi ilə, demək olar ki, eyni ölçülərə sahibdir. Digər pişik növlərindən əsas fərqləndirici xüsusiyyətlərin biri yetkin qum pişiklərinin üzlərinin bala pişik üzünə bənzəməsidir. Uzun və yumşaq tüklərə sahibdir. Tüklərinin rəngi qəhvəyi rəngdən bozumtul rəngə qədər dəyişir. Bədəninə nisbətən ən uzun qulaqlara sahib pişik növlərindəndir. == Qidalanması == Qum pişiyi əsasən gəmiricilər, quşlar, zəhərsiz ilan və kərkəntələ kimi kiçik heyvanlar ilə qidalanır. Sərt iqlimə dözümlü olan qum pişikləri ehtiyacları olan suyun əksəriyyətini ovlarından əldə edir. == Yayılması və yarımnövləri == Barxan pişiyinin Saxara səhrasından (Əlcəzair, Mərakeş, Çad, Niger) başlayaraq Ərəbistan yarımadası, Mərkəzi Asiyaya (Türkmənistan, Qazaxıstan və Pakistan) qədər olan bir zolaqda zayılmışdır.
Bataqlıq pişikotu
Benqal pişiyi
Benqal pişiyi (lat. Prionailurus bengalensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin asiya pişiyi cinsinə aid heyvan növü. == Sinonimləri == Felis iriomotensis Wozencraft, 1993 Mayailurus iriomotensis Prionailurus iriomotensis == Yarımnövləri == Prionailurus bengalensis bengalensis; Prionailurus bengalensis chinensis; Prionailurus bengalensis horsfieldi; Prionailurus bengalensis iriomotensis; Prionailurus bengalensis manchurica; Prionailurus bengalensis trevelyani; Prionailurus bengalensis javaensis; Prionailurus bengalensis minutus; Prionailurus bengalensis sumatranus; Prionailurus bengalensis euptailura.
Birinci pişik dili
Birinci pişik dili — dil Kamçatka ərazisində, Karaqin körfəzinin şimal-şərq sahillərində qərarlaşır. 1885-ci ildə Fridolf Kirilloviç tərəfindən Seleniya burnu olaraq xəritəyə salmışdır. Sibir şxunununda əraziyə gələrkən Karaqa qəsəbəsinin balıqçıları dildə müvəqqəti düşərgə salmışlar. Sonradan isə dil müasir adını almışdır.
Birma pişiyi
Birma pişiyi - yarımuzuntüklü pişik cinsi. == Haqqında == Birma pişiyi 1920-ci illərdə Fransada yetişdirilmişdir. Bədəni əzələli, azca uzunsovdur; qüvvətli, qısa ayaqları var. Başı yumru, alnı bir qədər dikdir. Gözləri oval formalı, tünd-mavidir. Tükü Siam pişiyi tükü rəngində, ipək kimi yumşaq, boynunda, belində, yanlarında və quyruğunda daha uzundur. Birma pişiyinin rənginin fərqləndirici əlaməti bütün pəncələrinin simmetrik ağ "corab"da olması - ağ tüklə örtülməsidir. Sakit və insana tez alışandır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. IV cild.
Bozqır pişikquyruğu
Bozqır pisikquyruğu - lat. Phleum phleoides L. 30-50 60 sm hündürlüyündə sıx çim əmelə gətirən taxıllar fəsiləsinin çoxillik ot bitkisidir. == Bozqır pisikquyruğu == Torpaqların səthində nəmlik kifayət qədər olduqda sıx örtük əmələ gətirirlər. Bioloji- təsərrüfat baxımından bir sıra yüksək göstəricilərə malik olması (ilkin yazda tez boy atması, quraqlığa davamlılığı, torpağa az tələbkar olması) bu bitkinin qiymətli ot bitkisi olduğunu bir daha sübut edir. Bioloji rekultivasiya mərhələsində bundan əvvəlki ot bitkiləri ilə sıx cəngəllik əmələ gətirə bilirlər. Payızda vegetasiyaya başlayaraq ilkin yazda yaşıl kütlə halında yüksək məhsuldarlığa (180 s/ha) malik olurlar.
Burma pişiyi
Burma pişiyi — Birma qısatüklü pişik cinsi. 1930-cu illərdə ABŞ-də Birmadan gətirilmiş pişiyin nəsli əsasında yetişdirilmişdir. Bədəni əzələli, görün düyün dən ağırdır. Başının almacıq sümükləri çıxıq (enlisifət), burnu dibindən əyilmişdir. Gözləri sarı, girdə və ya üst xətti düzlənmişdir. Tükü zərif, parlaq, bədəninə sıx yapışan, tiftiksizdir. Rəngi qəhvəyi, mavi, tünd-qəhvəyi, bənövşəyi, qırmızı, açıq-sarı və onun müxtəlif çalarlarındadır. Burma pişiyinin bədəninin alt hissəsi belinə nisbətən azca açıq rəngdədir. Adamayovuşan və oynaqdır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Böyük pişiklər
Böyük pişiklər (lat. Pantherinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan yarımfəsiləsi. Bu fəsilənin nisbətən böyük nümayəndələrini əhatə edir.
Creme Puff (pişik)
Creme Puff (azərb. Krim Paff, ing. Creme Puff; 3 Avqust 1967, Austin, Texas, ABŞ - 6 Avqust 2005, orada.) — 38 il 3 gün yaşayan bir pişik. Ginnesin Rekordlar Kitabına 2010-cu ilə qədər qeydə alınan ən uzun ömürlü pişik kimi daxil edilmişdir . Dünyanın ən uzun ömür sürən pişiyinin İngiltərənin Cənubi Uelsdəki Lanelli şəhərində yaşayan Luci adlı bir pişik olduğu iddia edilirdi. O, 2015-ci ildə 43 yaşında öldü, ancaq bu rekord təsdiqlənməmiş və Ginnesin Rekordlar Kitabında qeyd olunmamışdır . == Ceyk Perri və pişikləri == Krim Paff, sahibi Ceyk Perri ilə birlikdə ABŞ-nin Texas, Ostin (Austin) şəhərində yaşayırdı. Perri ayrıca Granpa Reks Allen adlı bir Sfinks pişiyinə də sahib idi. Granpa'nın 1964-cü ildə Parisdə doğulduğuna və 1998-ci ildə 34 yaş 2 aylığında öldüyünə inanılır. Pişik ölümündən sonra 1999-cu ildə "Cats and Kittens" jurnalı tərəfindən "İlin pişiyi" adına layiq görülmüşdür.
Cökəyarpaq pişikotu
Cökəyarpaq pişikotu (lat. Valeriana tiliifolia) - pişikotu cinsinə aid bitki növü.
Cənub dəniz pişikləri
Cənub dəniz pişikləri (lat. Arctocephalus) — Qulaqlı suitilərə daxil olan cins. Cənub dəniz pişikləri cinsnə daxil növlərin oxşar xüsusiyyətləri vardır. Rənglərində oxşarlıq əsasən onların açıq-qəhvəyi olmasıdır. Üstəlik böyük koloniya əmələ gətirirlər. Fərqlilikləri isə onların ölçülərindədir.
Cənubi Afrika vəhşi pişiyi
Cənubi Afrika vəhşi pişiyi (lat. Felis silvestris cafra) — pişik cinsinə aid heyvan yarımnövü.
Cənubi Amerika dəniz pişiyi
Cənubi Amerika dəniz pişiyi (lat. Arctocephalus australis) — cənub dəniz pişikləri cinsinə aid növ. == Ümumi məlumat == Erkəklər 190 sm uzunluğa, çəki 150–200 kq təşkil edir, dişilər isə 140 sm, çəkisi 30–60 kq olur. Onlar açıq-qəhvəyi rəngə malikdirlər. Erkəklər isə boz-qara dəriyə malik olur. Yarımnöv olan Folklend dəniz pişikləri nisbətən kiçik ölçüyə malik olurlar. Cənubi Amerika dəniz pişiyi iki yarımnövə bölünür: Folklend dəniz pişiyi (Arctocephalus australis australis), əsas yarımnöv Cənubi Amerikanın Peru, Çili, Argentina sahil ərazilərində və Braziliyanın cənub hissələrində yaşayırlar. Folklend dəniz pişikləri əsasən Folklend adalarında yaşayırlar.Cənubi Amerika dəniz pişikləri əsasən sıldırımlı qayalıqlar üzərində dincəlirlər. Onlar əsasən gün istisində çütləşirlər. == Sayı və ovlanlası == Əvvəllər bütün Cənubi Amerika sahilləri boyu ovlanırdı.
Dəniz pişikləri
Dəniz pişikləri (lat. Arctocephalinae) — Qulaqlı suitilər fəsiləsinə daxil olan yarımfəsilə.
Dərman pişikotu
Dərman pişikotu (lat. Valeriana officinalis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin pişikotu cinsinə aid bitki növü. Dərman pişikotu 60–120 sm hündürlükdə yerüstü gövdəsi olan çoxillik ot bitkisidir. Gödək şaquli istiqamətli kökümsova və çoxlu nazik ipvari saçaqlı köklərə malikdir. Gövdənin üzərində qarşı-qarşıya düzülmüş yarpaqları təklələkvaridir. May ayından başlayaraq avqusta kimi çiçəkləyir, meyvələri avqust-sentyabrda yetişir. Kökümsovundan hazırlanan cövhərindən ürək fəaliyyətinin tənzimlənməsində istifadə və sakitləştirici vasitə kimi istifadə olunur Bu bitki ən tanınmış müalicəvi bitkilərdən biridir. Pişikotu həm xalq təbabətində, həm də ənənəvi tibbdə çox geniş istifadə olnur. Dünya farmasevtik sənayenin istehsal etdiyi əksər təbii sakitləşdirici vasitələrinin tərkibinə pişikotu daxil edilir. Pişikotu dəmləməsi, ekstraktı baş ağrıları, miqren, əsəbilik, nevroz, isteriya, yuxusuzluq zamanı yaxşı təsir edir.
Ev pişiyi
Pişik (lat. Felis silvestris catus) — yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid çöl pişiyi növünün yarımnövü. Pişiklərin 230 sümüyü var. Evlərdə bəslənə bilən, kiçik, məməli, ovçu və ətyeyən heyvanlardandır. Zaman-zaman bitki mənşəli qida istehlak edə bilər. Ev pişiyi, çöl pişiyi növlərinə xas fizioloji xüsusiyyətlərin bir çoxuna malikdir. Ortalama ağırlığı 2.7 – 4.5 kq arasında dəyişməklə birlikdə, soyu qarışıq olanlar arasında 12.5 kq-ma çatanlar nadir deyil. Ortalama bədən uzunluğu erkəklərdə 70, dişilərdə 50 sm-dir. Ev pişiklərinin böyük hissəsi qısa tüklü, Ankara və İran pişikləri isə uzun tüklüdür; ayrıca, bir İngilis soyu olan rex pişiyinin tükləri isə buruqdur. Pişiklər ümumiyyətlə qara, sarı, boz və ağ rəngli, ya da bu rənglərin bir neçəsi ilə alacalıdır.

Digər lüğətlərdə

впая́ть до́за зашама́нствовать усла́щиваться фильтро́вщица и́стинный китая́нка крестообра́зно нака́шивать прини́кнуть проры́тие с наско́ка с утра до ве́чера aboon bourg brach busing camelry ear shell ecbole esoterics flitting gown-boy knobbler танцовщица