PİŞİKDIRNAĞI

(Laçın)
yabanı bitki adı
PİŞİKCİYNAĞI
PİŞİKSÜPÜRGƏSİ
OBASTAN VİKİ
Pişikdırnağı
Pişikdırnağı və ya Pişikdərəsi — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində dağ. Arazın sol sahilindəki şimal-qərb istiqamətli alçaq tirənin suayrıcında, Arazkənddən 3,5 km qərbdədir (hünd. 808,7 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsinin qurtaracağında, onun cənub-qərb yamacında təcrid olunmuş zirvədir. Araz çayının sol sahilində, Yaycı kəndindən 4 km-dək şərqdədir. Üst Paleosenin Zeland və Tanet mərtəbələrinə aid Türkeş və Ordubad lay dəstələrinin terrigen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının şimal-şərq qurtaracağında, onun strukturunda iştirak edən ikincidərəcəli Dikdaş-Dəstə antiklinalının cənub-qərb qanadında yerləşir.
Pişikdırnağı dağı

Sırğaçiçək pişikdırnağı
== Təbii yayılması: == Şimali Amerika, Cənubi Qafqaz və Qərbi Texas, Şərqi Meksika, Cənubi Arizona, Kolumbiya və Venesuelada təbii halda yayılmışdır == Botaniki təsviri: == Hündürlüyü 12 metrə çatan, yarpağını tökən, qollu-budaqlı, geniş çətirli ağacdır. Gövdəsinin qabığı qalın olub, qəhvəyi və ya tünd boz rəngdə, azca çatlıdır. Zoğları nazik, əvvəlcə sarımtıl-yaşıl, sonralar isə tünd boz rəngli, 1-5 sm uzunluqda tikanların qoltuğunda yerləşmişdir. Yarpaqları növbəli düzülüşlü, ikiqat cütlələkvari, yarpaq oxu tikanla qurtarır, 8 sm uzunluqda, çılpaqdır. Yarpaq oxu nazik, itiuclu, qaidədən çox enlənmiş, vəzilidir. Nadir hallarda iki, cüt olmaqla, 9-18 budaqcıqlıdır. Hər budaqda adətən 11-13 cüt ensiz, ellipsvari, 8-10 mm uzunluğunda, 2-4 və ya 5 mm enində, küt, çılpaq və ya tək-tək kirpikli yarpaqcıqlardan ibarətdir. Çiçəkləri 2 mm uzunluqda, ətirli, yaşılımtıl-sarı, qoltuq salxımlarda sünbülvari çiçək qrupunda yerləşir. Çiçək qrupu silindrşəkilli, çoxçiçəkli, 6-7 sm uzunluqda salxımlardan ibarətdir. Ləçəkləri ensiz, uzunsov, ucları itidir.
Çili pişikdırnağı
== Təbii yayılması == Mənşəyi Cənubi Amerikadır (Çili, Argentina). == Botaniki təsviri == Hündürlüyü 6-8 m-ə çatan, yumru çətirli, həmişəyaşıl və ya yarpağını tökən ağacdır. Gövdəsi qısa, yerlə sürünən, qabığı cod, dərin yarıqlı, budaqları əyilmiş, üzəri seyrək, iri iynələrlə örtülmüşdür. Yarpaqları cüt lələkvari, üzbəüz yerləşmiş, parlaq yaşıldır. Çiçəkləri yaşılımtıl - ağ və ya sarı, uzun erkəkcikli, uzunluğu 12 sm-dək olan sıx, tükcüklü, sallaq çiçək qruplarına yığılmışdır. Meyvəsi oraqvari əyilmiş qınlıdır. Toxum və qələmlərlə çoxalır. Ekologiyası: Quraqlığa, istiyə davamlıdır. Drenajlı, qələvi torpaqlarda yaxşı bitir. Torpağı həmişə çox az miqdarda rütubətli olmalıdır.
Çöl pişikdırnağı
== Təbii yayılması == Aralıq dənizinin şərq hissəsi və İranda yayılmışdır. Dağıtım sahəsinə Türkiyə və Kipr, Əlcəzairdən Fələstinə, İordaniyaya, Suriyaya, Ərəbistana, İraqa, Əfqanıstana, Pakistana və Qafqazın bir hissəsi, Orta Asiya və İrandan Hindistana qədər daxildir.[1] == Botaniki təsviri == Şaxəli tikanlı kolcuqdur, hündürlüyü 50-60 sm-ə çatan, nazik, möhkəm və əyilən budaqlıdır, üzəri konusşəkilli qırmızımtıl tikanlıdır. Cavan budaqlar və yarpaq saplaqları qısa tükcüklüdür. Yarpaqlar uzunsov-ovalşəkilli, uzunluğu 4-6 sm-dir. İkiqat cütlələkvaridir. Yarpaqcıqları xırda, 2,5-5,0 mm uzunluqda və 2 mm-ə qədər enində olub, xətvari, uzunsov formalı, üzəri qısa-tüklü, çox xırda saplaqcıqlarda yerləşir. Salxımları sıx, silindrik, çoxçiçəkli, yarpaqların qoltuqlarında yerləşir, ölçüsünə görə yarpaqlara bərabər və ya onlardan azca qısadır. Kasacığı dairəvi, 5 qısa dişcikli, tacı 4-5 mm-ə qədər uzunluqda olub, solğun və ya açıq sarı rəngdədir. Erkəkcikləri sərbəst, tacdan uzundur. May-iyun aylarında çiçəkləyir, meyvəsi iyul-sentyabrda yetişir.

Digər lüğətlərdə

ва́га кудрева́тость набекре́нить прису́чка раствори́тель рядско́й тряса́вичный чи́слить воплоти́тельница прива́ривание хорохо́риться штормово́й шушлепень carroty Galahad messenger RNA radio recorder stock raising wood ray башкирка взаимовыгодный вынести полуторный сплясать топочный