PLANÉT

[ yun. planetes – dolaşan] Günəşin ətrafında fırlanan və Günəş işığının inikası ilə işıqlanan göy cismi; səyyarə. Böyük planetlər. Mars planeti.
– Görəcəksiniz, Aya, Marsa və ya başqa planetlərə ilk ayaq basanların birincisi bizim bu təyyarəçilər olacaqlar. Mir Cəlal.

// Dünya, Yer, Yer kürəsi, Yer üzü. Bütün planetdə insanlar bir-birinə yoldaşdır.
Bizim planetimiz – Yer təxminən 3 milyard il bundan əvvəl əmələ gəlmişdir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • PLANET PLANET Görəcəksiniz... Aya, Marsa və ya başqa planetlərə ilk ayaq basanların birincisi bizim bu təyyarəçilər olacaqlar (Mir Cəlal); SƏYYARƏ Mənəm ilk

Etimologiya

  • PLANET yun. planetos – gəzən ulduz
PLANERODROM
PLANETARİ

Digər lüğətlərdə