PLANTATOR
PLASTMAS
OBASTAN VİKİ
Plastik
Plastmas (və ya Plastik kütlə) məmulun hazırlanma mərhələsində özülü axıcılıq və ya yüksək elastik, istismar zamanı şüşəyəbənzər və ya kristallik halını alan, tərkibində polimer olan materialdır. Prosesin xarakterindən asılı olaraq plastmasdan hazırlanmış məmulları reaktoplast və termoplast olaraq iki qrupa bölürlər. Reaktoplastlara emalı zamanı tərkibində bərkidmiş halda polimer toru yaranan plastik kütlələr aid edilir, bunlar qızdırıldıqda maye halına çevrilə bilmirlər. Termoplastlar isə əksinə olaraq yenidən ərimə qabiliyyətini özündə saxlayırlar. Plastmas adətən iki qarşılıqlı birləşməyə girən və qarışmayan təşkiledicilərdən ibarət olur. Bu zaman polimerdən başqa materiala polimerin axıcılıq tempearturunu və özülülüyünü aşağı salan doldurucular, plastifikatorlar və onların köhnəlməsinin qarşısını alan stabilləşdiricilər, həmçinin rənglər əlavə olunur. Plastmaslar bir fazalı (homogen) və ya çox fazalı (heterogen, kompozit) materialar ola bilərlər. Homogen plastik kütlələr materialın xassəsini müəyyənləşdirən əsas təşkiledici sayılır. Digər komponentlər polimerdə həll olunaraq onun bu və ya digər xassələrini yaxşılaşdırıır. Heterogen plastik kütlələrdə polimer sərbəst faza şəklində olan komponentlər arasında əlaqələndirici dispesiya mühiti rolunu oynayır.
Plastik deformasiya
Deformasiya (latınca deformatio — təhrif olunma) hər hansı obyektin xarici və daxili qüvvələrin təsiri nəticəsində konfiqurasiyasının dəyişməsidir. == Haqqında == Deformasiya bərk cisimlər (kristal, amorf, üzvi mənşəli mayelər, qazlar, fiziki sahə, canlı orqanizmlər və s.) məruz qalırlar. Deformasiya -maddi mühit (bərk,maye, qazabənzər) hissəcikləri çoxluğunun qarşılıqlı yerləşməsinin dəyişməsidir; bu isə cismin və ya onun hissəciklərinin forma və ölçülərinin dəyişməsinə səbəb olur, hissəciklər arasında qarşılıqlı təsir qüvvələrini dəyişir, yəni gərginlik yaradır. Bütün maddələr deformasiyaya uğraya bilər. Deformasiya istilik genişlənməsi, maqnit və elektrik sahələrinin, həmçinin xarici mexaniki qüvvələrin təsirinin nəticəsi ola bilər. Deformasiya üç qrupa bölünür: Plastiki deformasiya Elastiki deformasiya Elastiko-plastikBərk cisimlərdə, əgər yükü götürəndən sonra deformasiya itirsə - elastiki, əgər itmirsə- plastiki, əgər tamamilə itmirsə, elastiko-plastik deformasiya adlanır. Əgər deformasiyanın qiyməti zamandan aşkar asılıdırsa, məsələn, dəyişməz yüklənmə təsiri ilə artırsa, lakin dönəndirsə, bərpa olunandırsa o, özlü elastiki adlanır.Bütün həqiqi bərk cisimlər, hətta kiçik deformasiyalarda az və ya çox miqdarda plastiki xassələr malik olurlar. Elastiklik nəzəriyyəsində olduğu kimi cismin plastiki xassələrini müəyyən edən şəraitlərdə nəzərə almamaq olar. Bərk cismi kifayət qədər dəqiqliklə elastiki hesab etmək olar, yəni yüklənmə hər hansı sərhəddi (elastiklik sərhəddini) keçənə qədər hiss ediləcək plastiklik aşkar olunmur. Plastik deformasiyanın təbiəti temperaturdan, yükün uzun müddətli təsirindən və ya deformasiya sürətindən asılı olaraq müxtəlif ola bilər.
Plastik kartlar
Plastik kartlar və ya ödəmə kartları - vəsait ödəniməsində istifadə edilən müasir texniki imkan - özünəməxsus "elektron pul".Ənənəvi nağd pul vəsaitindən bir çox xüsusiyyətlərinə görə üstün hesab edilir. Hazırda dünyada plastik kartların müxtəlif növləri mövcuddur.Ancaq onların fəaliyyət sxemləri və prinsipləri faktiki olaraq eynidir. Fərq onlar üzrə göstərilən xidmətlərin həcmində və təqdim olunan imkanlardadır. Bankların fiziki və hüquqi şəxslərə təqdim etdiyi müxtəlif plastik kartlar vardır. Bunlar, əsasən üç yerə ayrılır: Kredit kartlar (ingilis: Credit Cards) - hesablaşma zamanı nağd kredit istifadə imkanını yaradır. Ödəmə kartları (ingilis: Charge Cards) - hesablaşmanın asan yolunu təmin edən kartlar. Debit kartlar -bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması.Sahibkarlar, kartı ixrac edən bankla razılığa girməmişdən əvvəl bankın yeterli sayda kart sahibi olub olmadığına diqqət etməlidirlər. İnsanlar alacaqları kartın mümkün olduqca daha çok yerlərdə qəbul edilməsinə üstünlük verirlər. Bu baxımdan kart ixrac edən və ya yayımında vasitəçilik edən banklar, həm kart sahibləri həm də kartı qəbul edən tərəflər arasında uyğun bir bazar yaratmağa çalışırlar. Plastik kartlar aşağıdakı imkanları verirlər: Pul vəsaitlərinin rahat və təhlükəsiz saxlanılması.Çünki kart məxfi PİN-kodla qorunur və plastik kartın itirildiyi və ya oğurlandığı hallarda hesabdakı vəsait olduğu həcmdə qalır; Dünyanın istənilən nöqtəsində, sutkada 24 saat ərzində, banka müraciət etmədən, bankomatlardan pul vəsaitinin çıxarılması; Ölkə daxilində və onun hüdudlarından kənarda malların və xidmətlərin ödənilməsi; İnternet vasitəsilə həyata keçirilən “on-line” sifarişlərin ödənilməsi; Kart hesabınızdakı hər hansı dəyişikliklər barədə ətraflı hesabatın alınması; Şəxsi məsrəflərin və gəlirlərin kart hesabı üzrə alınmış çıxarışların əsasında təhlil edilməsi və planlaşdırılması; Bir hesaba ailə üzvləri üçün bir neçə əlavə kartın, onlara müəyyən limit müəyyən etməklə və ya bunsuz, rəsmiləşdirilməsi ;.Plastik ödəniş kartların istifadəsində 3 əsas istiqamət mövcuddur: fiziki şəxslər üşün plastik kartlar nümayəndəlik xərcləri üçün korporativ kartlar maaş kartları .Ödəmələrin bu sisteminin tətbiqini beynəlxalq aləmdə daha da təkmil formada tətbiq etmək məqsədi ilə Qərbdə İSO ( İnternarional Standarts Organisation ) – Beynəlxalq Standartlar Təşkilatı yaradıldı.
Plastik qablar
Plastik qablar — gündəlik həyatımızda hər gün istifadə etdiyimiz plastik stəkanlar, çəngəllər, butulkalar və s. bu kimi qida vasitələrindən istifadə edirik. Əsasən maliyyə cəhətdən istehsalçılara ucuz başa gələn plastik qablar insan sağlığına isə baha başa gəlir. Çünki plastik bir stəkana isti çay və ya digər hər hansi isti bir içki tökdüyümüz zaman istinin təsiri ilə plastik qabın tərkibindəki bəzi kimyəvi maddələr ayrılaraq qidaya qarışır. Hər gün istifadə etdiyimiz və nisbətən daha keyfiyyətli olduğu düşünülən su bidonları da həmçinin insan sağlamlığı üçün həddən artıq dərəcədə təhlükəli olan polikarbonat adlı kimyəvi maddədən istehsal edirlər ki, bu maddə də 100 dərəcə istilikdə tərkiblərə ayrılaraq qidaya qarışır. Digər plastik qablar hazırlanan bir kimyəvi maddə isə fosgendir ki, bu maddənin ayrılaraq qidaya qarışması üçün isə soyuq qida məhzullarınin təsiri nəticəsində asanlıqla ayrılaraq qidaya qarışma qabilliyətinə malikdir. Həmçinin mütəxəsislər analara körpələrinə plastik butulkalarda isti süd və ya çay verməyin düzgün olmadığını butulkaları şüşələrlə əvəz etməyin daha məqsədəuyğun olduğunu bildirirlər. Müsbət xüsusiyyətləri: Yüngül asan daşınandır. Qab əldən düşərkən sınır, plastik qab isə yox.
Plastik çirklənmə
Plastik çirklənmə — vəhşi təbiətə, vəhşi heyvanların və insanların yaşayış mühitinə mənfi təsir göstərən plastik məmulatların ətraf mühitdə toplanması prosesi. Böyük miqdarda plastik tullantı ətraf mühitə daxil olur; məsələn tədqiqatlar göstərir ki, dəniz quşlarının 90%-nin bədənlərində plastik var. Plastik çirklənmənin bir çox növləri və formaları var. Plastik çirklənmə yer səthinə, su yollarına və okeanlara mənfi təsir göstərir. Müxtəlif bölgələrdə plastik çirklənməni azaltmaq üçün səylər edilir. Birdəfəlik plastiklərin istehlakını azaltmaq, onların təkrar emalını təşviq etmək cəhdləri vardır. Plastik çirklənmənin yayılması plastiklərin aşağı qiyməti və davamlılığı, eləcə də bu materialın hazırda bəzi ərazilərdə əvəzolunmazlığı ilə əlaqələndirilir ki, bu da insanlar tərəfindən istifadənin yüksək səviyyəsini müəyyənləşdirir. 2018-ci ildə dünyada hər il təxminən 380 milyon ton plastik istehsal olunmuşdur. Ümumilikdə 1950-ci ildən 2018-ci ilə qədər təxminən 6,3 milyard ton plastik istehsal edilmişdir ki, bunun da təxminən 9%-i təkrar emal edilmiş, 12%-i isə yandırılmışdır. Planetin plastik çirklənməsi üzrə dünya liderləri Coca-Cola, PepsiCo və Nestledir.
Plastik Salyan FK
Plastik futbol klubu 1971-ci ildə Salyanda yaranmışdır. 1 dəfə futbol üzrə Azərbaycan çempionatında iştirak etmişdir.
Plastik sürtkülərin təsnifatı
Sürtkü - sürtünmənin azaldılmasına yönəldilən özlülüklü maddədir. Sürtkülər – bərk, plastik, maye və qaz şəklində olan texniki sürtkü materiallarıdır. == Tətbiqi == Avtomobil texnikasının, sənaye maşın və mexanizmlərinin sürtünmə düyünlərində gedən sürtünmə və siyrilmə proseslərinin azaldılması məqsədi ilə istifadə olunur. == Sürtkülərin təsnifatı == Sürtkülər - tərkib və təyinatına görə təsnafatlandırılır. Sürtkülərin struktur və xassələrinə əsas təsir göstərən qatılaşdırıcılardır ki, buna görə də təsnifatlandırmanın əsasında qatılaşdırıcının növü durur. Qatılaşdırıcının növünə görə sürtkülər aşağıdakı növlərə bölünür: Sabunlu sürtkülər. Karbohidrogenli sürtkülər. Qeyri üzvü qatılaşdırıcılar əsasında alınan sürtkülər.Sürtkülər maye əsasdan (dispers mühit), bərk qatılaşdırıcıdan (dispers faza) və müxtəlif əlavələrdən ibarətdir. Bu tərkibdən başqa sürtkülərdə digər komponentlər də iştirak edir: hidratlaşmış kalsium sürtkülərində stabilləşdirici komponent kimi su iştirak edir; bəzi sabunlu sürtkülərdə yağların sabunlaşması zamanı ayrılan qliserin olur; sürtkülərin termiki emalı zamanı yağ əsasının oksidləşmiş məhsulları; sərbəst turşu və qələvilər.Sürtkülərin istismar xassələrini yaxşılaşdırmaq üçün onlara müxtəlif funksional təyinatlı aşqarlar və bərk əlavələr daxil edirlər. Beləliklə, sürtkülər əsas xassələri dispers mühit, dispers faza, aşqar və əlavələrlə müəyyən olunan mürəkkəb çoxkomponentli sistemdir.
Kipləşdirici-yağlayıcı plastik sürtkülər
Kipləşdirici-yağlayıcı sürtkülər- hər hansı mexanizmin sürtünən hissələri üçün istifadə edilir, bu zaman detalların yeyilməsi və sürtünmədə güc itkisi kəskin surətdə azalır, detallar az qızır, sürtünən hissələr daha ağır yükə davam gətirir, sürtünən detalların etibarlılığı və iş müddəti artır. Texnikanın səmərəli istifadəsi sürtkü materiallarının keyfiyyətindən çox asılıdır. Sürtkü materiallarının əsas təyinatı iki əsas tələb- sürtünmənin və yeyilmənin azalmasıdır. == Alınması == Plastik sürtkülərin hazırlanmasında ən əsas və vacib dispers faza kimi mineral sintetik və ya yarımsintetik yağlardan istifadə olunur. Dispers faza kimi yüksək özlülüklü yağları istifadə etdikdə yaxşı nəticələr almaq mümkündür. Metal tozu iştirak etmədən mis ftalosianid, kobalt ftalosianid, kepoflyuks aşqarlar götürüldükdə neft və qaz armaturları üçün yüksək keyfiyyətli kipləşdirici sürtkü almaq mümkündür. Bu sürtkülər üçün dispers faza kimi sintetik B-3V və ya mineral yağ qarışığı götürülməsi məsləhət görülür. Müəyyən edilmişdir ki, qaz magistrallarında paylayıcıları və kompressor stansiyalarında işlədilən qazda həll olmayan sürtkü alınması üçün baza komponenti kimi rasinal yağı götürmək və qatılaşdırıcı komponentlər olaraq rasinat kalsium, alkil-benzolsulfonat və antioksidant-ionol əlavə etmək lazımdır. Yüksək temperatur zonasında işləyən yiv sürtküləri almaq üçün baza komponenti kimi kerosindən istifadə edilmişdir yüksək temperatura davamlı sürtkü almaq üçün qatılaşdırıcı kimi alümosilikat götürülür və dispers faza kimi poliol efiri, naften karbohidrogenləri və s. istifadə olunur.
Elastiklik və plastiklik nəzəriyyəsi
Elastiklik və plastiklik nəzəriyyəsi == Elastiklik nəzəriyyəsinin əsas prinsipləri == Elmin müasir səviyyəsi real materialın bütün məxsusiyyətlərini nəzərə almaqla ümumi hesabat metodu verə bilmir.Ona görə də klassik elastikiyyət nəzəriyyəsi deformasiya olunan cisimlər üçün verilmiş xüsusi modelə əsaslanır bu model ideal elastiki cisimdir. Modelin aşağıdakı xassələrini qeyd edək. 1. Fərz edilir ki, ideal elastiki cisim tam elastikidir. Başqa sözlə, cismə təsir edən xarici nisbi qüvvələrin təsiri kəsildikdən sonra cisim öz forma və həcmini bərpa edə bilir. Cismin əvvəlki vəziyyətinə təbii vəziyyət deyilir. Bu zaman başlanğıc gərginlik nəzərə alınmır yəni, cisim yüklənmədikdə onda heç bir gərginlik vəziyyəti yaranmır. Başlanğıc gərginlik cismin yaranma tarixindən asılıdır. 2.Elastiki cismə təsir edən qüvvə ilə onun yerdəyişməsi arasında xətti asılılıq fərz olunur. Bu fərziyyə imkan verir ki, zamandan asılı olmayaraq ixtiyari temperatur üçün gərginlik və deformasiya arasında xətti asılılıq mövcuddur.
Plastiklik (fizika)
Fizikada və materialşünaslıqda, plastiklik və ya plastik deformasiya materialın tətbiq olunmuş qüvvənin təsirindən daimi deformasiyaya uğrayaraq formasını dönməz olaraq dəyişə bilməsini ifadə edir. Məsələn, bərk bir metal hissə əyildikdə və ya çəkiclə döyüldükdə, bu hissə plastiklik göstərərək formasını daimi olaraq dəyişir. Texnikada, materialın elastiklik vəziyyətindən plastiklik vəziyyətinə keçid nöqtəsi axıcılıq həddi adlandırılır. Plastik deformasiya bir çox materiallarda, xüsusilə də metal, torpaq, qaya, beton və başqalarında müşahidə edilir. Ancaq, plastik deformasiyanın yaranmasına səbəb olan fiziki mexanizm fərqli ola bilər. Metallarda plastiklik kristal ölçü miqyasında dislokasiyaların hərəkətindən yaranır. Qaya, beton və ya sümük kimi tezsınan materiallarda isə plastik deformasiyanın əsas səbəbi mikrosınıqlarda sürüşmədir.

Digər lüğətlərdə

дари́ться колори́т куби́ст паренхи́ма перегада́ть посеребрённый трансура́новый утю́жение шнурки́ дози́метр жардинье́рка кормёжка насыла́ть прагма́тика assertive fly-larvae knowingly ponytail pretensioning prizeman tribual witch broom едим ледерин многозарядный